Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Diktatorların sevimli yeməkləri - SİYAHI
Tarix: 19.04.2017 | Saat: 11:45:00
Bölmə:Maraqlı | çapa göndər

Onlar dünyanın ən qaniçən liderləri olub. Müxtəlif dövrlərdə yaşasalar da, qəddarlıqları onları həmişə birləşdirib. Diktatorların istifadə etdiyi bütün əşyalar kimi onların yeməkləri də həmişə insanların maraq dairəsində olub.

Hafta.az dünyanın ən qəddar insanlarının sevdiyi yeməkləri sizə təqdim edir:

Ərəb xilafətinin başçısı Harun ər Rəşid xurmalı plovu çox sevib. Rəvayətə görə, o, hər gün naharda bu yeməkdən istifadə edib.

Fransa kralı XI Lüdoviq isə daha çox paxlalı bitkilərdən hazırlanan qızardılmış yeməklərə üstünlük verib. Onun sevmədiyi yemək isə balıq şorbası olub.

Nasist Almaniyasının lideri Adolf Hitler dil, ciyər və içi fıstıqla doldurulan göyərçin qızartmasını sevib. Vegeterian olduğu üçün əsasən tərəvəzdən  istifadə edib. SSRİ-nin rəhbəri İosif Stalinin ən çox istifadə etdiyi qidalar - gürcü şərabı və gürcü məzələri sayılırmış. Hətta SSRİ rəhbəri üçün Azərbaycanın Qax-Zaqatala bölgəsindən dadlı qoz və fındıq nümunələri aparıldığı rəvayət edilir. Stalinin ən çox sevdiyi yemək isə qoz və fındıqdan ibarət “çar salatı”, bir də  bibər sousu ilə hazırlanan toyuq qızartması olub.

Zimbabve prezidenti Robert Müqabenin ən çox sevdiyi yemək isə yumurtalı şabalıd qızartmasıdır. Özü də Afrika diktatoru şabalıdları Türkiyə və Suriyadan gətizdirir. Hazırda 93 yaşı olan diktator bildirçin əti üçün də hər il milyonlarla pul xərcləyirmiş.

Liviya diktatoru Muammər Qəddafi isə ən çox istifadə etdiyi qidalar arasında daha çox dəvə əti və dəvə südünə üstünlük verib. Ən çox sevdiyi yeməklər isə italyan mətbəxindən spagetti və balıq qızartması imiş. Uqanda lideri İdi Aminin ən çox daddığı təam isə portağal olub. General Amin daha çox-“fast-food”  tipli yeməklərə üstünlük verib. Axşamlar isə yeni övlad dünyaya gətirmiş hamilə qadınların südündən hazırlanan kokteyl içib.  

İtaliya Faşizminin lideri Benito Mussolininin - ən çox sevdiyi yemək limon suyunda qızardılmış sarımsaqlı quzu əti olub. O, türk kabablarını da tez-tez aşpazlarına sifariş verərmiş.

Rumıniya diktatoru Nikola Çauşeskunun ən çox sevdiyi yemək toyuq qızartması olub. Düyü yeməklərini isə ümumiyyətlə, sevməyib.

Asılaraq edam edilən İraqın keçmiş prezidenti Səddam Hüseynin nahar üçün sevimli yeməyi xüsusi bəslənən dana və qoyunların ətindən hazırlanan qızardılmış milli yeməklər olub.  O, ömrü boyu sarımsaqdan istifadə etməyib. Hətta sarımsaqdan istifadə etdiyi üçün aşpazlarından birini edam da etdirib.

Şimali Koreyanın sabiq diktatoru Kim Yonq İl ən çox düyü yeməklərini sevib. O, düyü dənələrinin eyni boyda olması üçün qadınlardan ibarət xüsusi qrup saxlayırmış.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.04.2017
28.04.2017
27.04.2017