Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qərbin türklərə qarşı barbarlığının kökündə NƏ DAYANIR?
Tarix: 13.03.2017 | Saat: 16:28:00
Bölmə:Siyasət | çapa göndər

İki gün öncə dünyaya demokratiya və insan azadlığı dərsi keçməyə çalışan Qərbin əsl siması ortaya çıxdı. Hollandiyada hakim koalisiyanın antitürkiyə bəyanatlarından ruhlananlar bu ölkədə türk əsilli vətəndaşların haqlarını kobud şəkildə pozdular.  Onların üzərinə itləri buraxaraq zorakılığa məruz qoydular. Polis türk əsilli hollandları dəyənəklə qarşıladı.

Bu azmış kimi Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu Rotterdama buraxmadı. Səfərə bir neçə saat qalmış Çavuşoğlunun təyyarəsinin Rotterdam hava limanına enməsinə icazə verilməyəcəyi bildirildi.

Ardınca Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Niderlandakı türk konsulluğuna buraxılmadı.  O, Rotterdamdakı Baş Konsulluğa yollanarkən Niderland polisi tərəfindən saxlanıldı. Hollandiya höluməti tərəfindən "arzuolunmaz əcnəbi" elan edildi.

İllərdir rəsmi Bakını insan hüquq və azadlıqlarını pozmaqda ittiham edən Qərbin türk vətəndaşlara və siyasi rəhbərliyinə qarşı bu cür davranışı başa düşülən deyil və insan hüquqlarının pozulmasının ən bariz nümunəsidir.

Hadisədən heç 24 saat keçməmiş Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın türk əsilli vətəndaşlarına, Türkiyəyə qarşı bu cür münasibət bəsləməsinə etiraz olaraq bəyanat yaydı. Nazirlikdən hafta.az-a saytına verilən məlumatda deyilir:

"Bəzi Avropa təsisatları və xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər bir fürsətdə əsassız şəkildə digər dövlətləri tənqid etməkdə, insan hüquqları mövzusunda “mentorluq” etməkdə və başqalarına irad tutmaqda “adətkarlıq” nümayiş etdirir. İnsan hüquqları və demokratiyanı özünün təməl prinsipləri hesab etdiyi halda, Niderland hökumətinin Türkiyə Respublikası hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər, Niderlandda yaşayan türk icması üzvlərinin sərbəst və dinc toplaşmasına imkan verilməməsi və onlara qarşı gücdən istifadə olunması qərəzli və ziddiyyətli xarakter daşıyır, Diplomatik və Konsulluq münasibətləri haqqında Vyana konvensiyası, insan hüquqları, sərbəst toplaşma və ifadə azadlığı kimi fundamental prinsiplərin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu kimi davranış eləcə də diplomatik-etik çərçivələrdən tamamilə kənardır. Bütün bunlar hal-hazırda Avropada yayılmaqda olan islamafobiya, ksenofobiya və ayrıseçkilik kimi neqativ meyillərinin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyacın olduğunu bir daha göstərir".

Bəs Hollandiya və Türkiyə arasındakı qalmaqalın kökündə nə dayanır? Niderlandın qardaş ölkəyə qarşı bu cür davranışı nələrə yol aça bilər? 

Millət vəkili Zahid Oruc hafta.az-a açıqlamasında bildirib ki, Niderland hökumətinin Türkiyəyə qarşı bu addımı səbəbsiz deyil və prezident Ərdoğanla birbaşa əlaqəlidir:

“Bəzi Qərb dairələri hesab edir ki, rəsmi Bakının bu məsələdə Türkiyəni müdafiə etməsi bizim Ankaranı beynəlxalq müstəvidə hər zaman dəstəkləmək siyasətimizdən qaynaqlanır. İş orasındadır hazırkı vəziyyətdə seçki ərəfəsində olan Hollandiyada koalisyon hökumət təmsilçilərinin  və müxalifətinin davranışları heç bir diplomatik, mədəni etiketlərə uyğun deyil. Bunu sübuta yetirmək üçün onlarca arqument sadalamaq olar. Onlardan birini qeyd etmək istəyirəm. Əgər Hollandiya hökuməti həqiqətən də Türkiyənin daxili siyasətinə qarışmamaq mövqeyi tutubsa, 16 aprel səsverməsinə “hə” və “yox” deyənlərə eyni münasibət sərgiləsəydi xarici işlər və ailə,  sosial siyasət nazirinin Hollandiyaya buraxılmamasına hüquqi prosedur baxımından normal yanaşmaq olardı. Amma biz bunun əksini gördük. Uzun illərdir Niderlandda yaşayan və Ərdoğanın layihələrinə qarşı dirəniş göstərənlərə bu ölkədə xoş rəftar edilir. Hətta onlar ciddi şəkildə maliyyələşdirilirlər. Həmçinin  Ərdoğanla yollarını ayırmış, ona qarşı olan keçmiş və indiki millət vəkilləri Hollandiyada gül-çiçəklə qarşılanırlar. Bu cür situasiyada isə bizim Ərdoğanın adıçəkilən ölkə ilə bağlı səsləndirdiyi ittihamları müdafiə etməkdən başqa yolumuz qalmır. Hollandiya Türkiyənin daxili siyasətində tərəf olmadığını axıra qədər göstərməli idi”.

Zahid Oruc deyib ki, Qərb hazırkı vəziyyətdə bütün mümkün vasitələrdən istifadə edərək Ərdoğanı devirmək istəyir:

“Digər tərəfdən, bundan bir neçə il əvvəl Türkiyə Qərb dairələrinin ssenariləri əsasında idarə olunurdu. Hətta partiyalar, dövlət içərisindəki emissarlar da açıq-aşkar Qərb tərəfindən müəyyənləşdirirdi. Xalq iqtidarını özü seçmirdi, hakimiyyətə kimin gələcəyi kənardan diqtə olunurdu. Ərdoğanın hakimiyyəti illərində isə bu proses xeyli dərəcədə dəyişdi. Hakimiyyət içərisindəki həmin rıçaqları neytrallaşdırdı. 15-16 iyul hadisələri zamanı bütün pərdələr götürüldü. Ərdoğanın Qərb tərəfindən devrilməsi planı baş tutmadı. Artıq Türkiyə 16 aprel siyasi mübarizəsinə doğru qədəm qoyub. Bu Türkiyənin ictimai-siyasi həyatında yeni bir mərhələ deməkdir. Qərb Ankaranın siyasi və iqtisadi gücünü sarsıtmaq üçün terroru açıq şəkildə müdafiə edir. Bununla da uzun illər idarə etdikləri dövləti bu cür planda, inkişaf etmiş, müstəqil siyasət yürütmək iqtidarında olan bir ölkə kimi görmək istəmirlər”.

Millət vəkili Aydın Mirzəzadə isə hesab edir ki, Niderlandın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv etməsi, qardaş ölkəyə qarşı belə münasibət sərgilənməsi Qərbin özünün təbliğ etdiyi diplomatik qaydalara, beynəlxalq münasibətlərə, mehriban qonşuluq siyasətinin yeridilməsinə ziddir:

“Dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin gözlənilməsi, digər dövlət üçün təhlükə yaratmadığı təqdirdə ölkələrin bir-birinin marağına hörmətlə yanaşması vacibdir.  Türkiyə həmişə Avropa, eləcə də qonşu ölkələrə məhz belə münasibətlə yanaşıb. Tanınmış, demokratik ənənələrə malik Avropa ölkəsinin Türkiyə rəsmilərinə, Türkiyənin xarici işlər nazirinə qarşı bu cür münasibət göstərməsi anlaşılan deyil. Çox təəssüf ki, Avropada antitürk əhval-ruhiyyəsi baş qaldırmaqdadır. Çox güman ki, bu Türkiyənin müstəqil xarici siyasət yürütməsi ilə bağlıdır. Ola bilsin ki, hakimiyyətdə olan siyasi partiyalar qarşıdan gələn seçkilərdə daha çox səs toplamaq üçün belə addımı atırlar. İstənilən halda vəziyyət bu həddə gəlib çatmalı deyildi. Amma Türkiyə ilə münasibətləri pozmaq, Türkiyənin xarici işlər nazirinin ölkəyə buraxılmasından imtina etmək bütün diplomatik normalara ziddir. Çox istərdim ki, ölkələr Türkiyəyə qarşı belə münasibətin yolverilməzliyini qəbul etsinlər və Türkiyə ilə münasibətləri normaya salmaq üçün öz təşəbbüsləri ilə addımlar atsınlar”.

Millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, son dönəmlər Türkiyəyə qarşı şiddət və qərəz nümayiş erdirən ölkə tək Hollandiya deyil. Bu cür təhdidlər digər Qərb dövlətlərində də artmaqdadır:

“Azərbaycan Prezidenti, cənab İlham Əliyevin hələ 2015-ci ildə “Rossiya 24” kanalına verdiyi müsahibədə həyəcan təbili çalmışdı ki, bu gün Avropa çox ciddi proseslər, təhlükələr özünü göstərməkdədir. Ölkə başçısı qeyd etmişdi ki,10 il bundan öncə düşünsəydiniz ki, Avropa ölkələrində yenidən faşizm dirçələcək, buna heç kim inanmazdı. Amma bu gün bu, reallıqdır. Hollandiyadakı bu cür sağ yönümlü faşist qüvvələr bir neçə il sonra hakimiyyətə gəlsələr, dünyamızı nələr gözləyir? Hazırda cənab prezidentin bu fikirləri özünü doğrulmaqdadır. Bunun ilkin əlamətlərini artıq Niderlandda görə bilərik. Niderlanddakı neofaşist Azadlıq partiyası ilə, Fransadakı Mari Le Penin Milli Cəbhəsi, sol radikal qüvvələr birləşib Avropa Parlamentində bir fraksiya, blok yaradıblar. Bu bloku 7 ölkədən 36 deputat qəbul edib. Onlar Avropa Parlamentində öz radikal siyasətini davam etdirmək istəyirlər. Belə vəziyyətdə onlar ilk növbədə Ankaranı hədəf seçiblər.”.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin hədəf kimi seçilməsi onun müsəlman dövlətləri arasında kifayət qədər güc və nüfuza sahib olması ilə əlaqədardır:

“Türkiyə 2023-cü ildə, yaranışının 100-cü ildönümünə qədər çox ciddi hədəflərə nail olmağı qarşısına məqsəd qoyub. 2023-cü ildə Türkiyənin ÜDM-nun 2 trilyon dolları ötməsi gözlənilir. Əgər Türkiyənin nazirlərini Hollandiya və Almaniyaya səfərinə icazə vermirlərsə, onda onların dövlət rəhbərləri Türkiyəyə necə gələ biləcəklər? İndiki vəziyyətin formalaşmasına görə Avropa liderləri məsuliyyət daşıyır. Ərdoğan xəbərdarlıq etdi ki, bu gün Avropa İttifaqı bizim üçün cəlbedici deyil, bizim üçün alternativ variant Şanxay Əməkdaşlıq Təşkilatıdır”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.03.2017
23.03.2017
22.03.2017