Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeniləşən Zığ qəsəbəsi - REPORTAJ
Tarix: 20.04.2017 | Saat: 19:15:00
Bölmə:Reportaj | çapa göndər

IV İslam Həmrəyliyi İdman Oyunları ilə əlaqədar olaraq, Suraxanı rayonunda da abadlıq, tikinti və quruculuq işləri yüksək səviyyədə aparılıb. Bu dəfə yolumuzu paytaxtın qədim Zığ yaşayış məskənindən saldıq. Həqiqətən, son bir neçə ildə adıçəkilən qəsəbədə böyük abadlıq və tikinti işləri aparılıb. Təzə tikilən binalar, sosial obyektlər, eləcə də çəkilən yollar Zığ kəndinin infrastrukturunu dəyişdirib, yeniləşib və paytaxtın abad qəsəbələrindən birinə çevrilib. Ramil Ələkbərov adlı sakin dedi ki, əvvəllər qəsəbəmiz bərbad vəziyyətdə idi, sovet dönəmindən çəkilmiş yollar təmir olunmurdu, qəsəbə sakinləri içməli su sarıdan çətinlik çəkirdi. Artıq qəsəbənin illərlə yığılıb-qalmış problemləri öz həllini tapıb. Belə ki, standartlara cavab verən müasir tipli yol çəkilib. Biz sakinlərin yaşayış tərzi üçün qəsəbəmizdə hər cür şərait yaradılıb. Bizə göstərilən qayğıya görə ölkə başçısına və Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk”. Suraxanı RİH başçısının Zığ qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədovla ərazidə iş başında görüşdük. Ərazidə təmizlik işləri aparılırdı. Yolkənarları alaq otlarından təmizlənir, ağacların dibləri bellənir və suvarılırdı.

“Bir milyondan çox ağac əkilib”

Cəlaləddin Əhmədov vaxt tapıb görülən işlər barəsində “Həftə içi”nə məlumat verdi. Bildirdi ki, adıçəkilən qəsəbə beş massivi - “Qum adası”, “Dədə Qorqud”, Bahar bağları, Zığ bağları və Zığ qəsəbəsini əhatə edir: “Hal-hazırda təmizlik işləri ilə məşğul oluruq. Qəsəbə ərazisində bu günə kimi bir milyondan çox ağac əkilib. Onların dibinə su xətti çəkilb, vaxtlı-vaxtında qulluq edilir, ağacların quru budaqları budanılır, gübrələr verilir. Rayon MKTB-nin 13 nəfər fəhləsi qəsəbəyə təhkim olunub və onlar təmizlik işləri ilə məşğul olurlar. Yeri gəlmişkən qeyd edim ki, 30 ildən çox idi ki, qəsəbə sakinləri içməli su sarıdan əziyyət çəkirdi. Artıq bu problem də öz həllini tapıb. “Azərsu” ASC tərəfindən Zığ qəsəbəsinə içməli su xətti çəkilib, sakinlər içməli su ilə təmin olunublar. Eləcə də Dövlət Proqramı çərçivəsində “Dədə Qorqud” və “Bahar bağları” massivinə yeni su xətti çəkilib. Hazırda suyun çəkilişi davam edir”.

“Zığ-Türkan magistral yolu yenidən qurulur”

Müsahibim vurğuladı ki, Zığ-Əmircan-Yeni Suraxanı istiqamətində ölkə başçısının Sərəncamı əsasında 3 milyon manat ayrılan vəsait hesabına Zığ qəsəbəsinin 5 kilometr olan mərkəzi hissəsində standartlara uyğun yol çəkilib: “Yolkənarlarına müasir tipli dayanacaqlar qoyulub. Həmin yolun açılışında cənab Prezident İlham Əliyev şəxsən özü iştirak edib və görülən işlərlə yaxından tanış olub. Elcə də Zığ-Türkan magistral yolu standartlara uyğun yenidən qurulur. Artıq altızolaqlı yolun bir hissəsi çəkilib. Zığ Mədəniyyət Parkı yenidən abadlaşdırılacaq. Bununla bağlı yeni layihə hazırlanır. Yaxın vaxtlarda adıçəkilən park təmir olunub, sakinlərin ixtiyarına veriləcək. Eləcə də 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranları abidəsinin yenidən qurulması üçün layihə işlənib, hazırlanır. Qəsəbə ərazisində yeni müsir tipli iki ambulatoriya, iki uşaq bağçası, “Azərpoçt” binası tikilib istifadəyə verilib. Qəsəbə ərazisində yerləşən qədim məsciddə təmir-bərpa işləri aparılaraq, sakinlərin ixtiyarına verilib. Görüləcək işlər çoxdur. İşlərimiz layihələr əsasında, planlı şəkildə aparılır”.
C. Əhmədov Zığ kəndinin qədim tarixi abidələrinin durumu ilə bağlı bildirdi ki, qəbiristanlıqdakı tarixi abidələr - türbələr, ovdanlar Mədəniyyət və Turizm Nazirliyinin siyahısına daxil edilib. Nümayəndənin sözlərinə görə, onların təmir və bərpası üçün yazılı şəkildə adıçəkilən quruma məlumat verilib.
C.Əhmədov qrafikə uyğun olaraq, hər həftənin beşinci günündə qəsəbə sakinləri ilə səyyar görüşlər keçirdiyini də söylədi. Dedi ki, görüşlərdə sakinlərin hər birinin müraciətləri dinlənilir və onların qaldırdıqları problemlərin həlli istiqamətində işlər görülür: «İslam Oyunları ilə əlaqədar üzərimizə düşən vəzifələrin yerinə yetirilməsinə çalışırıq. Bu istiqamətdə əhali arasında böyük maarifləndirmə işləri aparırıq”.

“Şəhərin mərkəzinə getmək üçün...”

Nümayəndə qəsəbənin problemlərindən də söz açdı: “Əsas problem Zığ qəsəbəsindən şəhərin mərkəzinə marşrutun olmamasıdır. Dəqiq desək, qəsəbənin paytaxtın mərkəzi ilə marşrut əlaqəsi yoxdur. Baxmayaraq ki, “Bakubus” avtobus parkı ərazimizdə yerləşir. Amma sakinlər şəhərin və eləcə də rayon mərkəzinə getmək üçün üç marşrut dəyişmək məcburiyyətində qalırlar”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017