Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin köpəksevər “ekstrasensi” - HƏFTƏ-REYTİNQ
Tarix: 17.03.2017 | Saat: 19:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Hazırda Moskvada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayevin qara köpəklərə xüsusi həvəs göstərdiyi üzə çıxdı: «İxtisasca kinoloq olduğu kimi, hobbisi də it bəsləməkdir. Moskvadakı şəxsi it damında Türkiyədən gətirilmiş “Qanqal” cins köpəklərini yetişdirib və küçüklərin birini 10 min dollardan satır. Zirəddin, görünür, qara dərviş, müasir dillə desək, qara maqdı. İtlərə sevgisi də bax, bu gizli cəhətindən qaynaqlanır. Gücünü, enerji qaynağını da məhz bu dördayaqlı dostlarından - Aksaray cinsli nəhəng köpəklərdən alıb qidalanır o. Xüsusən, “Binnas” adlı nəhəng qara köpəkdən bəzən günlərlə əlini ayırmır...”.


Həftənin “banan respublikası”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanı “banan respublikası” adlandırdı. Dövlət başçısı bu barədə Kocaeli şəhərində keçirilən tədbirdə deyib: “Hollandiya özünü banan respublikası kimi aparır...”. Bundan öncə, Ərdoğan opponentlərini “faşist” adlandırmışdı. Qalmaqala səbəb Türkiyənin ailə işləri üzrə naziri Fatma Batyülün Rotterdamda saxlanılması və “arzuolunmaz əcnəbi” elan edilərək, Almaniyaya geri qaytarılması olmuşdu.


Həftənin “tabutlu aksiyası”


Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü ATƏT-in Minsk qrupu həmsədrlərinin yarıtmaz fəaliyyəti, bu qurumun artıq 25 ilinin tamam olması ilə bağlı BMT-nin Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirdi. Aksiya iştirakçıları “Minsk qrupu həmsədrləri rədd olsunlar!”, “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm!”, “Minsk qrupunun fəaliyyətinə son qoyulsun!” və digər şüarlar səsləndirib, plakatlar qaldırıblar. Aksiya iştirakçıları Minsk qrupunun simvolik “tabutu”nu çiyinlərində apararaq, BMT nümayəndəliyinin qarşısana qoyublar.


Həftənin “təzə rektoru”


Azərbaycan Prezidenti İlham Əliyev Havar Ənvər oğlu Məmmədovun 2016-cı ilin noyabrında yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzaladı. Xatırladaq ki, 72 yaşlı “Şöhrət” ordenli professor H.Ə.Məmmədov 2000-ci ildən 2016-cı ilədək Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsində çalışmışdır. 2016-cı ilin sentyabrında isə H.Ə.Məmmədov dövlət başçısının sərəncamı ilə Qafqaz Universitetinin rektoru təyin edilmişdir. O, eyni zamanda, ixtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədridir. Texnika elmləri doktoru, əməkdar elm xadimidir.


Həftənin “toyuq zarafatı”


"Mən toyuq kimi - pəncəylə elə yazmışam ki, özüm də oxuya bilmirəm...”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının qurultayında söylədi. Çıxış edən biznesmenlərin məruzələrini dinləyən dövlət başçısı irəli sürülən təklifləri və göstərilən təşəbbüsləri sonradan şərh etmək üçün müəyyən qeydlər aparıb. Amma öz çıxışı zamanı V.Putin bloknotda etdiyi şəxsi qeydlərini oxuya bilməyib və gülərək bunu pis xətlə izah edib: “Burada axşama qədər müzakirə etmək olar, amma yenə vaxt çatmayacaq. Əmək məhsuldarlığının və gəlirlərin artması haqda… Mən toyuq kimi pəncəylə elə yazmışam ki, özüm də oxuya bilmirəm. Məktəbdə olduğu kimi...”


Həftənin “erməni-rus davası”


Rus yazıçı Mixail Veller “TV Çentr” televiziyasında çəkiliş zamanı “Pravo Qolosa” verlişinin aparıcısı Roman Babayana stəkan atdı. Tərəflər arasında mübahisə Baltikyanı ölkələrdə yaşayan rusların vəziyyəti barədə aparılan müzakirələr zamanı yaşanıb. Aparıcının Baltikyanı ölkələrdəki vəziyyəti həddən artıq şişirtməsi Vellerin xoşuna gəlməyib. Daha sonra yazıçı Babayanı yalan danışmaqda ittiham edib və onun üzərinə stəkanı tullayıb. Bundan sonra o, studiyanı söyüş söyərək tərk edib. Qeyd edək ki, Qarabağa qanunsuz səfərlər etdiyinə görə Roman Babayanın adı Azərbaycan XİN-nin “qara siyahısı”na daxil edilib.


Həftənin “ən ucuz benzin yeri”


Səudiyyə Ərəbistanının dünyada benzinin ən ucuz satıldığı ölkə olduğu bilindi. Dünyanın ən çox neft ehtiyatlarına malik olan ölkədə 5 manata 45 litr benzin almaq mümkündür. Burada sonuncu buraxılış avtomobilləri yollarda görmək adi haldır və demək olar ki, hər bir vətəndaşın maşını var. Odur ki, küçələrdə səudiyyəli piyadalara rast gəlmək çox çətindir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017