Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıxanov qəsəbəsinin Sülh küçəsi antisanitariya mənbəyinə çevrilib - REPORTAJ
Tarix: 07.04.2017 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Bakı şəhər Sabunçu rayonunun mərkəzi sayılan Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 105 saylı Uşaq Bağçası və Körpələr Evinin binası bir neçə il bundan əvvəl əsaslı təmir edilib. Hazırda isə müəssisə mötəbər qonağın gəlişinə hazırlaşır. Bununla bağlı uşaq bağçasının həyətində təmir işləri aparılırdı. Hasarlara ağlay üzlüklər vurulur. Həmin ərazidə isə Sabunçu Rayon MKTB 47 saylı Mənzil-Kommunal İstismar Sahəsinin binası yerləşən hissə baxımsız qalıb. 

Bir saylı binanın həyətində ağacların budanmış budaqları, eləcə də yığılmış alaqotları və məişət tullantıları qalaqlanaraq ərazidə qalmşdı. Hətta zibil asfalt yoluna kimi atılmışdı. Qeyd edək ki, ətraf məhəllələrdə ağaclara qulluq göstərilmir, onların dibini şumlayan, alaqotlarından təmizləyən və suvaran yoxdur. Hətta dolu olan zibil qutularından məişət tullantıları atılmamış qalmışdı.
Sülh küçəsi - 4090/94 saylı məhəllə daha acınacaqlı durumda idi. Adıçəkilən məhəllə böyük bir ərazini əhatə edir.
Şakir adlı sakin şikayətləndi ki, qəsəbənin böyük ərazisində abadlıq işləri aparılıb, amma onların məhəllələri isə bu qayğılardan kənarda qalıb. Onun sözlərinə görə, hər tərəf tutulub. Uşaqların oynaması və sakinlərin dincəlməsi üçün heç bir şərait yoxdur. Uşaqlar məcbur olub uzaqda yerləşən 271 saylı tam orta məktəbin idman meydançasında oynayırlar.


Natavan adlı yaşlı bir qadın söylədi ki, ərazi tamamilə zəbt olunub. Lüzumsuz dəmir avtomobil qarajların sayı-hesabı yoxdur: “Qaraş və köşklər bir-birinə bitişik, pərakəndə şəkildə qoyulduğundan, məhəllədə oturmaq üçün boş sahə qalmayıb. Əvvəllər süpürgəçi işləyirdim. İndi isə xəstəyəm, həyətdə balaca evim var. Mənzilim hər tərəfdən bu köşklərlə əhatələnib. Yaşadığım kiçik evin arxa tərəfində olan böyük bir ərazi zibilxanaya çevrilib. Həmin ərazidə iri quru ağac gövdələrindən, budaqlarından tutmuş, məişət tullantılarına kimi var. Məhəlləmizin ekoloji tarazlığı və sağlam mühiti pozuub. Elə ki, qızmar yay gəldi, bizim qara günlərimiz başlayır. Xəstə adamam, zibili gətirib qapımın ağzına töküblər».
Sakinlər söylədilər ki, məhəllədə iri bir söyüd ağacı var. Artıq o ağac quruyub. Hər vaxt yıxıla bilər, gəlib onu doğrayan yoxdur.
Sabunçu rayon MKTB 47 saylı Mənzil Kommunal İstismar Sahəsində də olduq. MKİS-in rəisi Asif Muxtarlı “Həftə içi”nə bildirdi ki, onlar bütün günü işlədirlər:
“MKİS adlı qurum artıq ölüb. Bütün səlahiyyətlər əlimizdən alınıb. Bütün günü küçələrdə alaq təmizləməklə məşğul oluruq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.08.2017
22.08.2017