Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bütün siyasi qüvvələr dialoqa getməlidir” – Angela Merkel
Tarix: 17.04.2017 | Saat: 14:17:00
Bölmə:Siyasət | çapa göndər

Almaniyanın baş naziri Angela Merkel Türkiyədə keçirilən 16 aprel referandumunun sonra ilk dəfə danışıb. Merkel ötən gün baş tutan seçkilərdən sonra qardaş ölkənin siyasi arenasında yaşanan partiyalararası gərginlikdən narahat olduğunu ifadə edib. Baş nazir ölkənin əsas ana müxalifət partiyalarını AKP ilə dialoqa səsləyib.

Hafta.az-ın HaberTürk-ə istinadən verdiyi xəbərə görə, Almaniya baş naziri prezident Ərdoğana da müraciət ünvanlayıb. O, Ərdoğandan ölkənin bütün siyasi partiyalar ilə dialoq aparmağın zəruriliyini qeyd edib:

“Alman hökuməti, Türkiyə hökumətini gözləyir. Çətin bir seçki kampaniyasından sonra, indi bütün siyasi qüvvələrlə və QHT sektoru ilə nümunəvi dialoqun təşkil edilməsini vacib sayırıq”.

Qeyd edək ki, ötən gün Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumun ilkin nəticələri açıqlanıb. “Hə” deyənlər 51,3 faiz səslə “yox” tərəfdarlarını üstələyə bilib. Ana müxalifət partiyası olan CHP sədri Kamal Kılıçdaroğlu isə seçkinin nəticələri hesablanarkən saxtakarlığa yol verildiyini bəyan edib. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017