Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qanunsuz abort edənlərlə bağlı xəbər
Tarix: 20.04.2017 | Saat: 10:41:00
Bölmə:Hadisə | çapa göndər

Azərbaycanda şəxsin razılığı olmadan onun nəsilartırma qabiliyyətindən məhrum edilməsi, qadının hamiləlikdən qorunması məqədilə əməliyyat aparanların cəzalandırılması qaydaları dəyişdirilir, qanunsuz abortun edilməsinə görə cərimələrin məbləği artırılır.

Hafta.az-ın xəbərinə görə, bu, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərdə yer alıb.

Hazırda şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq edilir.

Lakin yeni təkliflərə görə, artıq bu əməli törədənlər cərimələnməyək, lakin digər cəza tədbirləri isə olduğu kimi tətbiq ediləcək.

Bununla yanaşı, bu əməl ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda onu edən şəxs 1000 manatdan 5 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni layihəyə əsasən isə bu əməl ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Bu əməl şəxsin ölümünə səbəb olduqda isə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Bundan başqa, yeni layihədə qanunsuz abort etməyə görə də cərimələrin məbləği artırılır.

Təklif edilir ki, həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etməyə görə 500 manatdan 1000 (hazırda 200) manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılsın.

Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməyə görə 1000 manatdan 1500 (hazırda 300) manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Bu əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2000 manatdan 3000 manatadək (hazırda 300-500 manat) miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılsın.

Qeyd edək ki, Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
28.04.2017 Dustaq intihar edib

Xəbərə şərh yaz
29.04.2017
28.04.2017
27.04.2017