Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Avropa liderləri Türkiyənin çox güclənəcəyindən qorxurlar” – Salih Yılmaz
Tarix: 20.04.2017 | Saat: 16:12:00
Bölmə:Müsahibə | çapa göndər

Türkiyədə siyasi idarəçilik üsulunun dəyişdirilməsi ilə bağlı xalq səsverməsinin keçiriləcəyi deyilən gündən Avropa ölkələri açıq-aşkar düşmənə çevrildilər, az qala Türkiyə ilə bütün körpüləri yandırdılar. Nə yaxşı ki, qardaş ölkənin başında dayananlar Avropanın düşmənçiliyinə qarşı soyuqqanlı davrandı. Amma görünür avropalılar bunu qorxaqlıq kimi başa düşdülər və nəticədə AKP rəsmilərinin Almaniya, Niderland və sairdə yaşayan türk vətəndaşlarla görüşünə imkan vermədilər. Yenə pislikləri özlərinə qaldı – məhz Avropanın türk sakinləri “hə” deməklə Ankaraya birmənalı dəstək verdilər. Amma indi də Qərbin Türkiyənin birbaşa daxilində parçalama siyasəti ilə məşğul olan dayağı – CXP əl-ayağa düşüb. Bəs nə olacaq, xalqın səsinə, qanunların tələbinə beləcə təcavüz ediləcəkmi? Ankaradakı Yıldırım Bəyazid Universitetinin professoru Salih Yılmazla qısa söhbət zamanı suallarımıza cavab tapmağa çalışdıq. Müsahibiz söhbətə CXP-nin səsvermənin nəticələrini ləğv etdirmək təşəbbüsünə fikir bildirməklə başladı:

- Hesab edirəm Türkiyədə tam demokratik referemdum keçirilib. CXP və bəzi digər partiyaların etirazı məğlubiyyətdən yaranmış psixoloji zədədir. Hər şeyin zamanı var, onlar da tədricən mövqelərini dəyişəcəklər. Xatırlayırsınızsa, eyni vəziyyət Donald Trump prezident seçilərkən ABŞ-da da yaranmışdı. Amma aradan bir neçə ay keçəndən sonra yenilmiş tərəf reallıqla barışdı. Bundan əlavə, Türkiyədə seçkiləri keçirən və prosesi nəzarətdə saxlayan Ali Seçki Şurasıdır. Həmin Şura da bu gün keçirdiyi iclasda bütün etirazları rədd edən qərar verdi. Bu halda isə CXP-nin etirazlarından heç bir nəticə çıxmayacağı aydındır. Çünki səslənən etirazların təməlində hüquq deyil, istək dayanır. 

- Son zamanlar MHP lideri Dövlət Baxçalının hər bir məsələdə AKP-yə dəstək vermək əzmi nümayiş etdirməsini necə dəyərləndirirsiniz? MHP - AKP müttəfiqliyinin daha da inkişaf edəcəyinə, möhkəmlənəcəyinə inanırsınız?

- MHP liderinin AKP-nin yürütdüyü hər bir siyasəti dəstəklədiyini deyə bilmərik. Çünki MHP öz siyasi ənənələrinə hər zaman sadiqdir. Ancaq faktdır ki, xalq səsverməsinə çox güclü dəstək verdi. Çünki burada millətin maraqlarına uyğun məqsəd vardı. Başda terror təşkilatları olmaqla, Avropa ölkələrinin hücumlarına qarşı MHP AKP ilə birlikdə Türkiyəni qorumaq və parçalanmasının qarşısını almaq üçün divar hördü. Onu da qeyd edim ki, MHP nə qədər özünü AKP-nin müdafiəçisi kimi göstərsə də, əslində bir siyasi partiya olaraq Türkiyənin mənfəətlərinə sahib çıxır.

- Baxın, Avropa Türkiyədə keçirilən referenduma var qüvvəsi ilə mane olmağa çalışdı, amma nəticə etibarı ilə heç nə edə bilmədi. Səsvermə başa çatdı, uğursuz qaldıqlarını görüb indi də başlayıblar ki, səsvermənin nəticələri saxtalaşdırılıb, nə bilim qeyri-bərabər şəraitdə keçirilib və sair. Sizcə Avropanın belə cığal mövqe sərgiləməsi Türkiyədə nələrisə dəyişə və irəlidə Ərdoğanı arzuladıqları kimi, təsir altına sala biləcəkmi?

- Avropa ölkələri və siyasətçiləri, yadınızdadırsa, referendumdan əvvəl Avropa yaşayan türkləri çox ciddi təhdid edirdilər. Türk siyasətçiləri ölkələrinə buraxmayaraq, açıq-aşkar ”xeyr” təbliğatına dəstək verdilər. Avropanın bəzi ölkələrinin liderləri Türkiyənin güclü ölkə olmasını və tam müstəqil hərəkət etməsini qəti şəkildə istəmir. Onların arzusu budur ki, Türkiyə keçmişdə olduğu kimi gələcəkdə də hər istəklərini yerinə yetirən, zəif ölkə olsun. Avropada Türkiyənin əleyhinə çalışan PKK, FETÖ kimi terrorçu təşkilat nümayəndələri çox asanlıqla, heç bir məhdudiyyət görmədən təbliğat-təşviqatla məşğuldurlar. Avropa öz orqanlarından da istifadə etməklə Türkiyəyə təzyiq göstərib, beynəlxalq müstəvidə çətin vəziyyətə salmaq istəyir. Ancaq bu liderlər bir məsələni nəzərdən qaçırırlar: Türk xalqı Avropa liderlərinə və ölkələrinə qarşı mənfi mövqe sərgiləyir. Yəni onlara etimad bəsləmir. Türkiyə istəsə Avropa ilə bütün sahələrdə əlaqələrini kəsə bilər. Bəlkə də Avropa tərəfi Türkiyənin üzərinə yeriyərək, onu birlik fikrindən uzaqlaşdırıb, düşmənə çevirmək istəyir. Avropa ölkələri nə qədər təbliğat aparsalar da, türk cəmiyyətindən dəstək almadıqları təqdirdə istədiklərinə nail olmayacaqlar.

- Niyə Ərdoğanın əleyhdarları birmənalı şəkildə onu kral olmaq istəməkdə ittihamlayırlar? Amma Avropanın əsas söz sahibi olan Fransanın ünvanına heç bir tənqid-filan deyilmir. Eynən dünya demokratiyasının beşiyi adlandırılan ABŞ-da da prezident üsul-idarəsi mövcuddur. Niyə bütün ölkələrə olar, ancaq Türkiyəyə yox?

- Dediyimiz kimi, Avropa liderləri yeni prezidentlik sisteminin tətbiqi ilə Türkiyənin çox güclənəcəyindən və bölgədə lider olacağından qorxurlar. Əgər Türkiyə bölgədə lider olarsa, Avropa ölkələrinin Avrasiya üzərində təsiri başa çatacaq və oradan qazanclarının önü kəsiləcək. Ərdoğana qarşı bu qədər sərt mövqe tutmalarının səbəbi də məhz onun avropalı siyasilərin planlarından xəbərdar olmasıdır. Şahidi olduğumuz kimi, Ərdoğan Avropanın planlarını açıq-aşkar üzlərinə deyir.

- Bir professor olaraq yeni anayasanın tətbiqindən sonrakı Türkiyəni demokratiya, iqtisadi-sosial inkişaf, siyasi-hərbi sabitlik və sair baxımından necə görürsünüz?

- Öncə onu deyim ki, yaşamadığımız və təcrübədən keçirmədiyimiz bir sistem barədə mühakimə yürüdə bilmərik. Ancaq türklərin tarixinə nəzər salsaq, həmişə güclü liderlərin başçılığı altında qüdrətli dövlətlər qurulub. Məsələn, Göytürk, Səlçuq, Osmanlı və sair güclü liderlərin başçılığı altında yaradılmış qüdrətli dövlətlərdir. Bu yeni sistemdə uğursuz liderlər siyasi səhnədən mütləq silinəcəklər. Artıq siyasətdə yenilən şəxsin bir partiyanın başında illərlə qalması mümkün olmayacaq. Güclü liderlərin idarə etdiyi dövlət iqtisadi müstəvidə də böyük qalibiyyətlər qazanacaq. Ən önəmlisi isə budur ki, partiyalara xaricdən nəzarət edən Avropanın və ya digər güclərin Türkiyənin daxili işlərinə müdaxiləsinə imkan verilməyəcək. Bu halda isə gələcəyə keçmişdə olduğundan daha inamla baxa biləcəyik.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017
“Ordu çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi” – Riyaz Sarıkahya
“Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq” – Ayaz Mütəllibov
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb
Ermənistan yenə hərbi təxribatlara əl atacaq - MÖVQE
“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” kitabının təqdimatı olacaq
“18 oktyabr xalq hərəkatının böyük qələbəsi idi” – Mirmahmud Mirəlioğlu
“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu”
“Böyük qarın kəraməti” – poeziya festivalı keçiriləcək
Helsinki Komissiyası münaqişəyə ikili standatlarla yanaşır – BAXIŞ BUCAĞI
Yağış və qara görə də pul yığılmağa başlandı - GÜNÜN TƏZADLARI