Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Təqaüdçülərə şad xəbər
Tarix: 16.03.2017 | Saat: 12:57:00
Bölmə:Sosial | çapa göndər

Novruz bayramı ərəfəsində mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb:

"Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib".

Cari ilin yanvar-fevral aylarında Fondun gəlirləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,7% artaraq 561,5 mln. manata yüksəlib. Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% artaraq 274,5 mln. manata çatıb. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektorundan daxilolmaların 180,3 mln. manat təşkil etməsi və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4% artması qeyd edilməlidir.

Artım dinamikasının 2017-ci ilin növbəti aylarında da əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtında həyata keçirməyə imkan verəcəyini söyləmək olar.

2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV