Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib" - Prezident
Tarix: 16.03.2017 | Saat: 11:23:00
Bölmə:Siyasət | çapa göndər

"V Qlobal Bakı Forumu artıq yaxşı ənənəyə çevrilib. Onun təşkilatçılarına təşəkkürümü bildirirəm. 50-dən çox ölkədən 200-dən çox qonaq bu tədbirdə iştirak edir. Hər bir Forum əhəmiyyətlidir və dünyada qərarların qəbulu prosesinə təsir göstərir".

Hafta.az-ın xəbərinə görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev V Qlobal Bakı Forumunun açılışında bildirib.

Prezident qeyd edib ki, Azərbaycan artıq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib: "Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, mühüm məsələlər müzakirə edilir. Müstəqilliyinin 25-ci ildönümü tamam olan Azərbaycanın həyata keçirdiyi mühüm regional, qlobal layihələr var. Təəssüf ki, dünya yenə təhlükəsiz deyil, bölgəmizdə davam edən təhlükələri görürük".

Azərbaycanın bölgədə sabitləşdirici rol oynadığını deyən dövlət başçısı söyləyib ki, Azərbaycanın təşəbbüsləri sabitliyin, təhlükəsizliyin gücləndirilməsinə yönəlib:

"Dünyada miqrant böhranı var. Miqrantların üz tutduğu ölkələrin əhalisi arasında anlaşılmazlıqlar ortaya çıxır. 5-10 il əvvəl bu problemlər mövcud deyildi. Bu, Orta Şərq ölkələrinə yönələn addımlarla bağlıdır. Əfsuslar olsun ki, bir çox seçki kampaniyasında əsas şüarlar millətçiliyə, miqrantlara yönəlir. Bu, bir tendensiyadır. Qlobal gündəlikdə duran məsələ bu tendensiyanın qarşısının alınması, qarşılıqlı hörmətə, sivilizasiyalararası dialoqa nail olunmasıdır. Azərbaycanın yerləşdiyi bölgə onun rolunu müəyyən edir. Ona görə də sivilizasiyalararası dialoqa töhfə veririk".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.04.2017
28.04.2017
27.04.2017