Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Air Arabia"ın təyyarəsi ilk dəfə Bakıya endi - FOTO
Tarix: 16.03.2017 | Saat: 14:20:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən havaya qalxan, “Air Arabia” şirkətinə məxsus sərnişin təyyarəsi martın 16-da, səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına ilk dəfə eniş edib.

Yaxın Şərqdə, eləcə də Şimali Afrikada ilk və ən aşağı büdcəli aviaşirkət sayılan "Air Arabia" bu gün dünyanın sayılıb-seçilən şirkətlərindəndir. Hazırda onun təyyarələri dünyanın 33 ölkəsinin 124 hava limanına uçuşlar həyata keçirməkdədir.

Bakıda ənənəvi su fəvvarəsi qurşağı ilə qarşılanan təyyarənin ilk sərnişinləri arasında "Air Arabia" şirkətinin rəhbəri Şeyx Abdulla Bin Məhəmməd əl-Taninin də olması, reysin uzunömürlü və rentabelli olacağına işarədir. Bundan əlavə, ilk sərnişin heyəti arasında ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki, eləcə də bu dövlətin Azərbaycandakı səfirliyinin diplomatları da olub.

Məlumat üçün deyək ki, ilk aviareyslə bağlı iki gün davam edəcək rəsmi tədbir təşkil olunub.

Qeyd edək ki, yazın gəlməsi ilə bərabər turizm mövsümünə də start verilib və bu baxımdan əcnəbi turistlərin ölkəyə cəlb edilməsi dövlətimiz üçün əhəmiyyətliidr. Elə rəsmi Bakının turizm sektorunun inkişafına bu qədər önəm verdiyini nəzərə alan "Air Arabia" da uçuşların həm şirkətə, həm də Azərbaycan dövlətinə fayda gətirəcəyinə əmindir.

Xatırladaq ki, "Air Arabia" həftədə 4 dəfə, 2 uçuş vaxtı tezliyi ilə uçuşlar həyata keçirməyi qərara alıb. Belə ki, cümə axşamı və bazar günləri Heydər Əliyev Beynəlxalq Hava Limanından səhər saat 11:30-da qalxan təyyarə Şərca Beynəlxalq Hava Limanına yerli vaxtla 14:10-da enəcək. Əks istiqamətdə isə, təyyarə cümə axşamı və bazar günü yerli vaxtla saat 7:55-də Şərcadan qalxacaq və Bakıya 10:55-də eniş edəcək.

İyun ayının ortalarından etibarən “Air Arabia” Şərca-Bakı-Şırca marşrutu üzrə gündəlik uçuşlar həyata keçirməyə başlayacaq.

Bir az da “Air Arabia” şirkəti haqqında söz açaq. Bu şirkətin başlıca amalı yüksək konforta sahib olmaqdır. Bu şirkətin təyyarələri ilə uçuş digər hava yollarının təyyarələri ilə uçuşla müqayisədə sərnişinə ən aşağı qiymətə başa gəlsə də, yüksək xidmət və rahatlığa, təhlükəsizlik tədbirlərinin diqqətdə saxlanmasına söz ola bilməz.

“Air Arabia” Yaxın Şərqin mülki sərnişin daşımalarında qabaqcıl şirkət olaraq gündən-günə genişlənir, təyyarələrinin sayını, eyni zamanda, uçuş edəcəyi şəhərlərin və ölkələrin sayını artırır. Bu gün şirkətin balansında köhnə təyyarə yoxdur. Daha dəqiq desək, təyyarələrinin orta yaşı 1,5 ildir. Günümüzdə “Air Arabia”nın əsasən “Airbus A 320” tipli təyyarələrini Dəməşq, Hələb (Suriya), İsgəndəriyyə, Assuyt, Luksor və Şarm əl-Şeyx (Misir), Akaba və Əmman (İordaniya), Astana və Almata (Qazaxıstan), Beyrut (Livan), Kolombo (Şri Lanka), Dammam, Ciddə, Ər-Riyad (Səudiyyə Ərəbistanı), Doha (Qətər); Xartum (Sudan), Koçi, Mumbay, Naqpur, Caypur (Hindistan), Tehran (İran), Bəhreyn, Küveyt və sair şəhərlərin hava limanlarında görmək olar.

Şirkət 3 fevral 2003-cü il tarixində Sultan bin Məhəmməd Əl-Qasiminin xüsusi qayğısı altında Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının verdiyi qərarla yaradılıb. Amma ilk hava uçuşlarına 2003-cü il oktyabrın 28-də Bəhreyn Beynəlxalq Hava Limanında start verilib.

Bildirildiyinə görə, şirkət uçuşlara başladığı ilk ildə xeyli gəlir götürüb. 2007-ci ildə isə hissə sənədlərinin 55 faizini xalqa satıb.

2,3 mindən artıq işçisi olan şirkətin iki il öncəki maddi gəlirlərinin həcmi 4 milyard dollara yaxın, təmiz qazancı isə 566 milyon dollar olub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV