Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Tour d’Azerbaidjan-2017”nin iclası keçirilib
Tarix: 21.04.2017 | Saat: 13:00:00
Bölmə:"Baku-2017" | çapa göndər

Aprel ayının 21-də “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin geniş iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Daxili İşlər, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Polisİdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəhbər vəzifəli şəxsləri, Bakı şəhərinin, habelə velosiped turunun marşrutlarının keçdiyi rayonların və şəhərlərin İcra Hakimiyyətləri başçılarının müavinləri, veloturun təşkilinə cəlb olunmuş digər qurumların nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan turun Təşkilat Komitəsinin sədri, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Velotur ölkəmizin qəbul edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları öncəsi dünya idman ictimaiyyətinin diqqətini bir daha Azərbaycana yönəldəcək.

Mayın 3-də start götürəcək "Tour d'Azerbaidjan-2017" beynəlxalq velosiped turu əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək. Qeyd olunub ki, bu günə “Tour d’Azerbaidjan-2017” yarışında 19 ölkədən 23komandanın iştirakı təqdiqlənib ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 17-sikontinental komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (150 km), 2-ci mərhələdə Bakı - İsmayıllı(187 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177km), 4-cü mərhələdə Qəbələ - Ağsu - Pirqulu (164 km)və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 836 km məsafə qət edəcəklər.

Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb. İclasda “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun təşkilatı işləri ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.(sia)


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.08.2017
20.08.2017
19.08.2017