Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Yerli istehsala dövlət dəstəyi xeyli gücləndirilib” – Əli Əlirzayev
Tarix: 20.04.2017 | Saat: 16:57:00
Bölmə:Siyasət | çapa göndər

“Aprelin 17-də Yevlaxda keçirilən müşavirədə ölkə başçısı çoxşaxəli iqtisadiyyatın əsas hədəflərini göstərdi. Prezident İlham Əliyev sahibkarlarla tez-tez təmasda olmaqla, həm də onların arxasında dayandığını göstərir. Yevlax müşavirəsindən sonra o nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcək.  Qarşıdakı on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir”.

Bunu hafta.az-a açıqlamasında ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçıları ilə müşavirədə toxunulan məsələləri şərh edərkən iqtisadçı ekspert Əli Əlirzayev deyib. Ekspert  həmçinin qeyd edib ki, 2017-ci ilin ilk üç ayında əldə olunan nəticələr gözümüzü qamaşdırmamalıdır:

“Əgər biz doğrudan da inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istiqamətində atılan addımların davamlılığı göz qabağındadır. Burada hökumətin, ilk növbədə ölkə başçısının əməyi danılmazdır. Sahibkarlar indi məmur özbaşınalığı ilə üzləşməyiblər. Artıq onlar bütün prosedurları “ASAN xidmət" vasitəsi ilə həyata keçirir. Son üç ayda uğurlarımız da çox olub. “Made in Azerbaijan” brendi altında alkoqollu içkilərimiz Çinə, Avropaya ayaq açıb. Uğurlu satışlar həyata keçirilib, məhsullarımız bəyənilib.

Əli Əlirzayev həmçinin qeyd edib ki, xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində də önəmli addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır:

“Prezident üç gün əvvəl sahibkarlarla görüşündə dedi ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub. Bəli, düz deyir, yerli istehsala dövlət dəstəyi xeyli gücləndirilib.  İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olmaq indi bizim əsas hədəfimizdir. Bu hədəf üç gün öncə tam olaraq müəyyənləşdi. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, həmçinin yeni neft-kimya zavodlarından ibarət kompleksin inşası planlaşdırılır. Ən əsası isə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir. Müşavirədə diqqət yönəldilən uğurlarımızdan biri də “Made in Azerbaijan” brendinin dünyada şöhrət qazanmasıdır. Dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Bir neçə sərgidə artıq kontraktlar da imzalanıb. Ölkə prezidenti əldə olunan nəticələr əsasında işi daha da təkmilləşdirməyin, fəaliyyəti genişləndirməyin vacibliyini diqqətə çatdırdı. Üç-beş ilə ərəb ölkələrindən, Çindən, Avropadan bu brend adı altında istehsal olunan məhsullarımızın xoş soraqlarını eşidəcəyik”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
30.04.2017
29.04.2017
28.04.2017