Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “qladiatorları” - HƏFTƏ-REYTİNQ
Tarix: 14.04.2017 | Saat: 19:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevlə Milli Şura sədri, tarixçi professor Cəmil Həsənli arasında yaranan və bir aydan artıqdır davam edən qarşıdurma daha da qızışdı. Eks-spikerin MŞ-nın 8 aprel mitinqini kəskin tənqid etməsindən sonra, tarixçi-professor öz “Facebook” səhifəsində buna qarşı sərt status paylaşıb. O yazıb ki, MŞ-nın aksiyası uğurlu olub. R.Quliyev isə buna təhqiramiz cavablar cavab verərək, MŞ rəhbərini dırnaqarası professor adlandırıb: “...“Professor’’ heç bir xəcalət çəkmədən 2, 3... 5 min yox, mitinqdə 10 minə yaxın adamın iştirak etdiyini elan edir. Bu gülünc bəyanat məni çox da təəccübləndirmədi... Tarixi faktları kobudcasına saxtalaşdıran, sifarişlə yazılmış 2 kitabın müəllifi cavan yaşlarından tarix elmi əvəzinə, yalan danışma elmini dərindən mənimsəmişdir...”.


Həftənin “Şerlok Holmsu”


Həftəni gündəminə dönmüş Yasamaldakı Hacı Cavad məscidinin sökülməsi ilə bağlı məsələ MM-də müzakirə olunarkən deputat Qüdrət Həsənquliyev məscid ətrafında gərginlik törədən şəxslərin xarici ölkələrin casusları olduğuna işarə vurdu: “Hesab edirəm ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxsləri Dövlət Təhlükəsizlik Xidməti araşdırmalıdır. Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin. Bu məsələ araşdırılmalıdır. Nardaran hadisələri zamanı da bu kimi halların şahidi olduq və sonu qanlı olaylarla bitdi...”.


Həftənin “rəngli corablısı”


ABŞ-ın sabiq prezidenti Bill Klinton sələfi, ata Corc Buşa bəzəkli corab hədiyyə etdi. Bu haqda B. Klinton özünün "Twitter"dəki mikrobloqunda xəbər verib. O, Hyustonda ata Buşa və onun xanımına baş çəkib. ABŞ-ın keçmiş prezidentləri uşaqlar, nəvələr və keçmiş və indiki günlər haqqında danışıblar. Məlum olub ki, ata Buş çoxdandır corab kolleksiyası toplayır. O, daha çox rəngli və qeyri-adi corabları yığır. Buna görə də Klinton ona növbəti eksponatı təqdim edib.
Xatırladaq ki, 2013-cü ildə amerikalılar bununla bağlı aksiya keçirmişdilər. Onlar ata Buşun doğum gününə fotolar və rəngli corablar hədiyyə etmişdilər.


Həftənin “ fəxri ağsaqqalı”


Türkmənistana səfəri zamanı Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə Türkmənistann “fəxri ağsaqqalı” adı verildi. Jirinovskiyə “fəxri ağsaqqal” adı verilməsi haqda Dövlət Dumasının idman və bədən tərbiyəsi komitəsinin rəhbəri Mixail Deqtyarov məlumat verib. Deputat deyib: “Hər gün KİV-lərdə qərb xadimləri Qərbdən nümunə götürməyə çağırırlar. Ancaq LDPR liderinin çoxdan çağırdığı kimi “üzünü Cənuba döndərməyin” vaxtı çatıb. Türkmənbaşı “Berdımuhammedov Jirinovskiyə türkmən xalqının fəxri ağsaqqalı adı verib, bu da Türkmənistan tərəfdən LDPR liderinə olan hörmətin nümayişidir...”. Xatırladaq ki, son bir ildə Jirinovski Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri ilə görüşüb.


Həftənin “heyvanşünası”


ABŞ prezidenti Donald Tramp Suriya diktatoru Bəşər Əsədi “heyvan” adlandırdı. O, “Fox Business”ə müsahibəsində belə deyib: “Əgər Rusiya bu heyvanı dəstəkləməsəydi, problem olmazdı”. ABŞ prezidenti əlavə edib ki, Rusiya prezidenti Putin Əsədi şəxsən dəstəkləyir: “Əgər düzünü desəm o, (Putin) əsl şəri dəstəkləyir. Fikrimcə bu, Rusiyanın özü üçün çox pisdir, insanlıq üçün çox pisdir, bütün dünya üçün pisdir...”. Tramp bildirib ki, onun Suriyanın aviabazasına raket zərbələri endirmək qərarına İdlibdəki kimyəvi silah hücumuna və uşaqların bu hücum nəticəsində necə öldüyünə dair KİV-də yayılmış fotoşəkillər təsir edib.


Həftənin “Eynşteyni”


Texasın Knoxville heyvanxanasında yaşayan “Albert Eynşteyn” ləqəbli Afrika tutuquşusu onu əhliləşdirən sahibinə müsahibə verdi. Həmin anın görüntüləri "Facebook" sosial şəbəkəsində nümayiş olunub. Sahibinin sözlərinə görə, quşun fantastik istedadı var. Belə ki, tutuquşu insanların sözlərini, inək, at və başqa heyvan səslərini çıxara bilir. Tutuquşunun bu məharəti görənləri heyrətləndirib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017