Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans keçirilib
Tarix: 20.04.2017 | Saat: 12:51:00
Bölmə:Sosial | çapa göndər

Aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” elan edilməsi və İslam Həmrəliyi Oyunlarının İslam ölkələri arasında mədəni əlaqələrin möhkəmləndirilməsi mövzusunda konfrans keçirilib.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açıb.  Millət vəkili xatırladıb ki, 22 gündən sonra Azərbaycan paytaxtı növbəti möhtəşəm tədbirə ev sahibliyi edəcək. Əflatun Amaşov 25 idman növü üzrə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

MŞ sədrinin sözlərinə görə, Azərbaycan İslam ölkəsidir, ölkə ərazisində islam dəyərlərini özündə əks etdirən mədəniyyət abidələri var:

“Odlar Yurdu tolerant ölkədir. Azərbaycanda ayrı-ayrı dinlərə mənsub insanlar min illərdir sərbəst şəkildə yaşayırlar. Ölkədə 2 mindən çox məscid fəaliyyət göstərir. Hesab edirik ki, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçiriləcək”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulayıb ki, Azərbaycanın bu cür oyunları təşkiletmə təcrübəsi var. Avropa Oyunlarının keçirilməsi bu baxımdan uğurlu bir sınaq oldu və dövlətimiz, xalqımızın qonaqpərvərliyi fonunda  bu sınaqdan alnıaçıq çıxa bildi:

“22 gündən sonra paytaxtımızda İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu məsələ Prezdent İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan bu oyunlara hazırdır. Avropa Oyunlarında könüllülər peşəkarlıq nümayiş etdiriblər. Könüllülərlə iş aparılır. Çünki ölkəyə gələn əcnəbilərə dolğun məlumatlar verilməlidir, onların sualları cavablandırılmalıdır. 8 min gənc bu yarışlarda könüllü kimi fəaliyyət göstərəcəklər. Bu cür oyunlar ölkənin tanıdılmasına xidmət edir”.

Sonra söz Azərbaycan Prezident Administrasıyanını məsul işçisi Bəhruz Həsənova verilib. O,  ölkəmizdə keçiriləcək bu mötəbər yarışların əhəmiyyətindən danışaraq bildirib ki, İslam dini ilə bağlı həmrəyliyə ehtiyac var, Azərbaycan bu istiqamətdə işini davam etdirir.

Daha sonra Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev təmsil etdiyi qurumun bu istiqamətdə gördüyü işlərlə bağlı məlumat verib. Hikmət Hacıyevin sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarının işıqlandırılması üçün 1000-dən artıq yerli və xarici mətbuat orqanı Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib, onların əksəriyyəti uğurla akkreditisayadan keçirilib:

“Jurnalistlərin 200-ə qədəri ərəb ölkələrini əhatə edir. Xarici İşlər Nazirliyi İslam Həmrəyliyi Oyunları ilə bağlı üzərinə düşən işləri görür. Bilirsiz ki, burada əsas iş viza məsələsidir. İslam Həmrəyliyi Oyunlarının akkreditasiyadan keçən iştirakçıları, azarkeşləri ölkəyə vizasız gələ biləcəklər. Bu məsələ artıq həll olunub”.

Sonra söz media kapitanlarına verilib. Tədbirdə çıxış edən ölkəmizin nüfuzlu media qurumlarının rəhbərləri qeyd ediblər ki, İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında yerli medianın üzərinə böyük və məsuliyyətli yük düşür. Onlar I Avropa Oyunlarında olduğu kimi bu yarışlarda da işlərinin öhdəsindən layiqincə gələcəklərinə inandıqlarını bildiriblər. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev