Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bərdə sakininin evində avtomat və digər silah-sursat aşkarlanıb - FOTO
Tarix: 17.04.2017 | Saat: 13:10:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Babək Nərimanovun evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində B. Nərimanov saxlanılıb.

Onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan "AK-47" markalı avtomat silah, 17 ədəd qumbara, 790 ədəd müxtəlif çaplı patron, 6 ədəd alışdırıcı və 5 ədəd patron darağı aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində silah-sursatı bir neçə il bundan əvvəl tapdığını və evində gizlətdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
28.06.2017 Mağaza yanıb

Xəbərə şərh yaz
29.06.2017
28.06.2017
27.06.2017