Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kolumbiya Senatı Xocalı soyqırımı ilə bağlı qərarnamə qəbul edib
Tarix: 18.03.2017 | Saat: 11:00:00
Bölmə:Siyasət | çapa göndər

Kolumbiya Respublikasının Senatı tərəfindən Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı qərarnamə qəbul edilib.

Azərbaycanın Kolumbiyadakı səfirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumatda bildirilir ki, Kolumbiya Senatının vitse-prezidenti, xarici əlaqələr və milli müdafiə komissiyasının prezidenti, eləcə də senatorların imzaladığı bu qərarnamə senat tərəfindən Azərbaycan Respublikasının Kolumbiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Ramil Fərzəliyevə təqdim edilib.

Sənəddə qeyd olunur ki, Senat üzvləri Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bu faciəvi günün yüzlərlə qurbanlarının xatirəsini anaraq Azərbaycan xalqı ilə həmrəyliyini bildirir.

Qərarnamədə 25 il əvvəl, 1992-ci ilin 26 fevralında Ermənistan Respublikasının qoşunları və Dağlıq Qarabağdakı separatçılar tərəfindən yüzlərlə azərbaycanlı qadınların, uşaqların və yaşlıların məhv edilməsi ilə bağlı şiddətli faktların dünya tarixinin heç bir fəslində bir daha yer tutmamasının vacibliyi qeyd olunur.

Kolumbiya xalqının da mənasız müharibədən uzun illər əziyyət çəkdiyi qeyd olunaraq, Azərbaycan və Ermənistan xalqlarının da münaqişəni sülh razılaşması ilə həll etmələrinə dair Kolumbiyanın arzusu ifadə edilir.

Qərarnamədə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirərək Ermənistan qoşunlarının Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsi ilə bağlı Ermənistana çağırış edilir.

Azərbaycan xalqının daim beynəlxalq instansiyalara müraciət edərək insan haqları, beynəlxalq humanitar haqlar və ərazi bütövlüyü hüququnun qorunması zəmanəti ilə sülhə nail olmaq üçün Ermənistan xalqı ilə danışıqların aparılması üçün göstərdiyi səylərinin alqışlandığı qərarnamədə bildirilir.

Bu qərarnamə ilə Azərbaycan xalqına Kolumbiya Senatının dəstəyinin ifadə edildiyi göstərilir.

Ramil Fərzəliyev öz növbəsində ədalətin yanında bir daha durduğuna, Xocalı soyqırımı qurbanlarının xatirəsinə göstərdiyi ehtirama və münaqişədən əzab çəkən Azərbaycan xalqına göstərilən dəstəyə görə Azərbaycan xalqı və hökuməti adından Kolumbiya Senatına təşəkkür edib.

Qeyd edək ki, Kolumbiya Senatında 2012-ci ildə də “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” barədə qərar qəbul edilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.11.2017
22.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
Tac Mahalı erməni mühəndislər layihələndirib? - Ram Nath Kovind