Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Lö Pen deməklə Qarabağ Ermənistana birləşə bilməz” – Mirvari Fətəliyeva
Tarix: 25.04.2017 | Saat: 15:11:00
Bölmə:Müsahibə | çapa göndər

Fransada keçirilən prezident seçkilərində kimsə qalib olmadı, amma namizədlərdən ikisi – “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron və “Milli cəbhə”nin lideri Marin Lö Pen daha çox səs toplayaraq ikinci turda yarışmaq şansı qazandı. Lö Penə birmənalı şəkildə Azərbaycanın, türkün və islamın düşməni deyə bilərik. Çünki bu adam doğrudan da kəskin radikal millətçi çıxışları ilə mövqeyini aşkar ortaya qoymaqdadır. Emmanuel Makron isə bir az liberal olsa da, o da reqibindən çox fərqlənmir. Elə isə maraqlıdır, Fransa cəmiyyətinin etmad göstərdiyi bu iki insan Azərbaycan və ümumiyyətlə, müsəlman dünyası üçün kimlərdir? Uzun illərdir Fransada yaşayıb, fəaliyyət göstərən Paris Azərbaycan Evinin sədri və Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ilə söhbətimizdə Makronla Lö Peni tanımağa çalışdıq:

- Aprelin 23-də fransız xalqı sabiq iqtisadiyyat naziri, “İrəli” Hərəkatının banisi, amma heç bir partiyanın nümayəndəsi olmayan Emmanuel Makronla “Milli cəbhə”nin - qatı sağçılar partiyasının lideri Marin Lö Penin prezident seçkilərinin ikinci turuna adlamasına qərar verdi. Qaliblər arasında fərq cəmi bir neçə faiz təşkil edir: Emmanuel Makron 23,75, Marin Lö Pen isə 21,53 faiz. Fransa prezidentliyinə namizədlərin bir çoxu Azərbaycan üçün ən mühim məsələ olan Dağlıq Qarabağ münaşiqəsinə daiz mövqelərində Ermənistanı dəstəkləyir. Hətta bir neçə gün öncə Marin Lö Pen Qarabağın Ermənistana birleşdirilməsi fikrini səsləndirib. Əlbəttə, bu mövqelər heç də təsadüfi deyil. Bildilyiniz kimi, Fransada 530 mindən artıq erməni mənşəli vətəndaş yaşayır və bu da hər bir prezidentliyə namizədi maraqlandıran seçici mənbəsidir. “Milli cəbhə” Partiyasının lideri Marin Lö Pen, eyni zamanda, türklərə və islama qarşı mənfi fikirlərini gizlətmir - açıq-aydın sözünü deyir. Emmanuel Makron isə liberal olmaqla yanaşı, V Respublikanın tarixində heç bir partiyanın üzvü olmayan ilk prezident ola bilər. Fransa xalqı beş illik sosalizm hakimiyyətindən, eləcə də sağçı Respublika Partiyasının son prezident kompaniyası zamanı ortaya çıxan maliyyə qalmaqalından məyus olduğu üçün Emmanuel Makronun prezident seçilmə şansı daha yüksəkdir. O ki qaldı onun ölkəmiz və Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərinə, münaqişənin Minsk Qrupu çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır. Bu da onun ümumiyyətlə, Azərbaycana münasibətinin müsbət olduğunu göstərir. Qondarma erməni soyqırımı haqqında isə, digər namizədlər kimi, o da erməniləri dəstəkləyir. Təbii ki, bunun da səbəbi məlumdur. İxtisasca iqtisadiyyatçı olan Makronun proqramının əsasını Fransanın iqtisadi durumunun yaxşılaşdırılması, ölkənin siyasi həyatında təməl dəyişikliklər kimi əsas fikirlər təşkil edir. O, həmçinin Marin Lö Pendən fərqli olaraq Avropa Birlyinin tərəfdarıdır. İkinci tur öncəsi siyasətçilərin əksəriyyəti Emmanuel Makronun qələbəsinə inanır. Respublika Partiyasının sədri Fransua Fiyon və Sosialistlər Partiyasının sədri Benua Amonun tərəfdarlarını öz səslərini Makrona verməyə çağırdılar. Bu da onun şansını təbii ki, artırır. 

- Belə təhlükəli fikirlərin sahibi olan Lö Pen ən çox səs toplayıbsa, deməli, xalq onu sevir ki, səs verib. Bu prizmadan yanaşanda, sizcə, fransız cəmiyyəti doğrudanmı millətçiliyə və radikalizmə yönəlib? Sadə xalq nə düşünür bu siyasətçi qadınla bağlı?

- Bilirsiniz ki, son illərdə Fransada və digər Avropa ölkələrində terror aktları baş verib. Bu da təbii ki, bu gün Lö Penin qalib gəlməsi üçün münbit şərait yaradıb. Xalq sevdiyindən deyil, artıq baş verən bu hadisələrdən cana gəldikləri üçün ona səs verib. Mən 17 ildir Fransada yaşayıram. İlk dəfə bu ölkəyə gələndə çox böyük dini azadlığın olduğunu gördüm və doğrusu, xeyli təəccübləndim. Məscidlərdə mollaların istədiyi mövzunu istədiyi kimi şərh edərək insanların beynini yuması, müxtəlif dini cərəyanların azad şəkildə öz fikirlərini ictimaiyyətə təlqin etməsi qatı dindarların sayının zamanla artması ilə nəticələnib. Bir çox müsəlman icma üzvlərinin fransız cəmiyyətinə inteqrasiyası, qeyri-qanuni fəaliyyətləri, əlbətdə ki, onlara qarşı rasist davranışlara gətirib çıxarıb. Əgər cəmiyyətə inteqrasiya olarsa rasist münasibət 90 faiz ortadan qaldırılar. Bu baxımdan Marin Lö Pen sevildiyi üçün deyil, yalnız yaranmış vəziyyətin təməldən dəyişməsini vəd etdiyi üçün seçilə bilər. Bu da nəinki Fransa, eləcə də bütün Avropa İttifaqı üçün böyük təhlükədir.

- Siz də bilirsiniz: ABŞ-da bütün namizədlər ermənilərə söz verib qondarma genosidi tanıyacaqlarına dair, amma seçiləndən sonra bu vədi unudurlar. Necə düşünürsünüz: Lö Pen “Qarabağı Ermənistana birləşdirmək lazımdır” bəyanatını unudacaqmı, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşacaqmı?

- Təbii ki, Lö Pen belə bir bəyanat səsləndirməklə Qarabağ Ermənistana birləşə bilməz. Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və Azərbaycanın ərazi bütövlüyünün sulh yolu ilə bərpa edilməsinə daiz öhdəliyi var. BMT-nin 4 qətnaməsi, eləcə də beynəlxalq ictimaiyyət Ermənistanı işğalçı dövlət olaraq - Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyini tanıyır. Təbii ki, istər Marin Lö Pen, istərsə də Emmanuel Makron prezident seçilərsə, türk xalqının deyil, siyasi, dini və tarixi amilləri nəzərə alaraq müəyyən məsələlərdə ermənilərin tərəfini saxlayacaq. O, belə fikirlər səsləndirməklə özünə yalnız seçici qazanır.

- Fransadakı Azərbaycan və türk icmaları – diaspor təşkilatları və seçicilər birlikdə hər hansı formada Li Pen düşərgəsi ilə görüş və danışıqları olubmu? Ümumiyyətlə, indiyədək bu düşərgə ilə milli təşkilatlarımızın hər hansı təması gerçəkləşibmi? Nəyəsə ümid edə bilərikmi?

- Xeyr, belə görüşlərin olması haqda məlumatım yoxdur. Lö Pen qatı millətçi partiyanı təmsil edir və türklərə münasibəti məlum olduğu üçün bu cür görüşlər keçirmək də mənasızdır. Çünki türklərin ona səs verməsi öz prinsiplərinə xəyanət etmələri demək olardı.

- Son olaraq deyin lütfən: yeni prezident Makron olacaq, yoxsa Li Pen və hansının hakimiyyətə gəlməsindən asılı olmayaraq Fransa-Azərbaycan münasibətlərinin yaxın gələcəyini necə görürsünüz?

- Mayın 7-nə təyin olunmuş ikinci turda fransızlar bu iki nəfərdən birini V Respublikanın 8-ci prezidenti seçəcəklər. Fikrimcə, Emmanuel Makronun şansı daha çoxdur. Digər namizədlərin tərəfdarlarının daha çox ona səs vermə ehtimalı var. O ki qaldı Fransa – Azərbaycan münasibətlərinə, seçilən hər hansı namizəd Fransanın Azərbaycanla mövcud siyasi, iqtisadi, mədəni, elmi munasibətlərini davam etdirəcək və bərpa edilən 25 illik bu elaqələrin pozulmasını, təbii ki, istəməz.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017