Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Elmar Məmmədyarov İtaliyada çıxış edib - FOTO
Tarix: 21.04.2017 | Saat: 10:59:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarov İtaliyaya rəsmi səfəri çərçivəsində Romada yerləşən İtaliyanın ən qədim və nüfuzlu beyin mərkəzlərindən olan Italiya Beynəlxalq Təşkilat Cəmiyyətində (SİOİ) olub. SİA-nın verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov İtaliyanın sabiq xarici işlər naziri və SİOİ-nin prezidenti Franko Fratti ilə birlikdə Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş foto sərginin açlışında iştirak edib. Sərgiyə iki ölkə arasında diplomatik münasibətlərin tarixinin ən maraq kəsb edən məqamları, o cümlədən həyata keçirilmiş yüksək səviyyəli səfərlər, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində İtaliyada təşki olunmuş tədbirlərə dair fotoşəkillər, habelə münasibətlərin tarixini əks etdirən sənədlərin surətləri daxil edilib.

Ardınca SİOİ-də Azərbaycan-İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Franko Fratti ölkəmizə çoxsaylı səfəri ilə bağlı təəssüratları, Azərbaycanın regional və beynəlxalq siyasətdəki rolu barədə təqdimat xarakterli məlumat verib.

Sonra çıxış edən İtaliya xarici işlər nazirinin müavini Benedetto Della Vedova İtaliya-Azərbaycan əməkdaşlığının möhkəm zəmin üzərində qurulduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyərək iki ölkə arasında əlaqələrin hərtərəfli inkişaf etdiyini diqqətə çatdırıb.

Çıxış əsnasında xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın xarisi siyasətinn prioritetləri və Azərbaycan-İtaliya münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Bu xüsusda nazir Elmar Məmmədyarov ölkəmizin müstəqllik tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri, münaqişənin həlli üzrə nizamlanma prosesi, enerji və nəqliyyat strategiyası, o cümlədən TANAP və TAP layihələri, beynəlxalq sülh və təhlükəsziliyə töhfələrimiz, multikulturlizm və dinlərarası dialoqun təşviqi, Azərbaycanın İtaliya və Avropa İttifaqı ilə əlaqələri barədə ətraflı danışıb. Çıxışın ardınca Elmar Məmmədyarov auditoriyanın çoxsaylı sullarını cavablandırıb.

Tədbirdə İtaliya parlamentinin üzvləri, beyqnəlxalq münasibətlər və beynəlxalq hüquq sahəsində alimlər, tədqiqatçılar, İtaliyada akkreditə olunan diplomatik korpusun üzvləri və mətbuat nümayəndələri iştirak edirdilər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017