Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Marketlərdə Dağlıq Qarabağ düyüsü satılmağa başlandı - GÜNÜN TƏZADLARI
Tarix: 20.04.2017 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Bir neçə iri supermarketdə işğal altındakı Azərbaycan torpaqlarında istehsal edilmiş düyü satılmağa başlandı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, İrəvanın “Carrefour” və “Nor Zovk” supermarketlər şəbəkələrinin dükanlarında üzərində erməni və ingilis dillərində “Basmati düyü. Qarabağda yetişdirilmişdir” sözləri yazılmış sellofan qablaşmada düyü satılır. Bir neçə gün öncə “Facebook”da həmin məhsulun qablaşmasının fotosu yayıldıqdan sonar, hökumət orqanları məsələ ilə maraqlanmağa başlayıb. Öncə bunun yalan olduğu bildirildi. Lakin jurnalistlərin araşdırmalarından sonra məlum olub ki, həmin düyü doğrudan da Qarabağda - işğal altındakı Xocavənd rayonunun Xerxan kəndində istehsal edilib. Buraya ABŞ-dan köçmüş Karolin Baqumyan ərinin valideynlərinə məxsus olan torpaqda eksperimental olaraq düyü yetişdirməyi qərara alıb. Toxumluq düyünü İrandan gətirib və xüsusi qutularda yetişdirib. Cəmi 28 kq məhsul əldə edib. Məhsulu qablaşdırdıqdan sonra, kiloqramı 950 dramdan (təxminən, 3,2 AZN) İrəvanda adıçəkilən dükanlara təhvil verib. İndiyədək cəmi 5 kq düyü satılıb.


Təhsil haqqının qoyun-keçi ilə ödəniləcəyi bəlli oldu


Bundan sonra valideynlərin övladlarının təhsil haqqını inək, camış, yaxud qoyun-keçi ilə də ödəyə biləcəkləri bəlli oldu. Hafta.az “Vesti” telekanalına istinadla yazır ki, söhbət Afrika ölkəsi Zimbabvedən gedir. Ölkənin təhsil naziri Lazarus Dokoranın verdiyi yeni qərara əsasən, indən belə övladlarının təhsil haqqını ödəyə bilməyən valideynlər pul əvəzinə ödənişi ev heyvanları ilə edə biləcəklər. Eyni zamanda, əgər hansısa valideynin ustalıq və bu kimi məktəbə lazım ola biləcək peşəsi varsa, təhsil haqqını həmin işlərlə də ödəyə bilər.
Qeyd edilir ki, maliyyə böhranı olan Zimbabvedə banklar da ötən həftədən oxşar üsula əl atıblar. Yəni vətəndaşların kredit borclarını iri və xırdabuynuzlu heyvanlarla ödəyə bilmələri haqqında qərar qəbul edilib.


Metroda sərnişinlərə kitab hədiyyə edildi


Metro vaqonlarına daxil olan sərnişinlər oturacaqların üzərində hədiyyə bağlamaları sürprizi ilə qarşılaşdılar. Hafta.az “Sputnik-Georgiya”ya istinadla xəbər verir ki, maraqlı aksiya Gürcüstan paytaxtı Tiflisdə keçirilib. Bağlamaları açan sərnişinlər bunların “İntellekt” və “Artanuci” nəşriyyatlarının kitab hədiyyələri olduğunu biliblər. Qeyri-adi aksiya Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə ilə bağlı keçirilib. Sərnişinlərə eyni zamanda aprelin 23-də Mtatsminda Panteonunda sözügedən günə həsr olunmuş mərasimə dəvətnamələr də verilib. Panteonun ərazisində sərgi açılacaq və kitablar endirimlə satılacaq. Bundan əlavə, Tiflis meriyası tərəfindən “şəhər-kitabxana” layihəsi çərçivəsində ilin sonunadək paytaxt metrosunun bütün stansiyalarında elektron kitabların yüklənməsi üçün QR-kodlu qurğular quraşdırılacaq.


Həmkarı deputatın başını yardı


Gürcüstan parlamentinin iclasında deputatlar arasında qarşıdurma yarandı. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin hesabat çıxışı ilə bağlı toplantının açıq və ya qapalı keçirilməsi barədə müzakirələr zamanı “Vətənpərvərlər İttifaqı”ndan olan E. Kvitsiani bildirib ki, “xarici rezident Giqa Bokeriya burdadırsa, iclasın açıq və ya qapalı olması fərq etmir”. G. Bokeriyanın üzərinə yeriyən E. Kvitsiani digər deputatlar tərəfindən dayandırılıb. O, öz yerindən Bokeriyaya tərəf qələm və su atıb. Deputat otağında isə hakimiyyətdəki “Gürcü Arzusu”ndan Vano Zardiaşvili və “Avropalı Gürcüstan”dan Georgi Kandelaki mübahisə ediblər. G.Kandelakinin atdığı külqabı onun öz partiya yoldaşı Otar Kaxidzenin başına dəyib. Nəticədə O.Kaxidzenin başı yarılıb və o, həkimə aparılıb.


Marixuana dükanı açıldı


Amerikanın Kolorado ştatında ilk dəfə tibbi marixuana dükanı açıldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumatda belə deyilir. “Time”ın yazdığına görə, “Tumbleweed Express Drive-Thru” adlı bu mağazada maşından çıxmadan narkotik almaq mümkündür. 21 yaşına çatan hər kəs istirahət günləri, günorta saat 16.00-dan gecə yarısına qədər qanuni şəkildə preparat ala bilər. Mağazanın direktoru Mark Smit deyib ki, dünya KİV-in onun biznesi barədə yazacağını təxmin etmirmiş. Bu minvalla amerikalı öz biznesini qanuni şəkildə marixuana ilə bağlayan iş adamına çevrilib. Onunla paralel olaraq bu işlə məşğul olanlardan biri də aktrisa Vupi Qoldberq və reper Snup Doq olub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.10.2017
16.10.2017