Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu il məcburi köçkünlər üçün yeni binalar tikilir" - Əli Həsənov
Tarix: 21.04.2017 | Saat: 11:18:00
Bölmə:Sosial | çapa göndər

“Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətinin prioritetidir və onun sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur”.

Hafta.az xəbər verir ki, bu haqda  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclasında qurumun sədri, baş nazirin müavini Əli Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bu il məcburi köçkünlər üçün yeni binalar tikilir, qəsəbələr salınır:

"Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir, yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemləri də yaxın vaxtlarda öz həllini tapacaq, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək. Yeni binalar tikilir, eyni zamanda vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək. Artıq bu istiqamətdə işlərə başlanıb, bunlarla bağlı hərtərəfli müzakirələr aparılır. İlkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3 ədəd, Ramana qəsəbəsi ərazisində isə 1 ədəd beşmərtəbəli bina inşa olunur. Prezidentin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir. Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır. Hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017