Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rusiya-İsrail münasibətləri gərginləşir
Tarix: 20.03.2017 | Saat: 17:20:00
Bölmə:Dünya | çapa göndər

İsrail səfiri Qari Koren Rusiya XİN-nə çağırılıb. Buna səbəb İsrail hərbi hava qüvvələrinə məxsus təyyarələrin Palmira rayonu ərazisində Suriya hərbi obyektlərini hədəfə almasıdır.

SİA "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov rusiyalı jurnalistlərlə söhbətində bildirib. "Bəli, biz indan bu barədə soruşduq"-deyə rus diplomat ölkəsinin sözügedən insidentdən narahat olduğunu qeyd edib.

O, əlavə edib ki, bu kimi insidentlərin qarşısını almaq üçün əlaqə kanalları var və Rusiya tərəfi bu kanalın daha effektli işləməsini, mövcud insidentlərin baş verməməsi üçün daha intensiv fəaliyyət göstərməsini istəyir.

Qeyd edək ki, Suriyadakı aviazərbələrlə bağlı israilli səfirin Rusiya XİN-ə çağırılmasını "Jerusalem Post" da xəbər vermişdi. İsrail KİV-lərinin məlumatına görə, təyyarələr Suriyadakı hədəflərə hücum edərkən, həmin ərazilərin yaxınlığında Rusiya hərbçilərinin də yerləşdiyi bəlli olub. Lakin İsrail bombardmançıları buna baxmayaraq, Palmiradakı əəməliyyatlarını davam etdiriblər. Korenin Rusiya XİN-ə çağırılmasını İsrail XİN-i də təsdiq edib və söhbətin tam təfərrüatı barədə heç nə deyilmir.

Xatırladaq ki, sözügedən insident martın 17-də baş verib. Suriya Ərəb Respublikasına məəxsus məlumat mərkəzlərinin bildirdiyinə görə, dörd İsrail hərbi təyyarəsi ölkənin ərazisinə daxil olaraq orduya məxsus obyektlərdən birinə aviazərbələr endirib. Suriya hərbi komandanlığının dediyinə görə, həmn təyyarələrdən birini Holan yüksəkliyi üzərində vurulub. Bundan əlavə, daha bir qırıcı yararsız hala salınıb. İsrail tərəfi isə öz növbəsində vurulmuş təyyarə ilə bağlı iddiaları inkar edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.03.2017
29.03.2017