Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ana-uşaq ölümünün azalması üçün tədbir görülürmü? - MÜSAHİBƏ
Tarix: 18.04.2017 | Saat: 19:45:00
Bölmə:Müsahibə | çapa göndər

Ölkənin baş ginekoloqu: "Ölüm səbəbi kimi göstərilən dar geyim və fiziki aktivliyin aşağı olmasının elmi əsası yoxdur"

Son 25 ildə Azərbaycanda doğuş zamanı 1000-ə yaxın ana ölümü faktı qeydə alınıb. Ana ölümlərinin maksimum sayı 1994-cü ildə 70 nəfər, minimum sayı isə 1990-cı ildə 17 nəfər olub.
Ana ölümü hallarının ən yüksək göstəriciləri 1993-cü ildə (60 nəfər), 1996-cı (57 nəfər), 2007-ci (54 nəfər), 1995-ci (53 nəfər), 1998,1999 və 2006-cı (hər bir ildə 51 nəfər) illərdə, ən aşağı göstəricilər isə 1991-ci (20 nəfər), 2003-cü (21 nəfər), 2002-ci (22 nəfər), 2015-ci (24 nəfər), 2013-2014-cü (hər birində 25 nəfər) illərdə qeydə alınıb.
Ötən 5 il ərzində ölkədə ana ölümlərinin sayı 24-27 arasında dəyişib. 2015-ci ildə Azərbaycanda 24 ana ölümü qeydə alınıb ki, bununla da ana ölümünün səviyyəsi 2014-cü illə müqayisədə 1,4 % azalıb.
Bu mövzuda Hafta.az-ın suallarını Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova cavablandırıb.

- Ana-uşaq ölümünün ötən illərlə müqayisədə artma-azalma tempi necədir? Bu ilin ötən dövrü ərzində neçə belə hadisə baş verib?
- Son illər istər ana ölümü, istərsə də uşaq ölümü göstəricisində azalma qeyd olunur. Onu deyə bilərəm ki, 2016-cı ildə ilk dəfə olaraq ana ölümü göstəricisi 14/100000 diridoğulana səviyyəsindən aşağı olub, 13,8/100000 təşkil edib. Perinatal ölüm səviyyəsinə gəldikdə, 2015-ci ildən yeni diridoğulma meyarlarına keçidlə əlaqəli olaraq artıq hamiləliyin 22 həftəsindən sonra yenidoğulmuşun ölüm halı peinatal ölüm göstəricisinə daxil edilir. Buna baxmayaraq, perinatal ölüm göstəricisində nəzərəçarpan artım qeyd olunmayıb.

- Doğuş zamanı ana-uşaq ölümündə əsas səbəb nədir, yəni nə etmək lazımdır ki, ana-uşaq ölümü minimum olsun və ya heç olmasın.

- Əsas səbəb əhalinin öz sağlamlığına qarşı səhlənkar yanaşmasıdır. Əsas səbəb həkimə gec müraciət, hamiləliyə əks-göstəriş olduğu halda qadının hamıdan gizlədərək hamiləliyini davam etdirmək qərarı verməsidir. Əsas səbəb - hamiləliyə hazırlıq aparmadan hamiləlik qərarı verilməsidir, ailə planlanması üsullarından istifadə olunmaması və nəticə etibarilə çoxsaylı abortların olmasıdır ki, bu da növbəti hamiləlik zamanı qanaxmaların inkişafının risk faktorudur. Təəssüf ki, bəzi ailələr elə düşünür ki, əgər öz bölgəsində hamiləliyi başa çatdırmaq məqsədilə müraciət edirsə, elə orada da ona xidmət göstərilməlidir. Bəli, hamilə qadına onun vəziyyətinə uyğun olan tibb müəssisəsində xidmət göstərilməlidir. Lakin ola bilər ki, onun yaşadığı bölgədə ona və ya onun bətnində olan körpəyə xidmət göstərmək imkanı olmasın, çünki o müəssisə I səviyyəli doğuşayardım müəssisəsidir. Bu halda onun köçürülməsi ailə tərəfindən narazılıqla qarşılanmamalıdır. Təəssüf ki, hər gün belə problemlərlə üzləşirik.

- Bu istiqamətdə tərəfinizdən hansı işlər görülür?
- Ana ölümünün azaldılması istiqamətində əsas işimiz hamiləlik öncəsi hazırlıq, antenatal dövrdə keyfiyyətli xidmət və ailə planlanması xidmətinin səviyyəsinin yüksəldilməsidir. Eyni zamanda stasionarda çalışan mama-ginekoloqların və doğuşayardım müəssisələrinin anestezioloq-reanimatoloqlarının da bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində işlər davam etdirilməlidir.
- Rəhbəri olduğunuz Perinatal Mərkəzə müraciət edən hamiləliyi və doğuşu yüksək risk qrupuna daxil olan qadınlar neçə faiz təşkil edir?
- Azərbaycanda 3 səviyyəli doğuşayardım sistemi təşkil olunub. Perinatal mərkəzlər üçüncü səviyyəli doğuşayardım müəssisəsi olduğundan əsasən yüksək risk qrupuna daxil olan hamilə qadınlar üçün nəzərdə tutulub. Risk qrupuna daxil olan hamilə qadınlara hazırkı hamiləliyi fəsadlarla müşayiət olunan qadınlarla yanaşı, hal-hazırda hamiləliyi fəsadsız keçən, lakin anamnezində mamalıq ağırlaşmaları olan qadınlar da aiddir. Respublika Perinatal Mərkəzi ilə yanaşı, regionlarda 6 Perinatal Mərkəz fəaliyyət göstərir. Regional mərkəzlərdə fizioloji hamilələrin faizi yüksəkdir, belə ki, əksər hallarda Regional Perinatal Mərkəz fəaliyyət göstərdiyi bölgənin yeganə doğuşayardım müəssisəsidir.
- Yaş 40-ı keçən qadınlar arasında ana olanların sayının artdığı deyilir. Bu hansı tendensiyadan xəbər verir?
- Bu yardımşı reproduktiv texnologiyaların tətbiqi sahəsində olan uğurların göstəricisi kimi dəyərləndirilə bilər. Sadəcə olaraq ekstrakorporal mayalanma ilə baş verən hamiləliklərin etik prinsiplər baxımından ayrıca olaraq statistikasını aparmaq ümkün deyil. Belə ki, hamilə qadın hamiləliyin ekstrakorporal mayalanma nəticəsində baş verdiyi barədə məlumat vermədiyi halda bu barədə qeydiyyat aparılmır.
- Yaşlı nəslin nümayəndələri ana-uşaq ölümündə dar geyimlərdən tutmuş fiziki aktivliyin aşağı olmasına qədər bu və ya digər səbəblərin əsas olduğunu deyirlər. Deyilənlər nə dərəcədə düzgündür və bunlar tutarlı səbəb sayılırmı?
- Ana və uşaq ölümünün səbəbləri arasında dar geyim və fiziki aktivliyin aşağı olmasına dair heç bir elmi tədqiqat işinin nəticəsinə rast gəlməmişəm. Lakin istənilən halda hamilə qadın xəstə qadın demək deyil. Əgər həkim tərəfindən hər hansı bir əlavə rejim təyin olunmayıbsa, hamilə ağır fiziki işlər istisna olmaqla, öz gündəlik işləri ilə məşğul ola bilər. Dar geyimə gəldikdə isə müasir dövrdə hamilə qadınlar üçün o qədər rahat, gözəl geyimlər var ki. Onların dar paltar geyinmələrinə demək olar ki, rast gəlmirik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017