Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dünya Azərbaycanı daha yaxşı tanımağa başlayacaq” - Abdul Rahman Roslan
Tarix: 05.05.2017 | Saat: 16:22:00
Bölmə:Eksklüziv | çapa göndər

Bu günlərdə Azərbaycanda start veriləcək IV İslam Həmrəylik Oyunlarında yaxın və uzaq müsəlman dövlətlərindən fərqli sahələrdə güclərini sınayacaq çox sayda idmançı iştirak edəcək. Amma nəzərə alaq ki, iqtisadi-sosial və digər səbəblərdən bir neçə ölkə öz idmançılarını sözügedən beynəlxalq tədbirə ya göndərə bilməyib, ya da saylarını məhdudlaşdırıb. Amma əlbəttə ki, əksər müsəlman dövlətləriyarışlara qatılaraq, qələbə əldə etməkdə maraqlıdır. Bu ölkələrdən biri də dost Malayziya dövlətidir.

Malayziya coğrafi baxımdan ölkəmizdən bir qədər uzaq yerləşsə də, əlaqələrimiz sıxdır və bütün sahələrdə bu dost ölkənin dəstəyini hiss eləmişik. Dövlətçilik tarixi boyunca İslam dünyasının birliyi və inkişafı müstəvisində böyük səylər göstərən Malayziya Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında da öz idmançıları ilə iştirak edəcək.

Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdul Rahman Roslan “Həftə içi”nə eksklüziv olaraq bildirdi ki, əlbəttə, ölkəsinin idmançıları İslam oyunlarında böyük həvəslə iştirak edəcək. “Malayziyadan Bakıya 33 idmançı gələcək ki, onlar üzgüçülük, yüngül atletika, ağır atletika, tennis, boks, cüdo və karate kimi 7 növ idman sahəsi üzrə mübarizə aparacaqlar” deyən diplomat əlavə etdi ki, malayziyalı atletlərin yarışlarda uğur qazanacağına ümid edir.

Sirr deyil ki, mahiyyətindən asılı olmayaraq hər bir beynəlxalq tədbir, o cümlədən idman yarışları birmənalı şəkildə daxili hərbi-ictimai-siyasi sabit ölkələrdə təşkil olunmaqdadır. Əgər belə möhtəşəm idman yarışları Azərbaycanda keçirilirsə, deməli, dünya ictimaiyyəti Azərbaycandakı sabit və təhlükəsiz şəraiti yüksək dəyərləndirir. Üstəlik, belə qlobal tədbirlər ev sahibi ölkə üçün həm də əlavə iqtisadi-siyasi faydalar qazandırır.

Səfir Abdul Rahman Roslan əmin olduğunu bildirdi ki, IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən faydalı olacaq. “Siyasi baxımdan deyə bilərəm ki, oyunların keçirilməsi Azərbaycanı mütləq dünya xəritəsində tanıdacaq. Bu həmçinin, I Avropa Oyunları və “Bakı Formula 1”dən sonra Azərbaycanın davamlı şəkildə beynəlxalq oyunlar keçirməyə nail olan dinamik ölkə olduğunu nümayiş etdirəcək. Dünya Azərbaycanı daha yaxşı tanımağa başlayacaq və bu da bu gözəl ölkəni görmək istəyən insanların sayını artıracaq. Dolayısı ilə turizm sahəsində baş verəcək artım birmənalı şəkildə ölkənin iqtisadiyyatını daha da inkişaf etdirəcək” deyən malayziyalı diplomat əlavə etdi ki, IVİslam Həmrəylik Oyunlarının mütləq şəkildə Azərbaycana iqtisadi və siyasi cəhətdən müsbət təsiri olacaq.

Ürək ağrısı ilə bildirək ki, bu gün İslam coğrafiyasında qanlı müharibələr gedir, heç bir günahı olmayan milyonlarla sadə insan illərlə qurub-yaratdığı ev-eşiyindən qaçqın düşüb. Belə çətin dövrdə keçiriləcək İslam oyunlarının müsəlman aləminin birliyi və əməkdaşlığı baxımından əhəmiyyəti əvəzsizdir.

Səfir Abdul Rahman Roslan bildirdi ki, müsəlman dünyasının həmrəy şəkildə qalması üçün vacib olan əsas elementlərdən ikisi ölkələr arasında əməkdaşlıq və qarşılıqlı anlaşmanın olmasıdır. “Əməkdaşlığın genişləndirilməsi, habelə bu elementllərin birliyinin təmin edilməsi müxtəlif yollarla həyata keçirilə bilər. Bu il Bakı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edərək müsəlmanları bir daha birləşdirir. Bu münasibətlə biz Bakını təbrik edirik. Ümid edirik ki, bu tədbirin keçirilməsi bütün dünya müsəlmanlarına faydalı olacaq və İslam aləminin yaxşılaşması üçün öz töhfəsini verəcək”, - dedi Malayziyanın ölkəmizdəki səfiri.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.07.2017
27.07.2017
26.07.2017