Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qoruq ərazisində Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub - RƏSMİ
Tarix: 19.04.2017 | Saat: 10:27:00
Bölmə:Sosial | çapa göndər

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qoruq ərazisində Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumatlara münasibət bildirib.

İdarədən hafta.az-a daxil olan məlumatda bildirilir ki, dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri kimi hər zaman olduğu kimi qalmaqdadır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir.

Cari ildə də İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılıır.

Bununla yanaşı, sözügedən ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən Qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı ziyarətçilərlə turistlərə daha da keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) və qonaqlara məlumatların verilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub.

Bu tip məlumat məntəqələrinin quraşdırılması müasir beynəlxalq təcrübəyə uyğun olaraq, irimiqyaslı tədbirlərin təşkili sahəsində zəngin təcrübə toplamış ölkəmizin bu il ev sahibliyi edəcəyi iki böyük idman yarışı - 12-22 may tarixlərində keçiriləcək Bakı-2017 İslam Həmrəyliyi Oyunları və “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi yarışları zamanı minlərlə yarış iştirakçısı, idman mütəxəssisi, qonaqlarla yanaşı bu gözəl oyunları izləmək, həm də istirahət etmək üçün ölkəmizə gələcək yüz minlərlə turistin vaxtlarının səmərəli keçirməsi və Azərbaycanın, o cümlədən İçərişəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək baxımından artıq dərəcədə önəmlidir.

Ölkə rəhbərliyinin daimi diqqət və qayğısı nəticəsində İdarə hər zaman olduğu kimi tarix və mədəniyyətimizin zərif incisi olan İçərişəhərin qorunması, dünyada təbliği və inkişaf etdirilməsi üçün addımlar atmaqdadır.

İdarə əhali və KİV-lər tərəfindən hər zaman İçərişəhərə və burada həyata keçirilən layihə və işlərə olan böyük maraq və diqqətə görə təşəkkürünü bildirərək, öz növbəsində, bir daha yoxlanılmamış, qeyri-peşəkarlar tərəfindən şəxsi məqsədlərlə yayımlanan və həqiqətə uyğun olmayan məlumatların paylaşmamasını xahiş edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
30.04.2017 Bu gün imtahandır

Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017