Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Oyun başlayandan qurtaranadək dünyanın diqqəti Azərbaycanda olacaq” - Əsgər Farsi
Tarix: 17.04.2017 | Saat: 11:50:00
Bölmə:Müsahibə | çapa göndər

İslam Həmrəylik Oyunlarına çox az qalır. Tək idmançı heyətləri deyil, eləcə də oyunları canlı izləmək üçün minlərlə əcnəbi Azərbaycana axışacaq. Yəni dünyanın gözü Azərbaycanda olacaq. Təbii ki, yarışda iştirak üçün Bakıya idmançı göndərən ölkələrin bir çoxunun səfirliləri var respublikamızda. Çox istədim ki, onlardan bəzilərinin bununla bağlı fikirlərini oxucularımızla bölüşüm. İlk olaraq İranın ölkəmizdəki sfirliyinin Mədəniyyət Mərkəzinin qapısını döydüm. Mərkəzin sədri, müsahibim olacaq cənab Əsgər Farsi bu posta lap yenicə - Novruz bayramından sonra təyinat alsa da, canla-başla qəbul etdi. Şən və mehriban davranışı ilə böyük mədəniyyət sahibi olan bu insan İslam Həmrəylik oyunlarının əhəmiyyətini çox yüksək dəyərləndrdi, prezident İlham Əliyevin bu oyunları Bakıda keçirmək qərarını təqdir etdi. Buyurun, cənab Farsinin dedikləri ilə özünüz tanış olun:

- İran - Azərbaycan ortaq mədəniyyəti uzun və möhtəşəm tarixə malikdir. Tarixindən mədəniyyətinə, dil, din, məişət,adət-ənənələr va sair baxımından dünyada ikinci dövlət yoxdur ki, İran və Azərbaycan qədər bir-birinə yaxın olsun. Böyük çətinliklər yaşasa da, tarixi etaplar ərzində xalqlarımız birgə addımlayaraq bu günədək gəlib, çatıb. Azərbaycan müstəqilliyinə qovuşandan sonra ölkələrimiz arasında əlaqələr daha da genişlənib. Bir faktı da xatırladım ki, sovetlər dönəmində xalqlarımızı tikanlı məftillər yaransa da, İranda Rəşid Behbudovun mahnıları, Azərbaycanda isə Şəhriyarım şerləri ürəklər arasında körpü qururdu. Sərhədlər götürüləndən sonra isə insanlarımız həsrəti bir yana qoyaraq, mütəmadi gediş-gəlişlə yenidən bir-briinə qovuşdu.

- Doğru dediniz ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra xalqlarımız arasında münasibətlərin inkişafında yeni dövr açıldı. Burada ümummilli lider Heydər Əliyevin də böyük rolu olub...

- Heydər Əliyev hakimiyyətə gələndən sonra, bəli, dövlətlərarası münasibətlər çox gücləndi. Bu gün də prezident İlham Əliyevin yürütdüyü dostluq siyasəti müstəvisində gediş-gəliş dəfələrlə artıb. Bir faktı yada salım ki, prezident İlham Əliyev son 3 ildə İranın dövlət başçısı ilə ümumilikdə 8 dəfə görüş keçirib. O, eləcə də, İran İslam İnqilabının lideri Ayətullah Xamenei ilə 2 dəfə bir araya gələrək, mehriban və səmimi şəraitdə söhbət edib.

- İnşallah, əlaqələrin genişlənməsində Mədəniyyət Mərkəzinin rəhbəri olaraq sizin də rolunuz olar. Bəlkə bir az öz işinizdən, arzularınızdan danışasınız...

- Azərbaycanla təmaslarım əslində 1998-ci ildən başlayır və indi üçüncü dəfədir ki, Bakıda diplomatik vəzifəni yerinə yetirirəm. Mədəniyyət Mərkəzinin sədri vəzifəsinin icrasına Novruz bayramından sonra başlamışam. Amma bu qısa vaxtda Mədəniyyət Nazirliyində çox səmərəli görüşlər keçirmişik. Qərara alınıb ki, aprelin 24-də mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Milli Konservatoriyasının rekroru Səyavuş Kərimi, Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri Azərpaşa Nemət və Mədəniyyət Nazirliyinin işçilərindən ibarət bir heyət İrana səfər etsin. Təxminən iyun ayının ortalarında Tehran və İsfahan şəhərlərində Azərbaycanın Mədəniyyət Həftəsinə start veriləcək. Razılığa görə, həmin tədbirlərdə iştirak üçün Azərbaycandan İrana mədəniyyət və incəsənət nümayəndələrindən ibarət təxminən 70 nəfərlik heyət gedəcək. Tədbirlər yekunlaşandan 10 ay sonra isə Azərbaycanda İranın Mədəniyyət Həftəsi keçiriləcək. Azərbaycanın iki şəhərində baş tutacaq tədbirlərə də İranın təxminən 70 nəfərlik mədəniyyət və incəsənət ustalarından ibarət heyət qatılacaq.

- Bu yaxınlarda “Fəcr” kino festivalı keçirilək Tehranda. Azərbaycan dəvət alıbmı ora?

- Bu festival əsasən iki hissədən ibarətdir. Birinci hissədə İrandaxili filmlərin təqdimatı olur və bu, artıq baş tutub. Beynəlxalq kino şirkətlərinin filmlərinin təqdim olunacağı ikinci hissə isə bu günlərdə işə başlayacaq. Qeyd edim ki, festivalın beynəlxalq hissəsində yer alacaq münsiflər heyətinin bir üzvü də məhz Azərbaycan kinosunun ulduzu Həmidə Ömərovadır.

- Yəqin Azərbaycan kinoları da təqdim olunacaq festivalda...

- Bildiyimə görə, Kənan Musayevin çəkdiyi “Həyat qatarı” filmi kino bazarına çıxarılacaq. Hansı ki, Həmidə xanım da o filmdə rol alıb.

- Bu gün İran - Azərbaycan mədəni əlaqələrindən söz açılanda ən çox ölkəmizə minlərlə iranlı turistin gəlməsindən danışılır...

- Turizm əlaqələri son dərəcə inkişaf edib. Ölkələrimiz arasında gediş-gəliş dəfələrlə artıb. Məsələn, Novruz bayramı günlərində 65 min iranlının Azərbaycana səfər etdiyi, İrana gedən azərbaycanlıların sayında da kəskin artışın qeydə alındığı bildirilir. Bu da təbidir: çünki xalqlarımızı eyni din, eyni tarix, eyni mənəviyyat birləşdirir. Bu gün minlərlə azərbaycanlı İrana dini ziyarətə, qohum qardaşını görməyə, gəzməyə və müalicəyə gedir. Bu yerdə qeyd edim ki, bu il Məşhəd şəhəri İslam dünyasının Mədəniyyət paytaxtı olub və sevindirici haldır ki, gələn il də Naxçıvan şəhəri Mədəniyyət paytaxtı elan ediləcək. Təbriz 2018-ci il üçün turizm sahəsində nümunəvi şəhər seçilib. Onu da bildirim ki, aparılan danışıqların nəticəsinə əsasən, Bakıdakı Nizami muzeyində İran, Təbriz muzeylərindən birində isə Azərbaycan bölməsi yaradılacaq. Bütün bunlar əlaqələrimizin nə qədər geniş olduğunu göstərir.

- Mədəniyyət nazirlərinin qarşılıqlı səfərləri də olmalıdır, dəqiq tarixi məlumdur?

- Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev Mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar iyun ayında İrana səfər edəcək. İranın mədəniyyət naziri cənab Salehinin də Azərbaycanda keçiriləcək Svilizasiyalararası Dialoqda iştirak etmək üçün Bakıya gəlməsi nəzərdə tutulur. Təbrizdə 40 rəssamın əsərlərindən, həmçinin Azərbaycan məscidlərinin şəkillərindən ibarət sərgilər keçirilib. Yaxın günlərdə keçiriləcək “İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VI Beynəlxalq müsabiqəsində iki gənc iranlı ifaçı və həmçini münsiflər heyətində tanınmış musiqiçi, cənab Dibazər iştirak edəcəklər. Göründüyü kimi, əlaqələrimizdə hər şey inkişafa xidmət göstərir və biz də Mədəniyyət Mərkəzi olaraq bu müstəvidə əlimizdən gələni edəcəyik.

- Qarşılıqlı Mədəniyyət Həftələrinin keçiriləcəyini dediniz. Amma biz çox istərdik ki, mütəmadi olaraq telekanallarda İran filmlərini görək, məşhur müğənnilərinizin ifasını dinləyək, kinoaktyorlarınızı tanıyaq. Niyə onların Bakıya fərdisəfərlərini təşkil etmirsiniz?

- İran incəsənətinin tanınmışları Azərbaycana tez-tez gəlirlər. Novruz bayramı günlərində tanınmış ifaçılarımız burada olublar və inşallah, Mədəniyyət Həftəsinə qatılmaq üçün ən güclü sənət ustadlarımız Bakıya təşrif buyuracaqlar. Kinolara gəlincə, 6-7 ay əvvəl Bakıda keçirilən İran kinosu günlərində 3 filmimiz Nizami kinoteatrında üç gün dalbadal nümayiş olunub. İki ölkə arasında bu sahədə danışıqlar aparılmalı, kino çəkilişləri və yayımları sahəsində razılaşmalar olmalıdır. Biz İran tərəfi olaraq bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə həmişə hazırıq. Telekanallarda yayımlanmağa gəlincə, bu sahədə beynəlxalq kino bazarında normalar mövcuddur. Kinonu çəkən şirkətlər öz məhsulunu satıb, gəlir götürür. Yəni kinonu yayımlamaq üçün telekanal pulunu ödəyib, filmi almalıdır. Əlbəttə, əgər belə istək bildirilərsə, Mədəniyyət Mərkəzi telekanallarla kino şirkətləri arasında vasitəçi olmağa hazırdır.

- Bəs iki ölkənin kinomatoqrafçıları birlikdə, ortaq film çəkməsi fikrinə necə yanaşırsınız? Yeri gəlmişkən, mən bu haqda Mədəniyyət Mərkəzinin sizdən əvvəlki rəhbəri cənab İbrahimiyə də təklif vermişdim...

- Kinomatoqrafçılarımız arasında əlaqələr mövcuddur. Bir çox azərbaycanlı aktor İran filmlərində rol alıb. Məsələn, Həmidə Ömərova İranda çəkilmiş “Div zindanı” filmində baş rolu oynayıb. Biz tam hazırıq kömək göstərməyə. Kim gəlib İran kino şirkətləri ilə əlaqə qurmaq, kinolar çəkmək istəyini bildirsə, şəxsən mən kömək edib, aralarında əlaqə yaratmağa hazıram. Hətta çəkilişlər üçün İrana getmək istəsələr, xərclərini də çəkərəm. Yəni mənim işim mədəniyyət və incəsənət xadimləri arasında əlaqələri yaranmasına kömək etməkdir.

- Bayaq “Fəcr” festivalından söz açdınız, hər il keçirilir?

- “Fəcr” İranın milli kino festivalıdır və bu, sayca 35-cidir. Bayaq dediyim kimi, iki hissəlidir, birinci hissədə İranın yerli filmləri nümayiş olunur. İranda hər il 200-dən artıq film çəkilir ki, onların bu festivalda təqdimatı keçirilir və əlbəttə, müştərisini tapır. İki ay sonra keçirilən ikinci hissədə isə xarici filmlər təqdim olunur.

- ... Və bütün əlaqələr nəticə etibarı ilə dünyada islam həmrəyliyinə xidmət göstərir...

- Tarixi keçmişinə baxanda bu bölgənin çox böyük alimlər yetişdirdiyini, möhtəşəm uğurlara imza atdığını görərik. Prezident İlhamƏliyevin sərəncamı ilə 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi ili elan olunub. Bu da öz növbəsində islam dünyasını bürüyən terror və silahlı münaqişələrdən, təxribatlardan uzaq dayanmağa, müsəlman ölkələrinin və xalqlarının bir-birinə arxa durmasına əla çağırışdır. Bu gün məzhəbindən asılı olmayaraq hər bir müsəlman başa düşməlidir ki, Allahımız bir, quranımız bir, qibləgahımız birdir. Onu da deyim ki, dünyada hər il rəhmətlik İmam Xomeyninin təklifi ilə Vəhdət həftəsi keçirilir və bu gün də onun davamçısı, İranın ali dini rəhbəri Ayətullah Seyid Əli Xamneyi müsəlmanlar arasında vəhdətin yaranması üçün böyük işlər görür. Tarixin bütün dövrlərində istər şiə, istərsə də sünni alimlər vəhdətin yaranması üçün böyük səylər göstəriblər. Amma İslam düşmənləri həmişə müsəlmanların birləşməsinə əngəl olmağa çalışıb, təxribatlar edib, aralarında ixtilaf yaradıblar. Bunun nəticəsidir ki, günümüzdə Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə, Liviyada qan tökülür.

- O cümlədən, İslam oyunlarının keçirilməsi də müsəlmanlar arasında vəhdətə, umu-küsüləri bir yana qoyaraq, əməkdaşlıqetməyə, daha mütərəqqi addımlar atmağa dəvətdir...

- İlk başdan İslamın idmana birmənalı olaraq müsbət baxışindan söz açmaq istərdim. İslamda buyrulur ki, hər hansı insan kamilliyə yetişmək üçün əvvəlcə öz üzərində hazırlıqlar aparmalıdır. Bunlardan biri də idmandır. Qurani-Kərimdə, peyğəmbər salavatullahın hədislərində, imamların tövsiyyələrində deyilir ki, bədəni sağlam olmayan insanın fikri-düşüncəsi,əməli də sağlam ola bilməz. İnsan oruc tutur, yaxud vətənini müdafiə üçün düşmənlə savaşır, bax bütün bunlar üçün sağlam bədəni olmalıdır. İdman da bu mənada çox lazımlıdır. Sizə misal çəkim: Məhəmməd peyğəmbər salavatullah zamanında bir neçə idman növünü tövsiyyə edirdi. Bunlardan biri ox atmaq idi. Bu qol əzələlərini gücləndirmək, həm də müdafiə qüvvəsini artırmaq üçün vacib idi. Eləcə də at çapmağı, üzgüçülüyü insan orqanizmi üçün müsbət təsirli idman növü hesab edirdi. Bu gün İslam həmrəyliyi oyunlarının keçirilməsi yalnız alqışlanmalıdır. Hazırda Azərbaycanda 4-cü İslam Həmrəyliyi oyunlarına qızğın hazırlıq gedir.

- Yəqin ki, İran idmançıları da bu oyunlarda aktiv iştirak edəcəklər...

- Əlbəttə, mütləq. Bu günlərdə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovla görüşdüm. O, mənə dedi ki, İslam oyunları hətta Avropa Oyunlarından da təmtəraqlı keçiriləcək və bunun üçün dövlət var qüvvəsini sərf etməkdədir. Əlbəttə, oyunlar keçirilən günlərdə xarici ölkələrdən Azərbaycana çox sayda insanlar da gələcək. Elçin Səfərovla görüşdə bu qənaətə gəldik ki, oyunları izləmək üçün Azərbaycana gələcək əcnəbi vətəndaşların çoxu məhz İran vətəndaşları olacaq. Bilirsiniz ki, bu gün İranda bütün idman növləri yaxşı inkişaf edib, idmançılarımız çox böyük nailiyyətlər qazanır. İnşallah Bakıdakı yarışlarda da öz qüvvələrini sınayacaqlar. Hesab edirəm, 16 idman sahəsi üzrə oğlan və qızlardan ibarət idmançılarımız İslam Həmrəyliyi Oyunlarına qatılacaqlar. Bundan əlavə, oyunlarda iştirak etmək üçün İrandan idman səfirləri dəvət olunub. Üstəlik, açılış mərasimində İran mədəniyyət nazirinin iştirakı da gözlənilir. Hazırda Mədəniyyət Mərkəzi olaraq İranda danışıqlar aparıb, daha çox sahələr üzrə idmançının Bakıya gəlməsinə çalışırıq. Azərbaycanda, Allaha şükürlər, əminamanlıqdır, rifah və asayiş mövcuddur. Bu da idmançıların yarışlara qatılıb, uğurlar qazanması üçün əla fürsətdir.

- Bu cür oyunlar həm də təşkilatçı ölkənin, məsələn, Azərbaycanın dünyada daha çox tanınmasına, daha çox turist cəlb etməsinə gətirib çıxarır...

- Bəli, oyun başlayandan qurtaranadək dünyanın diqqəti Azərbaycanda olacaq. Xarici ölkələrin vətəndaşları canlı yayımlarda burada gedən tikinti-quruculuq işlərini, böyük inkişafı görəcəklər. Onlar Azərbaycan islama müsəlmanlara diqqətin, məscidlərin abad olmasının, insanların məscidlərdə sərbəst ibadət etmələrinin və bütün dinlərin sülh şəraitində yaşamaqlarının şahidi olacaqlar ki bu da bir müsəlman ölkəsi kimi Azərbaycanın yüksək nümunə olduğunu göstərəcək. Üstəlik, iştirakçılara veriləcək milli suvenirlər, burada çap olunmuş quran kitabları və sair də ölkənin tanıtımıdır. Onlar Azərbaycanın görməli yerlərini, ziyarətgahlarını görəcəklər, sabit, firavan yaşayışın şahidi olacaqlar ki, bu da turizmin inkişafına güclü təkan verəcək. Qısası, idman oyunu turizm sənayesi, ticarət, iqtisadiyyatla birbaşa bağlıdır və bütün sahələrə müsbət təsir göstərəcək.

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017