Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
CAR BMT Təhlükəsizlik Şurasından icazə istəyib
Tarix: 19.03.2017 | Saat: 23:00:00
Bölmə:Dünya | çapa göndər

Cənubi Afrika Respublikası BMT Təhlükəsizlik Şurasından İrana hərbi dəniz qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan “Umkhonto” zenit-raket kompleksinin satışı üçün icazə istəyib.

APA-nın “Tasnim” agentliyinə istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurası razılıq verəcəyi halda CAR-ın “Denel Dynamics” şirkəti böyük həcmdə silah satışını həyata keçirəcək.

İrana silah satışı ilə bağlı müqavilənin dəyəri 118 milyon dollar təşkil edir.

Qeyd edək ki, keçən il dekabrın ortalarında İran müdafiə naziri Hoseyn Dehqan və CAR-ın müdafiə naziri Nosiveve Mapisa-Nkakula arasında hərbi sferada əməkdaşlıqla bağlı memorandum imzalanıb.

Xatırladaq ki, keçən ilin yanvarında İranın nüvə proqrammı ilə bağlı beynəlxalq sanksiyalar ləğv edilib. Ancaq İrana döyüş təyyarələri, hücum vertolyotları, hərbi dəniz gəmiləri, artilleriya qurğuları, tank və raket satışı üçün BMT Təhlükəsizlik Şurasından icazə alınması tələb edilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2017
23.06.2017