Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Gəlin ayağını bayıra qoyan kimi daş təpəmizə yağır" - Goranboyda MÜƏMMALI EV-VİDEO
Tarix: 20.04.2017 | Saat: 12:31:00
Bölmə:Hadisə Video | çapa göndər

Müəmmalı hadisə Goranboyun Borsunlu kəndində yaşanıb.

ARB TV xəbər verir ki, Hüseynovlar ailəsini qaralayan naməlum şəxs və ya şəxslər elə ailə üzvləri evdə olarkən hər kəsi qorxuya salırlar.

Ya həyəti daşlamaqla, ya qanqaraldıcı məktublarla, ya ota alov vurmaqla, ya da ki, buna bənzər xoş olmayan işarələrlə. Hadisələrin sujet xətti hədəfin ailənin gəlini olduğunu deməyə əsas verir. Ev sahibləri də bunu təsdiqləyirlər.

Şamama Hüseynova (ev sahibəsi): "Gəlin ayağını bayıra qoyan kimi daş təpəmizə yağır. Həmişə də daş eyni istiqamətdə düşür. Kimdirsə, onların ailəsini dağıtmağa çalışır. Gəlinim hamilə qadındır, niyə bu zülmü çəkməlidir? Heç yerə gedə bilmirəm. Ölümlə təhdid edirlər. Ot tayalarını yandırırlar, evin içinə girib pərdə yandırırlar".

Məsələnin daha bir tərəfi bundadır ki, Hüseynovlar ailəsi həyəcanlı anları sadəcə evdə olanda yaşamırlar, kabus onları qarabaqara izləyir.

Kimlikləri bəlli olmayan şəxslərin törətdikləri ən son əməl isə yanğın olub.

Hər saatı səksəkədə keçən ailəni bu an narahat edən evdəki azyaşlının səhhəti və yaxınlarda dünyaya göz açacaq körpənin sağlığıdır. Baş verən hadisə ilə bağlı Goranboy Rayon Polis şöbəsinə məlumat verilib. Əməkdaşlar əraziyə baxış keçirib.

Hazırda araşdırmalar davam etdirilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.06.2017
28.06.2017
27.06.2017