Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
6 uşaq atasını güllələdilər - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 14.03.2017 | Saat: 18:15:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Martın 14-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı mövzularla bağlı statuslar, rəylər paylaşıblar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.

6 uşaq atasını güllələdilər - facebook gündəliyi


Onu niyə güllələdiniz?! Onu niyə öldürdünüz?! Polislər bu suala cavab verməyiblər. Onlar maşınından düşən Maykl Entoni Peresi güllələyiblər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay ABŞ-ın Kaliforniya ştatındakı Anahaym ştatında yaşanıb. Yol hərəkət qaydalarını pozan və işıqforun qırmızı işığında yolu keçən Maykl Entoni Peres polislərin tələblərinə məhəl qoymayıb. O, maşınını sürətlə sürərək aradan çıxmaq istəyib. Fəqət, polislər Peresi haqlayıblar.
Peresin ağ offrouderini mühasirəyə alan polis zabitləri ondan avtomobildən enməsini tələb ediblər. Sürücü tələblərə yenə məhəl qoymayıb və maşından düşməyib. İki polis arxadan yaxınlaşaraq maşının sağ tərəfinə keçiblər və pəncərədən Peresə "Düş maşından!" deyiblər. Peres əlindəki qaz balonunu onlara tuşlayanda polislər maşına su şırnağı buraxıblar. Daha sonra 4 polis maşının pəncərələrini sındırmağa başlayıb. 6 övlad atası Peres maşının pəncərəsindən aşağı düşəndə polislərdən biri "Onun əlində bıçaq var!" qışqırıb. Bu dəm Peresə iki atəş açılıb. Təcili yardım Maykl Entoni Peresi hospitala aparsa da, o, intensiv terapiya bölməsində keçinib. Oranj bölgəsinin polis departamentinin zabiti Rob Torsenin dediyinə görə, Peres əvvəllər qanunsuz silah və narkotik maddə saxlamaqda suçlanaraq iki dəfə həbsdə olub. "Onun əlində iki bıçaq vardı və polis zabitləri üçün real təhlükə mənbəyi idi. Bu səbəbdən də polislər atəş açmaq məcburiyyətində qalmışdılar", - R.Torsen deyib. Baş verənləri smartfonu ilə çəkmiş Fabian Uearta isə hələ də şokda olduğunu söyləyib.
Afət Məmmədova: "Artıq dünyada insan həyatının dəyəri qamayıb"


"Avatar 2" filminin premyera tarixi təxirə salınıb


"Avatar 2" fantastik filminin premyerası 2018-ci ildə baş tutmayacaq. Technote.az bildirir ki, bu barədə filmin rejissoru James Cameron bildirib. "Film, 2018-ci ildə çıxmayacaq. Qeyd etmək istəyirəm ki, biz heç vaxt dəqiq premyera tarixini açıqlamamışdıq. Başa düşmək lazımdır ki, premyera tarixləri həmişə dəyişə bilər. Mən daha əvvəl də bildirdiyim kimi təkcə "Avatar 2" filmini çəkmirəm. Biz eyni vaxtda "Avatar 3", "Avatar 4" və "Avatar 5" filmlərini çəkirik. Bu tapşırıq irimiqyaslıdır. Yəni bu iş kiçik bir gəmini tikmək kimi asan bir iş deyil. Mən bilirəm ki, növbəti 8 il ərzində nə ilə məşğul olacam. Və mən hansısa zaman çərçivələri ilə sıxışdırılmaq istəmirəm. Biz birinci filmin hazırlanmasına 4 il yarım sərf etmişdik. İndi isə bu filmlərin sayı 4-dür. Biz indi bütün işlərə start vermişik və bu mənim bütün zamanımı alır. Çox güman ki, yaxın zamanda mən bu işlə həftədə 7 gün 24 saat ərzində məşğul olacam. Filmdə hadisələrin cərəyan edəcəyi ətraf mühitin və canlıların dizaynları artıq hazır vəziyyətdədir. İnanın ki, bu çox həyəcanlandırıcı işdir" - deyə James Cameron bildirib. Qeyd etmək lazımdır ki, Jamezs Cameron, ikinci filmin təqribi çıxış tarixini bildirməyib.
Həsən Seyidov: "Neçə ilin əziyyətinin bəhrəsini kinoda tarix yazmaqla görürlər".


Marsda kartof yetişdirdilər


Mars şəraitində kartof yetişdirmək eksperimenti uğurla nəticələnib. Lent.az xəbər verir ki, layihə üzərində NASA-nın və Beynəlxalq Kartofçuluq Mərkəzinin ekspertləri çalışıb. NASA-nın astrobioloqu bildirib ki, eksperiment Marsda kartofun yetişmə və yaşama şansının böyük olduğunu göstərib. Eksperiment zamanı NASA perulu aqronomlarla birlikdə Marsdakına maksimum yaxın şəraitin yaradıldığı "CubeSat" peykinin mikrozondunun xüsusi korpusunda kartof yetişdirib. Korpusun içərisində Marsdakı atmosfer tərkibi, atmosfer təzyiqi, torpaq və digər vacib parametrlərə oxşar şərait yaradılıb. Lazımi miqdarda su və digər maddələr əlavə olunduqdan sonra kartof cücərib və yetişib. Yaxın vaxtlarda eksperimentin təkrarlanması və daha çox məhsul verən sortun seçilməsi planlaşdırılır. Bu sınaqlar gələcəkdə Marsa gedəcək kolonistlərin yaşamını təmin etmək məqsədilə aparılır.
Azər Əliyev: "İndidən hərtərəfli şəkildə kosmosun fəthinə hazırlaşırlar".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017