Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcra başçısı boks oynadı – GÜNÜN TƏZADLARI
Tarix: 17.03.2017 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Daşkəsən şəhərində Novruz Bayramı ilə bağlı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bir daha maraqlı görüntüləriylə yadda qaldı. Bu barədə Daşkəsən RİH məlumat yayıb. Ə.Abıyev təbrik nitqindən sonra, ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəx nümunələrinə baxış keçirib. Ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirilib. Əhəd Abıyev hər il olduğu kimi, bu il də bayram münasibəti ilə təşkil edilən şənlikdə boks rinqində öz məharətini göstərib.


Türklərin partiyası Hollandiya parlamentində yer aldı


Son günlər Hollandiya hökuməti ilə problemlər yaşayan türklər üçün bu ölkədəki parlament seçkilərinin nəticələri müsbət mənada sürpriz oldu. Musavat.com yazır ki, Hollandiyada yaşayan türklərin 2 il öncə qurduğu DENK Partiyası parlamentə düşə bilib. Parlamentdə 3 yer qazanmaqla bu partiya yarandığı qısa müddətdə böyük uğura imza atmış olub və Türkiyədə, eləcə də bütün türklər arasında böyük sevinclə qarşılanıb. Bu partiyanı Hollandiya Leyboristlər Partiyası üzvlüyündən çıxarılan türk deputatlar Tunahan Kuzu və Səlcuq Öztürk qurub. DENK Partiyası 2015-ci il fevralın 9-da təsis edilib. Bu siyasi təşkilat daha çox krallıqdakı etnik azlıqların haqlarını müdafiə edir.


İlaxır çərşənbə keçirdənlər cəzalandırıldı


İranın Məşhəd şəhərində Hicri təqviminə görə ilin son çərşənbə gecəsi keçirilən Qızıl Çərşənbə (Çərşənbə Suri) mərasimlərində iştirak edən bəzi iranlılara küçə təmizləmə cəzası verildi. Bu barədə İranın “Təsnim” informasiya agentliyi məlumat yayıb. İranda Qızıl Çərşənbə küçələrdə tonqal qalayaraq atəşfəşanlıq və fişəng partladaraq qeyd olunur. Ancaq hər il polis və İnqilab Mühafizəçiləri Qızıl Çərşənbədə “ifrata vardıqları” səbəbilə bir çox şəxsi həbs edir. Məşhəd prokuroru bayramı qeyd etmənin şəhərdə səbəb olduğu ziyanlara görə belə bir cəza verildiyini açıqlayıb. Prokuror, bu il saxlanılan şəxslərin növbəti ilin bu günündən əvvəl yenidən saxlanılacağını və mərasimlər qurtarana qədər müvəqqəti həbsxanada saxlanılacağını bildirib. Bu ilki şənliklərdə üç nəfərin həyatını itirdiyini, 2 min 351 nəfərin də yaralandığını bildirilib.


Çaya insan hüquqları verildi


Yeni Zelandiyadakı çaylardan birinə insanlara məxsus hüquqlar verildi. Hafta.az “Komsomolskaya pravda”ya istinadla yazır ki, söhbət ölkədə həcminə görə üçüncü olan Uonqanui çayından gedir. Bu haqda qanun martın 15-də qüvvəyə minib. Bu, dünyada insanlara verilən hüquqları qazanan ilk çaydır.Çayın yeni statusuna əsasən, ona dəyən hər hansı zərər cinayət məsuliyyəti sayılır. Çaya iki mühafizəçi də təyin edilib. Yüzlərlə yerli sakin qərardan xəbər tutan kimi ağlayıb. Çayın hüquqi bazasının yaradılması üçünsə 1 milyon dollar lazımdır.


Nişanlısına ev yerinə daş hədiyyə et


Çinin Urumçi şəhər sakini öz nişanlısına ev almaq yerinə çəkisi 33 ton olan daş hədiyyə etdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, həmin daşın hazırlanması, daşınması 160 min dollara başa gəlib. Lyu Fey adlı kişi öz sevgilisi Van Fanfana evlilik təklifi edib. Ona vəd etdiyi evi almaq əvəzinə isə meteorit adı ilə satın aldığı daşı verib. O, daşın üzərinə çiçək ləçəklərindən hazırlanmış ürək şəkli düzüb. Eyni zamanda hədiyyəni qırmızı parçaya büküb. Düzdür, gənc qız evlənmə təklifinə müsbət cavab verib. Amma bu hədiyyədən təsirlənmədiyini də nümayiş etdirib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.09.2017
18.09.2017