Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şimali Koreyanın dünyanı qorxudan silahları
Tarix: 03.04.2017 | Saat: 16:53:00
Bölmə:Araşdırma | çapa göndər

Bu günlərdə “Financial Times” qəzeti yazdı ki, Birləşmiş Ştatlar prezidenti Donald Trump Şimali Koreyanın tərksilah edilməsi ilə bağlı Çin hökumətinin qarşısında şərt qoyub. Bildirib ki, Pekin bu məsələni həll etməsə, Vaşinqton özü edəcək. Özü də qüvvə tətbiq etmək yolu ilə.

Trump onu da deyib ki, bu həftə Çin lideri Xi Jinpinglə görüşəcək və eyni mesajı onun üzünə səsləndirəcək.

Trump Çinin də bostanına dolayısı yolla daş atıb. Deyib ki, Çin Şimali Koreya üzərində güclü təsir qüvvəsinə malikdir. “Çin konkret mövqe bildirməlidir: ya Amerikaya kömək edəcək, ya da etməyəcək. Etsə özünə yaxşı olacaq, əks təqdirdə bu heç kim üçün yaxşı nəticə verməyəcək” deyib D.Trump.

Dövlət başçısı xatırladıb ki, Birləşmiş Ştatların Cənubi Koreyadakı 28 minlik ordusu hazırda hərbi təlim keçir və istənilən an döyüşə başlamağa hazırdır.

Bütün bunlar öz yerində, Trump hədələdi, qarşı tərəf də eşitdi. Amma real qarşıdurma başlayarsa Vaşinqtonun hədələri reallaşacaqmı? Yəni təklənmiş, sərhədləri içində həbs edilmiş Şimali Koreya cəmiyyəti Birləşmiş Ştatlar ordusunun qarşsında ağ bayraq qaldıracaqmı?

Nəzərə alaq ki, Şimali Koreya dünyanın ən böyük ordularından birinə sahibdir. Ordunun böyük hissəsi isə quru qoşunlarıdır. Məlumata görə, Şimali Koreyanın quru qoşunlarında 1,2 milyon hərbçi var. Buna baxmayaraq, ordunun istifadə etdiyi silahlar olduqca köhnədir. Hətta onların əksər hissəsi Sovet dönəmindən qalmadır. Öz istehsalı olanlar isə keyfiyyət baxımından digər ölkələrin silahından çox geri qalır.

Eyni vəziyyət hava vasitələrinə də aiddir. Hesabata görə, döyüş təyyarələrinin böyük qismi 1983-cü ildə istehsal edilmiş “MiG-29”lardan ibarətir. Əlbəttə, Şimali Koreyanın öz təyyarələri də var, amma onlar da texnoloji baxımdan çox irəli getməyib.

Ordunun en qorxulu birlikləri isə topçu qüvvəsidir. 170 mm-lik “Koksan”lar Pxenyanın, necə deyərlər, alın açıqlığı ilə nümayiş etdirdiyi ən vacib silahdır.

Şimali Koreya ərazisindəki dağlarda quraşdırılan nəhəng və uzaqvuran toplar istənilən an Cənubi Koreyanın paytaxtı Seul şəhərini yerlə bir etmək iqtidarındadır. Ümumiyyətlə, Şimali Koreya ordusunun əlindəki yüzlərlə müxtəlif mənzilli raketlər qonşu dövlətlər üçün təhlükədir...

İndi də Şimali Koreyanın ordusunu daha dəqiq detallarla təqdim edək. Sayca beş ordu birliyindən ibarətdir: Quru qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Strateji Raket Qüvvələri və xüsusi Əməliyyat Qüvvələri.

Ordunun qurulma tarixi 22 aprel 1932-ci ilə uzanır. 80-ci illərin əvvəlindən isə ordu taktiki ballistik raketlərlə təchiz edilməkdədir.

Hesabatlara görə, Şimali Koreya ordusunun cəbbəxanasında elə silahlar var ki, 50-ci illərdə SSRİ-də və ya Çində istehsal olunub. Yəni silahlar çox olsa da, əksəriyyəti köhnə və istifadəsi çətin olanlardır.

2013-cü ilin məlumatına görə, Şimali Koreyanın 1,2 milyonluq ordusuna ehtiyyat qüvvələri və yarımhərbi qüvvələri də əlavə etsək, 9,5 milyon əskərdən ibarətdir və bu sayı ilə dünyada ən iri silahlı qüvvə adını alır.

Qeyd edək ki, 14 yanvar 1959-cu ildə qurulmuş Fəhlə və Kəndli Qırmızı Mühafizlər yarımhərbi birliyinin üzvlərinin sayı bu gün 3,5 milyon nəfərdir.

Quru qüvvələri demək olar ki, vaxtilə keçmiş SSRİ-dən, eləcə də Çindən alınmış silah və texnika ilə təmin edilib.

Bu ölkədə əskərlik məcburidir və xidmət müddəti 3 ilə 5 il arasıdır.

2014-cü ilin məlumatında qeyd edilir ki, Şimali Koreya ordusunun ixtiyarında 4,2 min tank, 2,2 min zirehli texnika, 8,6 min top və 4,8 mindən çox çoxlüləli raket qurğusu var.

Bayaq silah və hərbi texnikanın böyük qisminin köhnə olduğunu bildirmişdik. Məsələn, quru qoşunlarının ixtiyarındakı tanklardan 1000 ədədi Type- 59 marakalı olub, Çindən alınıb. Vaxtilə SSRİ-dən alınan 3 min tankın isə mini T-62, 2 mini isə T-55 markalıdır. Eləcə də SSRİ-dən alınmış 500 amfibiya tankı da var. Özü də istehsal edib. Məsələn, ordu yerli istehsal olan “Chonma-ho” markalı 1000 ədəd və “Pokpung-Ho” markalı 500 tanka (bu tanklar 2010-cu ildə istehsal olunub) sahibdir. Bundan əlavə, sayı bilinməyən PT-85 amfibiya tankı da var.

Ordu, eləcə də, 100 ədəd BMP-1, yerli istehsal olan və sayı bilinmiyən VTT-323 və M-2010, Çindən alınmış və sayı gizlədilən Type-63, Sovet istehsalı olan 100 ədəd BTR-80, 1000 ədəd BTR-60, eləcə də yüzlərlə sayda BTR-50P, Type-55, BTR-152, M1992 və sair texnikaya sahibdir.
Bütün bölgəni qorxuda saxlayan topçu qüvvələrinin ixtiyarında isə 152 mm çaplı M-1974, 170 mm çaplı M-1978, 152 mm çaplı M-1985, D-20/M1955; Type-83, 130 mm çaplı M-1975, 130 mm çaplı M-1992, 122 mm çaplı M-1981 və M-1991, 120 mm çaplı M-1992 silahları var. Eyni zamanda, yerli istehsal olan 600 ədəd ZSU-57-2 və SSRİ-dən alınmış 100 ədəd ZSU-23-4 özüyeriyən təyyarəvuran system də mövcuddur. Bununla yanaşı, sayları gizlədilən 240 mm çaplı M1985 və M-1991markalı təyyarə əleyhinə çoxatışlı raket sistemləri, 122 mm çaplı M-1985 və BM-11, 107 mm çaplı Tupe-63, 240 mm çaplı BM-24, 200 mm çaplı BMD-20, 100 mm çaplı SU-100 çoxatışlı raketatar sistemlər var…

Şimali Koreyanın Hərbi Dəniz Qüvvələri əsasən iki cəbhədə cəmlənib: Qərb donanmasına (Sarı dənizdə yerləşir) müxtəlif təyinatlı 300 gəmi daxildir. Şərq donanmasında (Yapon dənizində yerləşir) isə 470 gəmi var.

Şimali Koreyanən Hərbi Hava Qüvvələrində 110 min əskər xidmət keçir. Ordunun bu sahəsini qurulduğu 1947-ci ildən sonra SSRİ qısa vaxt ərzində öz təyyarələri ilə gücləndirib. Bu gün hava qüvvələrində SSRİ və Çin istehsalı 1700-dən çox (bəlli olan rəqəmlərdir, əslində say daha böyük ola bilər – V.T.) təyyarə var.

Strateji Raket Ordusunun ixtiyarında 70 km mənzilli, 30 ədəd Sovet istehsallı FROG-7, yerli istehsaldan olan yüzlərlə sayda, 160 km mənzilli KN-1, 30 ədəd, 140 km mənzilli KN-2 Toksa, 200 ədəd, 330 km mənzilli Hwasong-5, 600 ədəd, 500 km mənzilli Hwasong-6, sayı bilinməyən, 700 km mənzilli Scud-ER 1, 250-dən çox, 1300 km mənzilli Rodong-1, çox sayda, 2500 km mənzilli Taepodong-1, sayı bilinməyən, 4 min kilometr mənzilli BM 25 Musudan və 10 min kilometrədək mənzilli Taepodong-2 raketlər var. Orta və uzun mənzilli raketlərin çoxu nüvə başlıqlıdır...

Göründüyü kimi, Şimali Koreya heç də asan mşğlub ediləcək dövlət deyil və xüsusilə, ixtiyarında nüvə silahının olması, eləcə də ilk zərbə alacaq Cənubi Koreyanın nəhəg şəhərlərinin zərbə hədəfinin lap altında yerləşməsi dəhşətli nəticələri bəri başdan düşünməyə əsas verir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017