Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Raketin yaratdığı gərginlik Qarabağa da sıçraya bilər” - Salih Yılmaz
Tarix: 07.04.2017 | Saat: 16:09:00
Bölmə:Dünya | çapa göndər

Axır ki, ABŞ özündə təpər tapıb Bəşər Əsədin zülmünə qarşı çıxa bildi. Yəni Xan Şeyxunda müxaliflərin başına kimyəvi bomba yağdırıb, 70-dən artıq insanın ölümünə imza atan bu əliqanlı rejimi cəzalandırmaq üçün ilk iş görüldü. Yerli vaxtla gecə saat 04.40-da Aralıq dənizində lövhər salmış USS Ross ve USS Porter döyüş gəmilərindən 59 ədəd qanadlı “Tomahawk” raketini göndərməklə Əsədin müdafiəsini təşkil edən Şinsar və Əl-Şayrat hərbi aerodromlarını yerlə bir edib.

Deyilənə görə, raket hücumu zamanı “Əl-Şayrat”da 30 ədəd Rusiya istehsalı olan döyüş təyyarəsi varmış. Amma mütəxəssislər onu da vurğulayıb ki, həmin təyyarələrdən ən çoxu 10-u işlək vəziyyətdə olub, qalanları uça bilməyəcək dərəcədə nasaz idi. Yerli dövlət agentliyi olan SANA və eləcə də, Misir medasının yaydığı xəbərdə isə hücumdan bir qədər əvvəl oradakı bütün təyyarələrin, eləcə də yüksək çinli zabitlərin ailələrinin təhlükəsiz bölgələrə aparıldığı deyilir. Burada da maraqlı məqam ortaya çıxır ki, birbaşa ABŞ prezidentinin əmri ilə edilən hücumun nə vaxt reallaşacağını Suriya rejimi necə öyrənib ki, ehtiyyat tədbirlərini vaxtında görə bilib? Ola bilər bu, Əsədin ətrafına topladığı silahlı qüvvələr arasında daha da nüfuzdan düşməməsi üçün süni yaradılmış uydurmadır. Amma bütün hallarda araşdırılması lazımdır…

ABŞ raketlərin ilk partiyasını atdı, canı sağ olsun, bəs yaranacaq siyasi-hərbi fəsadlardan yayınacağını necə, düşünübmü? Axı bütün ölkələr birmənalı şəkildə Trumpu dəstəkləmir. Artıq Əsədin tərəfdarları olan Rusiya və İran ciddi bəyanatlar səsləndirir, Moskva Birləşmiş Ştatlarla Suriya ərazisində aparılan əməliyyatlarda əməkdaşlı etmək barədə razılaşmanı ləğv edib. Bu yandan isə, çağrılmamaış qonaq kimi Çin də Amerikanı raket hücumuna görə qınayıb.

Doğrudur, ABŞ-ı dəstəkləyən dövlətlərin sayı daha çoxdur. Özü də ənənəvi olaraq Qərb blokunda yer alan ölkələr. Böyük Britaniya, İsrail, Avstraliya, Səudiyyə Ərəbistanı, Türkiyə, Polşa, Qətər, Frasa, Kanada və sair. Bu da göstərir ki, Suriya düşünüldüyü kimi, yenə də bir-biri ilə rəqabət aparan iki qütb arasında qurbandır.

Bu arada qeyd edim ki, Rusiyanın bütün hədələrinə baxmayaraq, ortadakı fakt sanki Vaşinqtonun elə Moskvaya təpindiyini göstərir. Necə? Birincisi, döyüş gəmiləri Rusiyanın Suriyadakı hərbi bazasının, necə deyərlər, düz qabağında – dəniz sularında dayanır. Adıçəkilən raketlər də elə ordan atılıb. İkincisi, Rusiya bu ölkədəki bazasına ən müasir hesab etdikləri S-400 hava hücumundan müdafiə sistemini gətirib, yerləşdirib. Elə isə 24 saat fasiləsiz Əsəd rejimini havadan qoruyan bu sistem niyə Amerikanın atdığı 59 raketdən birini tuta bilmədi?

Yeri gəlmişkən, S-400 sistemi, ümumiyyətlə, raketlərə müqavimət göstərməyib.
Bunlar isə iki fikir formalaşdırır: 1. ABŞ Suriyanın hərbi aerodromuna plan əsasında, Moskva ilə razılaşdırılmış hücum edib. Buna görə də hücumdan həm S-400-lər “xəbər tutmayıb”, təyyarələr və zabitlərin ailələri vaxtında təxliyyə edilib. Bazada həlak olan 7 ərəb əskər isə gözdən pərdə asmaq üçün verilən qurbanlardır.


Bu arada yada salaq ki, ABŞ höküməti hücumdan qabaq Rusiyaya yazılı xəbərdarlıq etdiyini təsdiqləyib. Amma yuxarıda qeyd etdiyim kimi, Rusiyaya, Əsədə yox. Belə çıxır ki, Rusiya Əsədi qorumaq üçün məlumatı tam təfsilatı ilə ona göndərib və o da təyyarələrini gizlədib…


2. İstənilən hava hücumu sistemindən yayınanmaq iqtidarında olan “Tomahawk”lar həqiqətən də Rusiyanın S-400-lərinin mənasız system olduğunu ortaya qoyub. Yəni ola bilər ki, S-400-lər hücumun qarşısını almaq istəyib, amma öhdəsindən gəlməyib. Bu halda isə, S-300 və hətta Türkiyənin timsalında S-400-lərə tamah salıb, ətək-ətək pullarını Kremlin qucağına tökən ölkələr peşman olacaqlar. Beləliklə, onların yalnız Amerika silahına meyllənməsi təmin ediləcək.


S-400-lərlə rəqabətdən söz açdım yuxarıda, yaxşı olar ki, bir az da dünyanın diqqətini çəkən bu hadisənin, necə deyərlər, baiskarı olan “Tomahawk”lar barədə məlumat verək.


Məlumata əsasən, bu raketlərin bir ədədi 1 milyon 590 min dollar başa gəlir. Belə çıxır ki, Suriya aerodromuna atılan 59 raketə ümumilikdə 94 milyon dollar xərclənib. Yəni Vaşinqton dünən gecə Əsədə hərbə-zorba gəlmək üçün Amerika xalqının qazandığı 94 milyon dolları göyə sovurdu...


“Tomahawk”lar gəmilərdə, xüsusilə də sualtı qayıqlarda yerləşdirilir. Hərbi lüğətdə adı BGM-109 olan “Tomahawk”dan ilk dəfə 1991-ci ildə birinci körfəz müharibəsində İraqdakı hədəflərə qarşı istifadə olunub. Hazırda bu raketlərdən ABŞ-dan başqa ancaq Böyük Britaniyada mövcuddur. Yəni Vaşinqton bu silahə Londondan başqa heç bir müttəfiqinə verməyib.
Amma onu da qeyd edim ki, ABŞ-ın İngiltərəyə verdiyi “Tomahawk”ların maksimum mənzili 1,1 min kilometrdir. Hansı ki, öz cəbbəxanasındakı eyni raketlərin uçuş mənzili saatda 880 kilometr sürət yığmaqla 2,5 min kilometrdir.
Raketlərin uzunluğu 5,5-6,2 metr, çapı 51,81 sm, ağırlığı 1,6 tondur ki, onun da 450 kiloqramı sadəcə döyüş başlığıdır.
“Tomahawk’lar müxtəlif döyüş başlıqları daşıya bilir. “Raytheon” firmasının məhsulu olan bu raketlər zireh dəlici, dağıdıcı təsirli və hətta nüvə başlıları ilə təchiz edilir. Dördüncü nəsil raketlərdir, hətta hərəkətdə olan hədəfləri təqib edərək, məhv edir.
“Tomahawk” sözünün tərcüməsi “Hindu baltası” deməkdir.
Ağıllı raketlər adlandırılan “Tomahawk”lar yer səthinə yaxın məsafədə hərəkət edir, qarşısına dağ, tikili və sair ki hədəf çıxdığında üstündən və ya ətrafından dolaşmaqla yoluna davam edir. Heç bir halda radara tuş gəlmir.


Türkiyədəki Yıldırım Bəyazid Universitetinin professoru, tarixçi-politoloq Salih Yılmaz qəzetimizə müsahibəsində deyir ki, Donald Trump bu addımı ilə sözünün üstündə dayandığını isbatladı. “O iqtidara gələn gündən deyirdi ki, Əsədə qarşıdır. O, raket hücumu ilə Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın itirdiyi imici geri qaytarmaq və bununla da müttəfiq ölkələrə dəstək vermək istəyir” deyən professor əlavə etdi ki, əslində Trumun əsl hədəfi İrana qarşı təzyiqləri gücləndirməkdir. Bunu etmək üçün isə Əsədi hakimiyyətdən uzaqlaşdırıb, İranla həmsərhəd olan müttəfiqlərini tərəfinə çəkmək lazımdır.

 

Salih Yılmaz deyir ki, bütün söz davasına baxmayaraq, heç bir halda Rusiya ilə ABŞ arasında hansısa formada silahlı qarşıdurmanın yaşanacağını düşünmür. “ABŞ bu hücumu onsuz da Rusiya və bölgə ölkələrini məlumatlandıraraq həyata keçirib. Ona görə də hesab edirəm ki, ancaq qarşılıqlı şəkildə bəzi beynəlxalq həmlələrin olacaq” deyir türkiyəli professor.

Onun qənaətincə, Trumpun bu həmləsi, eyni zamanda, "təhlükəsiz zonaların yaradılması" və "Suriyanın parçalanması” ilə bağlı atılan addım kimi də qiymətləndirilə bilər.

 

“ABŞ təhlükəsiz bölgələr yaratmaq üçün Əsədin qüvvəsini tükətmək istəyir. Mümkündür ki, qarşıdakı günlərdə ABŞ müttəfiqlərini də başına yığaraq Əsəd rejiminə qarşı geniş hücuma keçəcək. Elə buna görə də Rusiya ilə aparılan danışıqlar acınacaqlı həddə düşüb. Hesab edirəm ki, yaranmış gərginlik aradan qaldırılmasa, böhran Ukrayna, Qarabağ və İrana da sıçraya bilər” deyir professor Salih Yılmaz.


Suriyadakı Bayırbucak Xəbər Agentliyinin rəhbəri Sadəttin Molla isə deyir ki, ABŞ-ın hücumunun sadəcə Əl-Şayrat aerodromu ilə məhdudlaşmasının iki səbəbi var: ABŞ-ın imicini bərpa etmək və “mən də burdayam” ismarıcını çatdırmaq.


“ABŞ bu hücumla, son günlər Səudiyyə Ərəbistanı və körfəz əmirliklərini İsraillə bir araya gətirmək için göstərdiyi səylərə mesaj vermiş ola bilər. Çünki ABŞ-ın ərköyün balası olan İsrail son 6 ildə ilk dəfədir Trumpdan Əsəd rejiminə hücum edərək, cəzalandırmasını istəyib. Eyni zamanda, ilk dəfə belə gurultunun qoparılması ABŞ-ın Suriya siyasətinin dəyişdiyinin işarəti kimi də yorumlana bilər. Bütün bu proseslər İsrailin maraqlarını qoruyacaq plan çərçivəsində getdiyini də göstərir. Xan Şeyhunda törədilmiş kimyəvi hücumdan sonra Vaşinqton və müttəfiqlərinin vediyi açıqlamalara baxdıqda, həll yolunun eynən bir neçə ay öncə MOSSAD-a yaxınlığıyla tanınan DEBKA saytının yayımladığı “5-ə bölünmüş Suriya”a doğru getdiyini görərik” deyən S.Molla əlavə etdi ki, eyni zamanda İsrail ərazisindən cəbhənin açılmasına dair də çağırışlar var. Yəqin buna görədir ki, dünən paytaxt Dəməşq şəhərindəki iranlı diplomatların ailələri Livana göndərilib və buradakı vacib hərbi birləşmələrin də yerləri dəyişdirilib.

S.Molla deyir ki, Trumpun Suriyaya müdaxilə məsələsinə iki səbəbdən dolayısı isti yanaşdığı bildirilir.

1. Rusiyanın bölgədəki üstünlüyünə son qoymaq.

2. Suriyanı israilin istədiyi kimi təhlükəsiz zonalar adıyla parçalamaq. “ABŞ İsrailin təhlükəsizliyini təmin etmək və PYD/PKK layihəsini həyata keçirmək üçün Xan Şeyhun kimyəvi hücumundan maksimum yararlanmaq istəyir Bu xüsusda BMT-nin verəcəyi qərar və ya beynəlxalq ictimaiyyətdən alınacaq dəstək Türkiyənin mövqeyini də çətinləşdirə bilər” deyir S.Molla.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017