Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcbari Tibbi Sığortada Rusiya təcrübəsindən yararlanacağıq
Tarix: 21.04.2017 | Saat: 15:28:00
Bölmə:Sosial | çapa göndər

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mütəxəssisləri Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin dəvəti ilə aprelin 19-u və 20-də Moskva şəhərində işgüzar səfərdə olublar.


Hafta.az-ın məlumatına görə, agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətini Rusiya Federasiyasının səhiyyə nazirinin müavini D. V. Kostennikov qəbul edib. Nazir müavini görüşdə Rusiyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi haqqında geniş məlumat verdi. İcbari tibbi sığorta sistemi çərçivəsindən vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiya Federasiyasında mövcud qanunvericilik bazası haqqında məlumat verərək, Azərbaycan Respublikası İTSDA ilə mümkün əməkdaşlıq istiqamətləri haqqında da söhbət açdı.


Agentliyin direktoru müavini Nigar Bayramova Prezidentin sərəncamı ilə 2017-ci ildən Azərbaycanda tətbiq edilən icbari tibbi sığortanın pilot layihəsinin gedişatı haqqında məlumat verib.


Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan heyətini maraqlandıran sualları cavablandırdılar. İTS tətbiqi ilə əlaqədar mümkün çətinliklər və onların aradan qaldırılması sahəsində Rusiya Federasiyasının təcrübəsi haqqında ətraflı məlumat verildi.
Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rusiya Federasiyasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev