Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qara paltar qadağası
Tarix: 20.04.2017 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Qazaxıstanda qadınların qararəngli libas geyinməsi qanunla qadağan olunacaq. Hafta.az-ın məlumatına görə, Prezident Nursultan Nazarbayev matəm günləri istisna olmaqla, qazaxıstanlı qadınların qara paltarlar geyinməsini düzgün hesab etmədiyini bildirib. O, məsələnin qanunvericilik çərçivəsində həllini tapacağını əlavə edib: “Maarifçiliyin zəif olması səbəbindən oğlanlar qısa ətəyli şalvarlar geyinir, saqqal saxlayırlar. Qara rəngə bürünmüş qızlarımızın sayı da çoxdur. Bu, bizim adət-ənənələrimizə uyğun deyil. Bunun qarşısını qanunverilicik çərçivəsində alacağıq. Qazaxıstanlı qadınlar ancaq yas mərasimlərində qara geyinməlidirlər”.

Qazaxıstan Prezidenti bəzi geyim və tünd rənglərin cəmiyyətdə neqativliklərin çoxalmasına səbəb olduğunu deyib.
Bəs, görəsən, bizdə də belə bir qadağaya ehtiyac varmı? Ümumiyyətlə, son illər qara rəngin geyim mədəniyyətində tendenisyaya çevrilməsi nə ilə izah olunur?
Suallarımızı sənətşünaslıq üzrə professor, Dövlət Rəssamlıq Akademiyasının memarlıq kafedrasının dosenti Səbirə Dünyamalıyeva cavablandırdı. Müsahibimiz deyir ki, rəng və geyim məsələsinə görə, rəsmi qaydada qadağa qoyulması çoxlarına qeyri-ciddi görünə bilər, amma bu əslində mühüm bir mövzudur: “Nə İslam dinində, nə də Qurani-Kərimdə qara geyinmək deyə bir məcburiyyət yoxdur. Bu, fanatizmdən irəli gələn bir tendensiyadır. Tarixən insanlarda geyimlərində təbiətin rənglərinin öz üzərlərində əks etdirmək kimi bir ənənə olub. Ona görə də təsadüfi deyil ki, hər bölgənin özünəməxsus rəng seçimi var. Məsələn, Qarabağ bölgəsinin geyimlərində al-əlvanlıq, yaşıl, qırmızı - təbiətin çalarları əks olunub. Bakıya məxsus geyimlərdə isə dənizin rəngi və qızılı qum rəngləri üstünlük təşkil edib. Yəni kim nəyi görürsə, onu da geyimində əks etdirir. Bu həm də özünü təbiətdən ayırmamaq, özünü təbiətin bir parçası hesab etməkdir”.
Səbirə Dünyamalıyeva Azərbaycanın geyim mədəniyyəti tarixində qara rəngin yas geymi kimi səciyyələndirilmədiyini deyir: “Bizdə matəm geyimi göy rəng olub. Hələ Səfəvilər dövründə matəm rənginin göy olması ilə bağlı tarixi mənbələrdə məlumatlar var. Bizdə qara rəngə meyllik 80-ci illərdən – Qarabağ müharibəsinin ilk işartılarından sonra başladı. Bundan sonra nəinki matəm mərsimlərində, hətta toylarda da qara geyinmək tendensiyaya çevrildi”.
Mütəxəssis Qazaxıstan prezidentinin qərarının məqbul olduğunu deyir: “Qara rəng yas düşüncəsindən xəbər verir. Bu da cəmiyyətin ümumi vəziyyətinə, insanların əhvalına təsir edir. Qadının başdan ayağa qara geyinməsi sanki onu yox edir. Bu isə onun bir varlıq olaraq yoxluğunu ehtiva edir. Geyim insanın mənəviyyatının ifadə edir. Bir nəfərin hansısa geyimi dəb salmağı bütün cəmiyyətə sirayət edir və bütünülükə yoluxdurur. Amma bir məqamı xüsusui vurğulamaq istərdim. Mən hər hansı qadağa qoyulmasını deyil, psixoloji vəziyyəti dəyişməyi tərcih edərdim. Geyim həm də insanların əhvalından asılı bir məsələdir. Psixoloji əhval yüksək olunca insanlar qaralardan könüllü şəkildə azad olacaq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017