Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"KTMT-nin erməni baş katibi Qarabağla bağlı heç nə edə bilməz" - ŞƏRH
Tarix: 19.04.2017 | Saat: 11:17:00
Bölmə:Siyasət | çapa göndər

“İlk baxışdan Yuri Xaçaturov Ermənistana xoş gəlmək üçün hər hansı fikir səsləndirə bilər. Heç bir halda bu təşkilat Dağlıq Qarabağ məsələsinə müdaxilə edə bilməz. Etmək gücündə də deyil. Xaçaturov  bu vəzifəyə təyin olunarkən müəyyən təlimatlar alıb və cığırından çıxa bilməz. Əgər bu baş verərsə qurum müəyyən təzyiqlərlə üz-üzə qala bilər”.

Bunu hafta.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisi Yuri Kaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib təyin edilməsinə münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, KTMT-nin erməni rəhbərinin Dağlıq Qarabağ məsələsi ilə bağlı bizim ziyanımıza hər hansı bir addım atmağı nəzəri cəhətdən mümkün olsa da, Xaçaturov praktiki olaraq bunu həyata keçirə bilməz:

“Ümumiyyətlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağla bağlı hər hansı bir hərəkətini mən proqnozlaşdırmıram. Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisinin hazırda orada baş katib olması da bu qəbildən heç nəyi dəyişməyəcək. Yəni, onun hər hansı qərar qəbul etmək səlahiyyəti yoxdur. Hətta qərar qəbul edəcəyi təqdirdə belə adıçəkilən təşkilat beynəlxalq qurumların qınağına, böyük təzyiqinə məruz qala bilər. Çünki KTMT-nin funksiyaları tamamilə başqadır. Ermənilər fikirləşir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlasa guya KTMT onlara köməyə gələcək. Onlar kökündən yanılır. Belə bir şey mümkün olmayacaq. Ən birinci bu qurumun daxilindəki Belarus və Qazaxstan bu təşkilat haqqında mövqelərini bildiriblər. KTMT-ni hər hansı siyasi alətə çevirmək olmaz”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə,  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə erməni generalı Yuri Xaçaturovun təyin olunacağı gözlənilirdi. Elxan Şahinoğlu qeyd edib ki, bu məsələ nə qədər uzansa da əvvəl-axır olmalı idi:

"Doğrudur, Qazaxıstan və Belarus prezidentləri bu təyinatı 7-8 ay uzatdılar, ancaq bu məsələ nə zamansa Ermənistanın xeyrinə həll olunmalı idi. Çünki, rotasiya prinsipinə görə, baş katib vəzifəsində Rusiya təmsilçisi Nikolay Bordyujanı Ermənistan təmsilçisi əvəz etməli idi. Sadəcə, bu təyinat 5-6 ay əvvəl olsaydı, KTMT-yə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan seçilməli idi. Çünki, Ermənistan prezidenti aprel döyüşlərindən sonra Ohanyanı istefaya hazırlayırdı və ona yeni yer axtarırdı. Təşkilata baş katibin seçilməsi uzandıqda isə Ohanyan istefaya göndərildi və o yeni təyinatını gözləmək əvəzinə müxalifətə keçdi".

E.Şahinoğlu hesab edir ki, erməni generalın KTMT-yə Baş katib seçilməsinin Azərbaycana təsiri yoxdur:

"Doğrudur, həmin general daima Azərbaycana pisliklər etməyə, təşkilat çərçivəsində əleyhimizə hansısa sənədlər qəbul etməyə çalışacaq, ancaq Belarus və Qazaxıstan buna "yaşıl işıq" yandırmadıqca onun əli-qolu bağlı olacaq. Bəlkə də elə belə yaxşıdır. Nikolay Bordyuja altdan əleyhimizə işləyirdi, indi isə baş katib ermənidir. Bilirik ki, qarşımızda kimdir və hansı məzhəbə xidmət edir".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017