Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İrəvanda etiraz aksiyası dağıdılıb - YENİLƏNİB
Tarix: 19.03.2017 | Saat: 23:59:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib.

APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib.

Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb. Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.

***

16:46 

Seçkiqabağı gərgin situasiyanın hökm sürdüyü Ermənistanda hazırda yürüş-mitinq keçirilir.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxt İrəvanın Açanyak rayonunda keçirilən aksiyanın təşkilatçısı hakim partiyanın əsas rəqiblərindən olan “Konqres-Erməni Milli Konqresi” Blokudur. Nümayişçilər əllərində blokun namizədlərindən olan “Ermənistan” tibb mərkəzinin direktoru Qriqor Qriqoryanın şəkillərini qaldırıb keçələr boyu irəliləyir.

Həmçinin onlar ətrafdakı vətəndaşlara vərəqələr paylayırlar. Təbliğat-təşviqat vərəqələrində ölkə əhalisini sülhə səs verməyə yönəlik çağırışlar əksini tapıb. Qeyd edək ki, Erməni Milli Konqresinin sədri, eks-prezident Levon Ter-Petrosyan Serj Sərksiyan hakimiyyətini Azərbaycanla sülh bağlamağa çağırıb. O hesab edir ki, əks təqdirdə sonra gec olacaq.

Erməni xalqı da özgə torpağındakı itkilərdən cana doyduğu üçün sülh mesajlı seçki bloklarına daha çox etimad göstərir. Hətta sabiq müdafiə naziri Seyran Ohanyan da əhalinin müharibədən yorulduğunu anlayaraq, həmfikiləri ilə birgə yaratdığı seçki blokunun əsas şüarlarından biri olaraq sülhü seçib. Şübhə yoxdur ki, L.Ter-Petrosyanın təsis etdiyi blokunun bugünkü aksiyasının kütləviliyində də Qarabağda sülh mesajı mühüm rol oynayıb.

Məlumata görə, yürüş iştirakçıları arasında eks-prezident özü görünməsə də, blokun Açapnyak-Arabkir-Davidaşen bölgəsindən olan namizədləri deputat Aram Manukyan, L.Ter-Petrosyanın mətbuat katibi Arman Munisyan, iqtisadçı Zoya Tadevosyan iştirak edir. “Ermənistan” tibb mərkəzinin direktoru Qriqor Qriqoryan iş yerində olduğu üçün aksiyaya qatıla bilməyib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017
“Ordu çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi” – Riyaz Sarıkahya
“Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq” – Ayaz Mütəllibov
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb
Ermənistan yenə hərbi təxribatlara əl atacaq - MÖVQE
“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” kitabının təqdimatı olacaq
“18 oktyabr xalq hərəkatının böyük qələbəsi idi” – Mirmahmud Mirəlioğlu
“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu”
“Böyük qarın kəraməti” – poeziya festivalı keçiriləcək
Helsinki Komissiyası münaqişəyə ikili standatlarla yanaşır – BAXIŞ BUCAĞI
Yağış və qara görə də pul yığılmağa başlandı - GÜNÜN TƏZADLARI