Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Seçicilərin 51.3 faizi Konstitusiyaya dəyişiklikləri dəstəkləyir - YENİLƏNİB
Tarix: 16.04.2017 | Saat: 22:03:00
Bölmə:Dünya | çapa göndər

Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb. 

Bülletenlərin 98  faizinin sayılmasından sonra seçicilərin 51.3 faizi Konstitusiya dəyişikliyinin lehinə, 48.6 faizi əleyhinə səs verib. 

Referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.

***

Türkiyədə bu gün keçirilən referendumunda bülletenlərin 94 faizi sayılıb. 

Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, bülletenlərin 94  faizinin sayılmasından sonra seçicilərin 52.1 faizi Konstitusiya dəyişikliyinin lehinə, 47.8 faizi əleyhinə səs verib.

***

Bu gün Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda seçici fəallığı məlum olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, seçicilər 167 min 140 seçki məntəqəsində səs veriblər.

İlkin məlumata görə, seçici fəallığı 84.05 faiz olub.

Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017