Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Böyük dövlətlər arasında düşmənçilik olmur” – Engin Özər
Tarix: 05.05.2017 | Saat: 12:12:00
Bölmə:Müsahibə | çapa göndər

Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edərək həmkarı Vladimir Putinlə çoxdan gözlənilən, eləcə də Qərbin yuxusunu ərşə çəkən mühüm məsələlərlə bağlı sazişlər imzaladı. Putin pomidor istisna olmaqla bütün sahələrdə Türkiyə ilə əlaqələrə yaşıl işıq yandırdı. Eləcə də Suriyada Qərbin iştirakı olmadan sülh layihəsi razılaşdırıldı və sair. Maraqlıdır, gözləmək olarmı ki, bölgəmizin iki super dövlətinin dostlaşması bizləri bitib-tükənməyən problemlərdən xilas edəcək? Rusiya-Türkiyə Araşdırmalar Mərkəzinin mütəxəssisi Engin Özərlə söhbətləşib, bu müstəvidə fikirlərini aldım. Gəlin şərhçinin dediklərini misralara çevrilmiş cavablarından birlikdə oxuyaq: 

- Əvvəlcə qeyd edim ki, böyük dövlətlər arasında heç vaxt düşmənçilik olmur. Ola bilər, bəzən maraqlar toqquşur və bu zaman siyasətçilər düşmənçilik ab-havası yaradırlar. Bunun da nəticəsində xalqda qarşı tərəfə nifrət hissləri yaradır.

- Bunu Ankara-Moskva münasibətlərinə şamil edə bilərikmi?

- Məsələyə Türkiyə - Rusiya münasibətləri baxımından yanaşsaq, hər iki dövlətin lideri normallaşma prosesinin başa çatdığını bəyan etdi. Bu müstəvidən çıxış edərək deyə bilərik ki, Suriya ərazisində ruslarla türklər arasında dəfələrlə qarşıdurma baş verib, amma heç biri qabardılmayıb və əlbəttə, geniş ictimaiyyətə məlumat verilməyib. Amma 24 noyabr tarixində Rusiya qırıcısının vurulması münasibətlərdəki ziddiyyətləri üzə çıxardı. Hesab edirəm ki, Ankara ilə Moskva arasında qarşılıqlı etimadsızlıq hələ bir müddət davam edəcək. Amma bu, heç bir halda gərginliyə yol açmayacaq.

- Bir halda ki, etimadsızlıq qalacaq, onda niyə məhz indiki məqamda görüş keçirildi?

- Görüşün belə təcili keçirilməsi Ankara üçün çox da vacib deyildi. Amma nəzərə alaq ki, hər iki dövlətin münasibətlərin normallaşmasına ehtiyacı böyükdür. Məhz bu görüş nəticəsində Rusiya Suriya məsələsində arxayınlaşdı, “Türk axını” layihəsi imzalandı və sair. Belə demək mümkündürsə, Soçi görüşü ilə iki ölkənin əlaqələrində məntiq qazandı.

- Gəlin xatırlayaq: Rusiya 15 iyul çevrilişə cəhd olayı zamanı Ankaraya ciddi dəstək verdi. Türkiyə də əvəzində Qərbin sanksiyaları nəticəsində iqtisadiyyatı böhrana girən Rusiya ilə nəinki olan-qalan əlaqələrini kəsmədi, əksinə, ona arxa durdu. Amma son görüşdə maraqlı münasibətin şahidi olduq: Putin Türkiyə ilə hər sahədə əlaqə qurmağa hazır olduğunu bildirdi, yalnız pomidor idxalından başqa. Sizcə ruslar niyə bu qədər israrla pomidor idxalına qarşı çıxırlar?

- Bildiyim qədər, qırıcının vurulmasından sonra Rusiyada kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun rəhbərliyi altında yerli istehsalı təşviq eləmək yönümündə təcili proqram həyata keçirilməyə başlanıb. Bu plan əsasında istixana şəraitində tərəvəz istehsalı ilə məşğul olmaq istəyən fermerlərə milyardlarla rubl həcmində kredit ayrılıb. Özü də insanlarda istehsala həvəs oyatmaq üçün çox aşağı - 15-20 faizlə verilib vəsait. Hökumət hesab edir ki, fermerlərə verilən kreditlər beş il ərzində yenidən büdcəyə qaytarılacaq. Üstəlik, bu planlar icraya qədəm basan dövrdə kimsə Türkiyə ilə münasibətlərin belə tez düzələcəyini təxmin etmirdi.

- Yaxşı, 150 milyon əhalisi olan Rusiyanı təmin edəcəkmi yaradılan istixanalar? Ümumiyyətlə, nəyisə dəyişə bildilərmi bu planla?

- İstixana şəraitində tərəvəz istehsalına başlanılıb. Amma problem var. Rəsmi məlumata əsasən, Rusiyada istixana şəraitində pomidor istehsalı çox baha başa gəlir - bir kiloqramı 140 rubla. Bu da hardasa 2,5 dollar edir. Hansı ki, pomidorun bir kilosu Türkiyədə dörd dəfə ucuz - 70 sentə başa gəlir. Bu baxımdan pomidor istehsalı sahəsində rus fermerlərin türk istehsalçılarla rəqabətə girmə şansı yoxdur. Bunu rəsmi Moskva yaxşı anlayır. Amma kredit şəklində verilmiş milyardlarla rublun xəzinəyə qaytarılması təmin eləmək lazımdır. Türkiyədən idxal məsələsi bu səbəbdən dayandırılıb. Amma Rusiya Kənd Təsərrüfatı Nazirliyinin açıqlamalına görə, ehtiyac yarandığı təqdirdə vaxtaşırı Türkiyədən pomidor idxal ediləcək.

- Pomidor almasalar belə, yaxın iki ildə Rusiya ilə iqtisadi əlaqələr Türkiyə iqtisadiyyatının inkişafını sürətləndirə biləcəkmi? Bir çox işlənməsi gərək olan sahələr var. Məsələn, Akkuyu nüvə mərkəzi, S-400 RMS, Rusiya təbii qazını Avropaya çatdırmaq və əlbəttə ki, öz daxili ehtiyaclarını da ödəmək və sair. Necə düşünürsünüz, Rusiya bu layihələri icra edəcəkmi?

- Akkuyu nüvə mərkəzinin tikintisi prosesi onsuz da davam etdirilir və plana görə, bu təsis 2023-cü ildə fəaliyyətə başlayacaq. Məncə bu məsələdə heç bir axsaqlıq yoxdur. “S-400” məsələsinə gəlincə, tərəflər arasında razılığa çox yaxınlaşılıb. Rusiyanın Suriyada uçuşa yasaq bölgələr yaratmaq müstəvisində razılığa gəlməsi, bu məsələyə müsbət təsirini göstərəcək. Hesab edirəm “S-400”lərin Türkiyəyə satılmasında problem olmayacaq. Türkiyə tərəfi Avropaya gedəcək qazın öz ərazisindən keçməsinə icazə verir, burada narahatlııq yoxdur. “Türk axını”nda yeganə problem qazın kimə satılmasıdır. Əlbəttə, Ankara ehtiyac duyduğu qədər qazı daxili bazarına yönəldəcək, amma qalan böyük qisminin satılması üçün Avropada bazar tapmaq Moskvanın öz problemidir.

- Suriyadan söz düşmüşkən, görüşdə danışılan ən çətin məsələ elə Suriyada davam edən müharibənin necə başa çatdırılmasıdır. Hesab edirsinizmi ki, Moskva Ankaranın bu ölkədəki maraqlarını qorumağa razı olub?

- Məncə Ankara Moskvanın nə söylədiyinə deyil, nə edəcəyinə baxacaq. Ona görə də gözlənilən bəzi addımlar atılmazsa, Türkiyə üzərinə götürdüyü öhdəliklərdən vaz keçəcək. Hansı ki, bura “Türk axını” da aiddir, “S-400”lər də, digərləri də. Amma nəzərə alaq ki, Suriyada müharibənin başa çatmasını Rusiya da çox arzulayır. Bu gün Suriyada davam edən hərbi-siyasi proseslər Rusiyanın daxilində müxalifətin iqtidara qarşı əsas silahına çevrilib.

- Eşitdim Suriyanın beş bölgəsində atəşkəs elan ediləcək, yəni təhlükəsiz ərazilər yaradılacaq. Necə bilirsiniz, Rusiya Afrindən vaz keçəcəkmi, Münbiçdə, YPG-PKK nəzarətindəki digər bölgələrdə Türkiyənin mövqeyini dəstəkləyəcəkmi? Ərdoğan – Putin görüşündən sonra Suriyada nə dəyişəcək?

- Ən azından Moskva YPG-yə dəstəyini dayandıracaq. Bir neçə ay əvvələdək Türkiyə ilə Rusiya arasında doğru-dürüst əlaqədən danışmaq çətin idi. Ona görə də bir çox problem lazımsız yerə böyüdü. İndi isə dialoq başladılıb, bu cür məsələlər diplomatik kanallarla yoluna qoyula bilər. Əslində Suriyada qurulacaq, Amerika və İsrailin nəzarətindəki müstəqil Kürdistan Rusiyanın siyasi maraqlarına tamamilə ziddir. Rusiya Türkiyə ilə Amerikanın himayəsində qurulacaq bir kürd dövləti arasında seçim etməli olacaq. Hansı qərarı verəcək, bunu o zaman görəcəyik.

- Ümumiyyətlə, qarşıdakı iki il ərzində Türkiyə - Rusiya əlaqələri necə görünür? ABŞ və Avropa Birliyinin tutacağı mövqe Ankara - Moskva əlaqələrinə necə təsir göstərəcək?

- Münasibətlərin müsbət istiqamətdə irəliləyəcəyini zənn edirəm. Hətta bu ilin sonu Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq məqsədilə Türkiyədə referendumun keçiriləcəyini də düşünürəm. Türkiyənin Rusiya ilə yaxınlaşmasına mane olmaq üçün onsuz da 15 iyula çevrilişə cəhd edildi. İkinci belə hadisənin təkrarlanacağına inam yoxdur, çünki Ərdoğan o vaxtla müqayisədə bu gün daha güclüdür...

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.07.2017
26.07.2017
25.07.2017