Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölkəmizdə alternativ enerji ilə işləyən avtomobillər - ARAŞDIRMA
Tarix: 13.04.2017 | Saat: 13:44:00
Bölmə:Araşdırma | çapa göndər

Artıq dünya avtomobil şirkətləri bütün gücünü elektrik enerjisi ilə çalışan maşınların istehsalına yönəldib. 2016-cı ilin statistikasına görə, Almaniyada 35 min, Fransada 32 min, İngiltərədə 21 min, ABŞ-da isə 44 min alternativ enerji ilə işləyən nəqliyyat vasitələri vətəndaşların ixtiyarına verilib. Hətta Fransa hökuməti “Euro-5” və “Euro-6” standartlarına cavab verən bu cür nəqliyyat vasitələrinin ölkəyə gətirilərkən dövlət rüsümunda 36 faiz güzəşt də edir. Sürücülərə bu cür güzəştlər ekologiyanın keşiyində dayandıqları üçün hədiyyə olunur.

Bəs Azərbaycanda Elektrik nəqliyyat vasitələrinin sayı nə qədərdir? Bu cür avtomobilləri ölkəyə kim gətirir? Onlara ölkəyə gətirilərkən rüsum güzəştləri tətbiq olunurmu?

İlk olaraq onu qeyd edək ki,–ci ildən ekoloji təmiz avtomobillərdən olan və alternativ enerji ilə çalışan “Tesla” nəqliyyat vasitələri ilk dəfə  21 yanvar 2015-ci ildə Bakıya gətirilib. Bu avtomobillərin ölkəyə gətirilməsi, Azərbaycanda “Green Car” MMC-nin genişmiqyaslı innovativ-ekoloji layihəyə start verməsi ilə başlayıb. Bu layihənin həyata keçirilməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması istiqamətindəki ekoloji təşəbbüslərə dəstək olmaqla, ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır.

Alternativ və Bərpa Olunan Enerji Agentliyi (ABOEM)-dən verilən məlumata görə, hazırda ölkəmizdə 50-yə yaxın bu cür avtomobil gətirilib. Amma rüsum ödənilərkən bu cür elektrik nəqliyyat vasitələri sahiblərinə endirim edilib-edilməməsi ilə bağlı onlarda məlumat yoxdur.

Millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında deyib ki, elektrik nəqliyyat vasitələri mütəmadi olaraq Azərbaycana gətirilir. Artıq ilk elektrik enerjisi ilə işləyən avtomobillərin paytaxta gətirilməsindən xeyli müddət keçir. Gətirilən maşınlar çox yaxşı işləyir, heç bir texniki problemləri yoxdur:

“Ölkəmizdə müəyyən sahibkarlar var, avtomobilləri də ölkəyə onlar gətirir. Bir neçə maşını mən öz gözlərimlə görmüşəm, minmişəm. Hazırda ölkəmizdə neçə belə avtomobilin olması ilə bağlı dəqiq say deyə bilmərəm. Azərbaycanda avtomobillərlə bağlı xüsusi rüsumlar var. Bu da onun motorunun gücü ilə əlaqədardır. Yəni, markanın buraya heç bir dəxli yoxdur. Elektrik enerjisi ilə şarj olunan avtomobillərə də onların parametrlərinə, motorlarının gücünə görə rüsum qoyulur. Ümumiyyətlə hazırda dünyada müəyyən dərəcədə enerji qıtlığı var.  Bu da neft və qazla əlaqədardır. Ona görə də alternativ enerji mənbəyindən istifadə etmək bir nömrəli məsələdir. Bütün dövlətlərdə bu proses gedir. Çalışırlar ki, alternativ enerji mənbələrinə keçsinlər. Avtomobildə də elektrik enerjisindən istifadə etmək üçün bu cür işlər görülür. Artıq Elektrik nəqliyyat vasitələrindən istifadə adi hala çevrilib. Hazırda ölkəmizdə günəş batareyalarından, müəyyən su dəyirmanlarından istifadə olunur. Alternativ enerji ilə bağlı agentlik də yaradılıb və bu işlə məşğul olurlar”.

Bu cür avtomobilləri ölkəyə kim gətirir?

Artıq bir neçə ildir ki, “GreenCar”- elektrik nəqliyyat vasitələrinin satış və xidmət Mərkəzi Azərbaycan Avtomobil Federasiyası və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) təşkilatının dəstəyi ilə ölkə ərazisində genişmiqyaslı innovativ- ekoloji layihənin həyata keçirilməsinə başlayıb. Azərbaycan Avtomobil Federasiyasından bildiriblər ki, layihənin əsas məqsədlərindən biri ən son texnoloji yeniliklərin Azərbaycana gətirilməsidir. Ətraf mühitin innovativ metodlarla qorunması, nəqliyyat vasitələri ilə ətraf mühitə atılan tullantıların minimum səviyyəyə endirilməsinə dəstək, daha az xərclə daha çox məsafə qət etmək istiqamətində həyata keçirilən bu layihə çərçivəsində "GreenCar" satış və xidmət mərkəzində müxtəlif ölkələrin istehsalı olan elektrik nəqliyyat vasitələri - elektrik avtomobilləri, elektrik avtobusları, elektrik motosikletləri, elektrik velosipedləri nümayiş olunacaq.

Bəs elektrik enerjisi ilə işləyən avtobuslar?

“GreenCar” layihəsi çərçivəsində bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən avtobuslarla marşrutlar üzrə sərnişin daşınması da həyata keçiriləcək. Bu marşrutların gələcəkdə Bakı şəhəri və regionlar üzrə genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda bir dəfəyə elektrik enerjisi ilə 300 km məsafə qət edən elektrik taksilərinin də Bakıya gətirilməsi layihənin tərkib hissəsidir.

Bakıdakı avtomobillərin enerji doldurma aparatları...

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə strukturu olan "SOCAR Petroleum" 2014-cü ildən başlayaraq Bakıdakı bir sıra yanacaqdoldurma məntəqələrində elektromobillər üçün ultra sürətli şarj avadanlıqları quraşdırır. Qurum 2015-ci ilin yayında elektriklər işləyən maşınlar üçün yanacaqdoldurma aparatları quraşdırıb. Elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobillərin sahibləri öz avtomobillərini aeroport yolu üzərində Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrimizdə ultra sürətli şarj avadanlıqları vasitəsilə 15-20 dəqiqəyə tam şarj edə bilərlər.

Onu da qeyd edək ki, avadanlıqlar CHAdeMO, COMBO 2, AC TYPE mode2 standartlarını dəstəkləyir. Sürətli şarj avadanlıqları eyni anda iki avtomobili şarj edə biləcək ikili texnologiya ilə təmin edilib. Dolum müddətində müştəri şarjın statusu, müxtəlif parametrlər haqqında ətraflı məlumat ala bilmək hüququna malikdir. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.08.2017
19.08.2017
18.08.2017