Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Soydaşımız milli geyimdə namizəd oldu
Tarix: 16.04.2017 | Saat: 10:36:00
Bölmə:Dünya | çapa göndər

İranda bir soydaşımız Azərbaycanın milli geyimi ilə ölkə prezidentliyinə namizədliyini qeydiyyatdan keçirib.

Hafta.az İran KİV-nə istinadən xəbər verir ki, namizədliyini verən şəxs Şəbistər şəhər sakini Məhəmməd Sefidgərandır. Prezidentliyə namizədliyini irəli sürməkdə əsas məqsədinin Urmiya gölünü canlandırmaqdır deyən Səfidgəran həmçinin qeyd edib ki, Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq, türk dilində tədrisi təmin etmək niyyətinin olduğunu da qeyd edib.
Qeyd edək ki, ötən günlərdə Salmasdan olan daha bir soydaşımız da Şəhər İcra Hakimiyyətinə (fərmandari) Azərbaycanın milli geyimi ilə gedərək, şura seçkilərinə öz namizədliyini irəli sürmüşdü. Fevral ayında isə urmiyalı deputat Hadi Bahaduri milli geyimlə parlamentin tribunası arxasına keçərək ana dilinin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmiya gölü böhranı ilə bağlı önəmli çıxış etmişdi.

İranda növbəti prezident seçkisi bu il mayın 19-da keçiriləcək.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017