Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
ABŞ prezidentlərinin maraqlı hobbiləri
Tarix: 17.04.2017 | Saat: 11:39:00
Bölmə:Maraqlı | çapa göndər

Dünyanın ən hegemon dövlətin liderləri olmuş ABŞ prezidentləri maraqlı hobbiləri ilə də seçilib. Öz maraqlı yaşam tərzləri ilə diqqət çəkməyi bacaran liderlərin Ağ Evdə yaşadıqları dövrdə kolleksiya zalları olub.

Hafta.az onların bir qisminin hobbiləri ilə sizi tanış edir.

Belə ki, ABŞ-ın ilk prezidenti olmuş Corc Vaşinqtonun gümüş qılınc və müşket kolleksiyası olub. Onun kolleksiyasının bir qismi varisləri tərəfindən auksionlarda satılsa da, bir hissəsi ABŞ Dövlət Muzeyində qorunur.

ABŞ-ın 16-cı prezidenti Abram Linkolnin isə qələm kolleksiyası olub. O, orta əsrlərdə Şərqdə istifadə olunan lələkli mürəkkəblərin vurğunu imiş. Linkoln teatr aktyorlarının geyimlərini toplamaqla da məşğul olub. Teatra hədsiz həvəsi olan prezident elə bu mədəniyyət ocağında tamaşaya baxarkən öldürülüb.

Ağ Evin 17-ci sahibi Andey Conson isə pul kolleksiyası toplamaqla məşğul olub. O qədim İran, Çin, Hindistan və Misir dövlətlərinin pullarını toplayaraq, özünə zəngin kolleksiya formalaşdırıb. Onun prezident sarayında qədim pul kolleksiyası zalı da olub. Sonradan bu zal rəsmi auksionda 3 milyon dollara dövlətin Nimuzmatika Muzeyinə satılıb.

On səkkizinci prezident Ulises Qrant isə kitab və xətkeş kolleksiyaçısı olub. Onda bu həvəs dülgər atasının emalatxanasında maraqlı xətkeşləri gördükdən sonra formalaşıb. Qrant sağlığında 12 mindən çox kitab və 10 minə yaxın xətkeş toplaya bilib. Kolleksiyasındakı ən uzun xətkeş 1 metr 75 sm, ən qısa xətkeş isə 4,5 sm olub.

Amerikanın 25-ci prezidenti Vilyam Makkinlinin İncil kolleksiyası varmış. O, 23 yaşına qədər Vaşinqtonun Harrisson bölgəsindəki “Vheler” kilsəsində keşiş kimi fəaliyyət göstərib. Elə o vaxtdan gənc Makkinlidə  kilsədəki “qəribə üzülüklərlə üzlənmiş” müqəddəs kitablara maraq oyanıb. Ölümünə bir ay qalmış kolleksiyasındakı incilləri ABŞ Dövlət Kitabxanasına hədiyyə edib.

Bill Klintonun isə hobbisi saksafon çalmaq olub. O, həm də maraqlı saksafonları toplamaqla məşğul imiş. Kolleksiyasında 100-dən artıq bu musiqi alətinin maraqlı işləmələri və dizaynları mövcuddur. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.08.2017
19.08.2017
18.08.2017