Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ən yaxşı dərs”
Tarix: 19.04.2017 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Paytaxt məktəblərində yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsinin təbliğinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Ən yaxşı dərs” layihəsinə başlayıb. BŞTİ-dən verilən məlumata görə, layihənin əsas məqsədi təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsini təmin etməkdir. Təcrübə mübadiləsi, bütün fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da layihənin əsas komponentlərindəndir.
“Ən yaxşı dərs” layihəsi I-XI siniflərdə bütün fənlər üzrə təşkil olunur. Dinlənilən dərslər müəllimin müxtəlif innovativ üsul və vasitələrdən çevik və məqsədyönlü istifadəsi, dərsin bütün mərhələlərində şagirdlərin fəal iştirakının təmin edilməsi, müəllim tərəfindən motivasiya, tədris materialının şagirdin hazırlıq səviyyəsinə uyğunlaşdırılması, “Ən yaxşı dərs” üçün seçilmiş mövzunun proqrama uyğunluğu və bu kimi digər meyarlar üzrə qiymətləndirilir. Dərslər dinlənildikdən sonra təhlil və müzakirə edilir. Uğurlu nəticələr əldə etmiş məktəblərin və fənn müəllimlərinin qabaqcıl təcrübəsinin təbliği istiqamətində keçirilən “Ən yaxşı dərs” layihəsi bütün məktəblərdə eyni vaxtda başlanır. Layihə mayın 26-dək davam edəcək.
Bəs, görəsən, müəllimin öz fəaliyyətində uğur qazanması həmin kadrda hansı keyfiyyətin olmasını tələb edir? Bəri başdan deyək ki, tədris prosesində şagirdin əldə etdiyi uğur müəllimin fəaliyyəti ilə bağlıdır. Amerikada aparılmış tədqiqatların birində aşkar edilmişdir ki, bir tədris ilində ən yaxşı 10 faiz müəllim öz şagirdlərinə ən pis 10 faiz müəllimdən üç dəfə çox öyrədə bilir. Bunu nəzərə alan bəzi ölkələr öyrətmə standardlarını yüksəltməklə yüksək nəticəli məzunları cəlb etməyə, pis müəllimləri işdən getməyə təşviq etməyə çalışır. Bununla yanaşı müəllimlərin bir çoxu hesab edir ki, mükəmməlliyə çatmaq üçün onlar mərkəzləşdirilmiş təlimatlardan azad edilməlidir.
Ümumiyyətlə, dünyada az sayda müəllimlər uşaqlarla üz-üzə qalana qədər kifayət qədər yaxşı hazırlıqlı olur. Kasıb ölkələrdə isə müəllimlər, demək olar ki, çox az təlim görürlər. Son hesabatlardan biri göstərir ki, 31 ölkədə ümumiyyətlə ibtidai sinif müəllimlərinin dörddə birindən çoxu minimal milli standartlara cavab vermir. Varlı ölkələrdə isə problem daha dərindədir. Müəllimlər uzun ixtisaslaşmış kurslardan keçirlər. Amma bu kursların bəziləri, təhsil sahəsində magistr proqramları da daxil olmaqla, məzunların gələcək şagirdlərini necə öyrədəcəklərinə heç cür təsir etmir.
Müəllimlər universitetlərdə və kolleclərdə öyrənə bilmədiklərini nadir hallarda iş zamanı istifadə edir. Onlar yalnız işə başladıqları ilk illərdə, real sinif otaqlarında, real şagirdlərlə işləyərək yaxşı müəllimə çevrilirlər. Lakin daha sonra bu inkişaf da azalaraq, dayanır. Araşdırmalara görə, bu, əsasən ona görə baş verir ki, məktəblər özlərinin ən vacib şagirdlərini ­ yəni, müəllimlərini unudurlar. Müəllimlər bilikləri necə çatdırmaq lazım olduğunu öyrənməli və gənc beyinləri biliyi mənimsəməyə hazırlamalıdır. Yaxşı müəllimlər aydın hədəflər qoyurlar, yüksək davranış standartlarını təşviq edir və dərs vaxtlarını səmərəli idarə edirlər. Onlar yoxlanılmış təlimat üsullarından istifadə etməklə, beyinlərin bütün dərs ərzində iştirakını təmin edirlər.
Mütəxəssislərin fikrincə, bu üsulları aşılamaq heç də asan deyil. Digər kompleks qabiliyyətlər kimi öyrətmə prosesində, tədrisdə ustalığa gedən yol hansısa mücərrəd nəzəriyyə yox, təməl mövzu biliklərə və pedaqoji metodlara söykənən intensiv, istiqamətlənmiş təcrübədən keçir. Buna gğrə də müəllim sinifdə daha çox vaxt keçirməlidir. Məsələn, şagirdlərin çox yaxşı nəticələrə malik olduğu Finlandiya, Sinqapur, Şanxay kimi yerlərdə təcrübəsiz müəllimləri ciddi praktika prosesinə cəlb edirlər. Amerikada yüksək nəticələr göstərən müstəqil dövlət məktəbləri müəllimlərə sinif otaqlarında kouçinq və rəy əsaslı təlimlər keçir. Yəni, müəllimlərin karyera boyunca inkişaflarını təmin etmək üçün məktəblərdə böyük dəyişikliklər edilməsinə həmişə ehtiyac var. Әn yaxşı müəllimlər öz qabiliyyətlərini müşahidə və kouçinq vasitəsi ilə cilalayırlar. Təcrübəli müəllimlər daha az təcrübəlilərə yüksək keyfiyyətli dərs icmalları verməklə, mentorluq etməklə yardım göstərməlidirlər.
Yaxşı müəllimin konkret hansı xüsusiyyətlərə malik olmasına gəlincə, beynəlxalq praktikada bu məsələ bir neçə kriteriya ilə xarakterizə edilir. Belə ki, ilk növbədə yaxşı müəllim tez-tez sual verir və cavabları dinləyir. Bu çox universal bacarıqdır, çünki müəllimlik peşəsinin hər tərəfini işıqlandırır. Yaxşı müəllim tez-tez sual verir və demək olar ki, suallar onun əsas alətidir. Onun sualları şagirdlərin bir qismində bu və ya digər şəkildə maraq yaradır.
Yaxşı müəllim heç vaxt şagirdə fiziki cəza verməz, onu alçaltmaz, təhqir etməz, sinfin bir hissəsini o birinə qarşı qoymaz. Bu, minimal tələbdir. Əsl pedaqoq isə bundan əlavə bəzi səbəblərdən onun fənnini sevməyən şagirdləri də normal qəbul edir. Bundan başqa yaxşı müəllim yumor hissinə malikdir. O mənada yox ki, müəllim bütün günü zarafat etməlidir. Yumor həm də ətraf mühiti adekvat qəbul etməkdir. Yəni yumor hissi geniş mənada situasiyaya hakim olmaq, ona uyğunlaşmaq, müxtəlif rakurslardan baxmaq, qeyri-adi nəticələr çıxarmaq deməkdir. Yaxşı müəllim biliyi həm də emosiyalarla birgə verir və o, öz fənnini uşaqlara sevdirməyi bacarır.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib ki, əslində Azərbaycanda fəaliyyət göstərən müəllimlərin savad və peşəkarlıq səviyyəsi təxminən eynidir: “Məsələn, 9 ildir ki, Azərbaycan orta məktəbində kurikulum standartları tətbiq olunur. Amma demək olar ki, çox az sayda müəllim bu proqramı başa düşüb, mənimsəyib, tətbiq edir. Hər kəs başa düşdüyü, özününküləşdirdiyi kimi kurikulum standartlarını dərsdə tətbiq edib reallaşdırır. Düzdür, müəllimin yaxşı müəllim olduğunu müəyyən edən kriteriyalar dünya təcrübəsində fərqli meyarlara müəyyən olunur. Amma Azərbaycan təhsilində bu meyarlar keçmiş sovetlər dönəmindən qalan meyarlardır. Yəni pedaqoji stajının çox olması, mükafat alması, dərslik müəllifi olması kimi. Amma bu yetərli deyil. Müasir tələblərə uyğun olaraq dərsini texnologiyaları tətbiq edərək keçən müəllimlər azdır. Ona görə də, hesab edirəm ki, Azərbaycan məktəbində işləyən müəllimin savad və peşəkarlıq səviyyəsi demək olar ki, eynidir. Sadəcə olaraq, dərsin gedişində istifadə olunan üsul və vasitələri fərqlidir”.
Ekspert vurğulayıb ki, yerli müəllimlərin öz potensiallarını ortaya qoymaq imkanları məhduddur: “Bizim müəllimlərin bu məsələdə imkanları geniş deyil. Yəni onların tədrisi istədikləri formada həyata keçirilmək imkanları yoxdur. Dərsliklər və tədris proqramları onların əl-qolunu bağlayır.
Əlbəttə ki, müəllimlərin bir-biri ilə təcrübəsini bölüşdürülməsi yaxşı haldır. Lakin etiraf edək ki, açıq dərs nümunəsi kimi təqdim olunan dərs əlində həmin müəllimin hər gün keçdiyi normal dərs deyil. O, sadəcə olaraq, bir ay ərzində çalışıb nümayiş üçün bir dərs hazırlayıb təqdim edir. O müəllimin əslində hər gün şagirdlərə keçdiyi dərs nümunə kimi təqdim etdiyi dərsdən dəfələrlə fərqlidir. Yəni normal dərsin səviyyəsi çox aşağıdır. Əslində, mən bu layihə həyata keçirilməyə başlayanda düşünürdüm ki, yerli müəllimlərin yox, xarici ölkələrin müəllimləri dəvət olunacaq. Təhsil səviyyəsi yüksək olan ölkələrin müəllimləri Bakıya gətirilib, onların metodları və üsulları bizim müəllimlərlə öyrədiləcək. Təbii ki, bunun nəticəsi daha effektli ola bilərdi. Onsuz da yerli müəllimlər, yəni daha müasir standartlara cavab verən və tədrisi bu istiqamətdə quran müəllimlər öz dərslərini video çəkiliş edib sayt və portallara yerləşdiriblər. Buna maraqlı olan şəxslər də həmin portallara daxil olmaqla materialları izləyir və lazimi qeydləri götürürlər”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev