Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Almaniyalı səfir Türkiyə XİN-ə çağırılıb
Tarix: 19.03.2017 | Saat: 21:14:00
Bölmə:Dünya | çapa göndər

Almaniyanın Türkiyədəki səfiri Martin Erdman kürdlərin PKK terror təşkilatının rəmzinin nümayiş etdirildiyi Frankfurt mitinqi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə xarici siyasət idarəsinin bəyanatında bildirilir. "Bizi Almaniya hökumətinin Frankfurtda PKK terror təşkilatının rəmzi və onun rəhbərinin şəklinin nümayiş etdirildiyi yürüşə (18 mart) icazə verməsi narahat edir. Bu, ikili standartların yolverilməz nümunəsidir", - deyə bəyanatda qeyd olunur.

XİN qeyd edib ki, Almaniya hökuməti terrorçuların tərəfdarlarına Türkiyə konstitusiyasına düzəlişlərə dair referendum mövzusu ilə bağlı şüarlar səsləndirməsinə icazə verdiyi halda, Türkiyə parlamentarilərinin səsvermə öncəsi təşviqat üçün bu ölkədə yaşayan vətəndaşları ilə görüşməsinə hər vəchlə mane olmağa çalışır.

"Biz bu ədalətsiz mövqeyi pisləyirik. Bizim reaksiyamız Almaniyanın Ankaradakı səfirinin diqqətinə çatdırılıb", - deyə bəyanatda bildirilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017