Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
«Foto-fakt»da bu gün
Tarix: 30.03.2017 | Saat: 16:10:00
Bölmə:Foto-fakt | çapa göndər

Hacıqabul-Bakı yolundakı avtoqəzalar böyük tıxaclar yaradır.

Hafta.az-ın məlumatına görə, «Yol hərəkətinin təhlükəsizliyi qaydaları» barədə istər yazılı, istərsə də elektron KİV-lərdə dəfələrlə yazılmasına, həmçinin radio və televiziyalarda dəfələrlə deyilməsinə baxmayaraq, sürücülər arasında sürücü mədəniyyətinə, yol mədəniyyətinə hörmətsizlik edənlərə hələ də rast gəlinir. Üstəlik, sözügedən qaydalara əməl etməyənlərin məsuliyyətsizlikləri və səhlənkarlıqları ucbatından hər gün xeyli insan yol-nəqliyyat hadisəsinin qurbanı olur, müxtəlif dərəcəli bədən xəsarəti alır, bəziləri dünyasını dəyişirlər. Ən dəhşətlisi də odur ki, haqqında bəhs etdiyimiz avtoqəzalar uzunmüddətli tıxacların yaranmasına, həmçinin digər sürücülərin və sərnişinlərin əsəblərinin tarıma çəkilməsinə səbəb olur.


«Foto-fakt»da təqdim etdiyimiz şəkillər Hacıqabul – Bakı magistral avtomobil yolunun Sabirabad və Şirvan magistral avtomobil yolu ilə kəsişməsində çəkilib. Həmin şəkillərdən də aydın görünür ki, sözügedən məkanda yüzlərlə nəqliyyat vasitəsi adıçəkilən magistral yolda böyük tıxaca düşüb, əsəbi sərnişinlər isə ətrafda var-gəl edirlər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017