Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Parlamentdaxili məsuliyyəti pozan deputat mandatdan məhrum edilə bilər
Tarix: 20.04.2017 | Saat: 13:34:00
Bölmə:Siyasət | çapa göndər

Milli Məclis üzvünün parlamentdaxili məsuliyyəti ilə bağlı tələblər artırılıb.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 45-ci (Milli Məclis deputatının parlamentdaxili məsuliyyətinin əsasları) və 46-cı ( Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə təklif olunan yenilikdə göstərilib.

Layihəyə əsasən, Nizamnamənin 45-ci maddəsinə deputatın parlamentdaxili məsuliyyəti ilə bağlı aşağıdakı tələblər əlavə olunur:

- Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

- Deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda;

Maddədə hazırda qüvvədə olan tələblər isə bunlardır:

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının normal gedişini və iş qaydasını pozduqda;

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda;

- Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə;

- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);

- Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə

Deputat parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Təklif olunan tələblərə əsasən isə Milli Məclisin deputatı ilə bağlı aşağıdakı intizam tədbiri də əlavə olunur:

- Deputatın mandatdan məhrum edilməsi;

Maddənin hazırda qüvvədə olan variantında intizam tədbirləri bunlardır:

- xəbərdarlıq;

- söz kəsmə;

- iclas salonundan çıxarma;

- töhmət;

- deputat səlahiyyətlərinin itirilməsi.

Layihə parlamentin birgə komitələrinin bugünkü iclasında müzakirəyə çıxarılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
15.02.2019
14.02.2019
Bu gün Azərbaycanda Ümumxalq Hüzn Günüdür
Güclü külək və intensiv yağış yağacaq - Xəbərdarlıq
Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı
Mehriban Əliyevanın göstərişi dərhal icraata götürülüb
Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilib - FOTO
“Eurovision-2019”un yarımfinalçılarının püşkatma mərasimi yanvarın 28-də keçiriləcək
Azərbaycan Prezidenti siyasətinin əsasında vətəndaş amili dayandığını bir daha təsdiqlədi - Bizim baxış
Əlil taksi sürücüsü: “22 ildir hamilə və uşaqlı qadınları pulsuz mənzil başına çatdırıram”
Bakının əsas avtomagistrallarında sürət həddi endirildi
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib