Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
85 yaşlı aktyor 26 yaşlı qızla evləndi - FACEBOOK GÜNDƏLİYİ
Tarix: 20.04.2017 | Saat: 19:00:00
Bölmə:Facebook gündəliyi | çapa göndər

Aprelin 20-də sosial şəbəkə istifadəçiləri bir çox maraqlı mövzularla bağlı statuslar, rəylər paylaşıblar. Onlardan bəzilərini sizlərin də diqqətinə təqdim edirik.


85 yaşlı aktyor 26 yaşlı qızla evləndi


Britaniyanın ən məşhur komik aktyorlarından biri, 85 yaşlı Cimmi Patton özündən 59 yaş kiçik qızla evlənib. Milli.Az The Guardian-a istinadən bildirir ki, aktyorun xanımı Emi Fillipsin 26 yaşı var. Pattonun dediyinə görə, Emi ilə Facebook-da tanış olub və 18 aylıq yazışmalardan, görüşlərdən sonra evlənmək qərarına gəlib. "Təzə bəy"lə gəlin İngiltərənin Yorkşir qraflığındakı Maltbi şəhərində yaşayırlar.
Pattonun dediyinə görə, "bal ayı"nı Kanar adalarındakı Qran-Kanariya şəhərində keçirəcəklər. "ChuckleVision" şousundakı rolu ilə məşhurlaşan aktyor Cimmi Pattonun əvvəlki xanımı Valeri 5 il əvvəl vəfat edib. Eminin 65 yaşlı anası Meri deyib: "Qızımın özündən 59 yaş böyük şəxsə ərə getməsi bizi narahat etmir. Bu sevgidir, yaşın önəmi yoxdur".
Zaur Məmmədov: “Bu xəbəri oxuyanda məşhur mahnı yada düşür: Yaşın nə fərqi var ki, mevirəm səni".


“Çakır"ın 28 il öncəki halı


Hazırda “Eşkiya Dünyaya Hökmdar Olmaz" serialında “Hızır" obrazını canlandıran Oktay Kaynarcanın (“Kurtlar Vadisi"nin “Çakır"ı) 28 il əvvəl TRT-də rol aldığı serialdakı görüntüsü yayılıb. Sözügedən telekanal 1989-cu ildə eyni evdə qalan 4 universitet şagirdinin gündəlik həyatlarından bəhs edən "Gənclər" adlı serialdan qısa bir görüntü yayımlayıb. Oktay Kaynarca, Ziya Kürküt, Çetin, Fikrət Kuşkan, Ərtoğrul İlgin, Suna Selen, Erkan Can, Özden Ayyıldız Atacan, Arseven, İşık Aras, Numan Pakner, Filiz Bayraktar, Gülən Karaman, Tayfun Göymen, İlker Tezcan, Hesen Erden və Tuncay Tekdal kimi kino ulduzlarının rol aldığı serialda aktyorların gənclik halları görənləri təəccübləndirib.
Zeynəb Heydərli: "Gözləri heç dəyişməyib".


Şəkidə mikroavtobus 7 metrlik dərəyə aşdı


Dünən günorta saatlarında Şəki-Mingəçevir marşrut xətti üzrə hərəkət edən mikroavtobus aşıb. Şəki ərazisində baş verən qəza xoşbəxtlikdən faciə ilə nəticələnməyib. ARB Şəki xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 32-ci km-də Şəkinin Cəfərəbad kəndi ərazisində qeydə alınıb. Şəkinin Şin kənd sakini Mürşüdov Rakif Fərhad oğlu idarə etdiyi 10-VR-843 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusla Mingəçevir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə içində 15-ə yaxın sərnişin olan mikroavtobus yoldan çıxaraq təxminən 7 metr dərinlikdə dərəyə aşıb. Sürücü də daxil olmaqla avtomobildə olan sərnişinlərin əksəriyyəti yüngül xəsarətlərlə qəzadan xilas ola biliblər.
Ruhiyyə Yusifova (xəsarət alan şəxs): "İki qızımla oturmuşduq. Sürət də az idi. Birdən partlayış kimi səs çıxdı. Gözümüzü açanda yerdə gördük özümüzü. Qəza yerinə dərhal həkim briqadası və FHN-nin xilasediciləri cəlb olunub. Sərnişinlərdən Eyvazova Gülqədəm İsabala qızının vəziyəti ağır, Bayramova Zülfiyyə Əlihüseyn qızının vəziyyəti isə orta ağır qiymətləndirilir. İlkin məlumatlara görə, qəzaya səbəb avtomobilin yükgötürmə asqısının qırılması olub. Faktla bağlı Baş Dövlət yol polisinin Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Afət Rzayeva: "Xarab avtobusları maarşrutlardan yığışdırsaydılar bu hadisələr baş verməzdi".

Anar,
hafta.az


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017