Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropa İttifaqı Türkiyə ilə sazişə görə tənqid atəşinə məruzə qalıb
Tarix: 18.03.2017 | Saat: 13:42:00
Bölmə:Dünya | çapa göndər

Beynəlxalq hüquq müdafiə təşkilatları bir il əvvəl Türkiyə ilə imzalanmış qaçqınlar haqqında sazişin Avropa İttifaqı tərəfindən həyata keçirilməsini kəskin tənqid edirlər. Yoxsulluğa qarşı mübarizə təşkilatlarının beynəlxalq birliyi (Oxfam), Beynəlxalq Xilasetmə Komitəsi (IRC) və Qaçqınların İşləri üzrə Norveç Şurası (NRC) tərəfindən müvafiq birgə sənəd hazırlanaraq martın 17-də açıqlanıb.

"Amnesty International” (AI) beynəlxalq hüquq müdafiə təşkilatı da Aİ ilə Türkiyə razılaşmasından narazıdır. AI-nın Avropa və Mərkəzi Asiya bölməsinin direktoru Con Dalhuzen bu sənədi "Avropanın kollektiv vicdanında rüsvayçı ləkə” adlandırıb. Hüquq müdafiəçiləri bildirirlər ki, Yunanıstan adalarında qaçqınları ağzınacan dolu miskin yaşayış yerlərində saxlayırlar. AI təmsilçilərinin fikrinə, beynəlxalq hüququ pozan qaçqınları Yunanıstandan sığınacaq istəmək üçün ərizə vermək imkanından məhrum edərək, Türkiyəyə göndərirlər. Xatırladaq ki, 2016-cı il martın 18-də imzalanmış sazişə müvafiq olaraq, dəniz yolu ilə Türkiyədən Yunanıstan sahillərinə qeyri-leqal gəlmiş bütün qaçqınları geri göndərilməlidir. Eyni zamanda Aİ hər bir qeyri-leqal miqrant müqabilində Türkiyə ərazisindən bir nəfər leqal suriyalı qaçqını qəbul etməyi öhdəsinə götürüb. Bundan əlavə, Brüssel qaçqınların ehtiyacları üçün Ankaraya 6 milyard avro verməyə razılaşıb, amma vədinə xilaf çıxıb. (AZƏRTAC)


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.05.2017
28.05.2017
27.05.2017