Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Maarifləndirmə marafonu davam edir
Tarix: 20.04.2017 | Saat: 14:18:00
Bölmə:Sosial | çapa göndər

Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İslam Həmrəyliyi İli” çərçivəsində Şabran rayonunda “İslam Həmrəyliyinin Azərbaycan Modeli” adlı kampaniyanın növbəti görüşünü həyata keçirib.

Mərkəzdən hafta.az-a verilən məlumata görə, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional ofisinin nümayəndəsi Hafis Osmanov qeyd edib ki, kampaniya çərçivəsində təşkil olunan konfrans region gəncləri adından ölkəmizin dini tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini, həmçinin 2017-cı il Azərbaycanda “İslam Həmrəyliyi İli”nə dəstək xarakteri daşıyır.

Konfransda həmçinin Şabran Rayon İcra Hakimiyyətinin başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev , Şabran rayon Gənclər və İdman idarəsinin rəisi Süleyman Əliməmmədov , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi çıxış edərək tolerantlığın ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünyada Azərbaycanın mədəniyyətlərin və sivilizasiyaların dialoq mərkəzinə çevrildiyini qeyd etdilər.

Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin “İslam Həmrəyliyinin Azərbaycan Modeli” kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının dördüncü konfransıdır və təşkil olunan görüşlərin əsas məqsədi gənclər arasında Azərbaycan hökumətinin din siyasəti, demokratik dövlət quruculuğu kursunu, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipini təbliğ etməkdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.04.2017
28.04.2017
27.04.2017