Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Heç bir problemi divar tikməklə həll etmək mümkün deyil” – Məhmət Əli Əroğlu
Tarix: 10.05.2017 | Saat: 14:43:00
Bölmə:Müsahibə | çapa göndər

Bu günlərdə Türkiyə mətbuatında belə bir xəbərə rast gəldim: Türkiyə İranla sərhədə beton divar hörmək qərarına gəlib. Səbəb də ki, bu ölkədəki düşərgələrdə təlim-məşq keçən PKK terrorçuları istədikləri vaxt Türkiyə ərazisinə keçir, terror aktı törədib yenidən gəldikləri yerə dönürlər. Divar hörməklə belə təhlükəli halların qarşısını almağa çalışacaqlar. Bir məsələ var ki, Türkiyəni daha çox təşviş içində saxlayan İraqın şimalındakı PKK yuvaalrı olduğu halda, heç bu ölkə ilə sərhədi beton sədlə bağlamaq yada düşmür. İrandan doğrudanmı belə böyük təhlükə var Türkiyəyə? 

Türkiyəli araşdırmaçı alim, Mərmərə Universitetinin doktoru Məhmət Əli Əroğlu ilə söhbətləşərək nələrin baş verdiyini aydınlaşdırmağa çalışdım.

- İranla Türkiyə arasında divar hörülməsi xəbərlərini biz də mətbuatdan oxumuşuq. İndiyədək rəsmi müstəvidə bununla bağlı heç bir məlumat səslənməyib və ictimaiyyət arasında müzakirə olunmayıb. Nəzərinizə çatdırım ki, indiyədək Suriya və İraqla yanaşı İran ərazisindən də Türkiyəyə terrorçuların keçməsinə dair tez-tez xəbərlər eşidirdik. Türkiyə uzun illərdir İraqın şimalındakı terror yuvalarını məhv eləmək üçün hərbi əməliyyatlar keçirməkdədir. Son vaxtlar isə eyni hərbi addımların Suriya ərazisində atılması gündəm mövzusuna çevrilib. Amma İranla belə bir məsələ gündəmə gəlməyib heç vaxt. Zənn edirəm PKK məsələsinə görə Ankara ilə Tehran arasında mütəmadi diplomatik müzakirələr aparılır. Çünki PKK Türkiyə kimi İranı da narahat eləməkdədir. Amma bunun sərhədi beton sədlə bağlamaq həddinə çıxacağını ağlıma gətirmirəm. Sərhədlərə divar hörmək düşüncələrdəki problemin nəticəsidir. Heç bir problemi divar tikməklə aradan qaldırmaq mümkün deyil. Bu çür düşüncə problemin böyüklüyünü deyil, qərar verənlərin bu məsələyə münasibətini göstərir. Hətta deyərdim ki, bu cür yanaşma Şərq dünyası və məntiqinin təzahürüdür. Əgər bu yolla hər şeyi həll eləmək mümkündürsə, o zaman heç vaxt gündəmdən düşməyən İsrail-Fələstin münaqişəsini də aradan qaldırsınlar. Türkiyə Suriya ilə sərhədlərə divar tikir, amma onun gözlənilən təhlükəni nə qədər önlədiyini demək tezdir.

- 470 kilometr sərhədi ola İran və Türkiyənin hər biri bölgənin böyük dövlətidir. Üstəlik kürd məsələsində maraqları da üst-üstə düşür...

- Ölkələrin yürütdüyü siyasət çox fərqlidir. Beynəlxalq siyasi fon yaradılarkən ölkələrin bir-birinə çox fərqli münasibət göstərdiyini görürük ki, bu, eynən şahmatı xatırladır. Hesab edirəm irəlidə bəzi narahatlıq yaradan həmlələr edilə bilər. Çünki hədəfə çatmaq üçün bəzən itirmək də lazımdır. Hədəf olmadıqda isə, uduzmaq labüddür. İranla Türkiyə tarix boyu bu coğrafiyanın böyük oyunçuları olublar. Bu gün isə bölgəmizə yad oyunçular girdiyindən gedişlər bir az qarışıqdır. Söhbət sadəcə PKK məsələsindən deyil, bütün terror təşkilatları ilə mübarizədən gedir. Ən pisi odur ki, biri terror təşkilatı olaraq tanıdığı qrupu digəri mücahidlər kimi qələmə verir. PKK hazırda Türkiyə ilə İran arasında ortaq düşmən kimi görünsə də, reallıqda heç də belə deyil. Türkiyə illərdir PKK-nın terror təşkilatı olduğunu deməsinə baxmayaraq, İraq və Suriya onlara qucaq açıb, bəsləyib və günümüzdə başqa ölkələrdə də terrorçulara bənzər münasibətin göstərildiyini görürük.

- Elə isə İran tərəfi niyə hakimiyyətə gəldiyi ilk gündən İslamı müdafiə edən Ərdoğanı hədəf seçən PKK-ya qarşı sərt mövqe tutmur?

- Bu məsələyə şəxsi deyil, dövlət siyasəti aspektindən yanaşmaq lazımdır. Bu gün Türkiyədə güclü iradə və harəkət qabiliyyəti yüksək olan əmr-komanda zənciri mövcuddur. Amma bu keçicidir. İranda Ruhaninin hakimiyyətə gəlişiylə Rəfsancaninin dönəmində Türkiyə olan münasibətləri dəyişmək prosesi gedir və bu açıq-aşkar hiss edilir. Türkiyənin də xarici siyasətində uzun zamandır dəyişiklik baş vermədiyini demək mümkün deyil. İranla əlaqələrə bu baxımdan yanaşmaq lazımdır. Məsələ heç də Ərdoğan və ya onun İslama meylliyi deyil...

- Maraqlardan söz düşmüşkən, bilirsiniz, Astana görüşündə İranın Türkiyə ilə çiyin-çiyinə Suriyada təhlükəsizliyi təmin etməsinə dair razılıq əldə olunub. Bu da o deməkdir ki, bölgəmizin ümumi məsələlərində bu iki dövlət müttəfiq olaraq çıxış edəcəklər. Digər yandan, PKK bu gün Türkiyəni parçalamağa çalışırsa, sabah eyni hücumları İrana qarşı da edəcək. Axı İranda – İraq Kürdüstanı ilə sərhəddə 6 milyon kürdün yaşadığı Kürdüstan adlı vilayət var...

- Astana görüşünün uğurlu olub-olmadığını hələlik görmürük. Burada maraqların uzlaşdığının şahidiyik, amma düşünürəm ki, bu görüşlərin arxasında razılaşma da ola bilər. Həmin görüşlərin birinci gündəm maddəsi kürdlər yox, Suriyada yaradılmasına çalışılan İslam Dövləti - İŞİD idi. Türkiyəni parçalayacaqlar demək üçün çox tezdir. Bunun üçün əvvəlcə İraqın şimalında Kürdüstan muxtariyyətinin müstəqilliyini elan etməsi, ardıyla Suriyada bir kürd dövlətinin qurulması lazımdır. Yalnız bundan sonra Türkiyədə kürd dövlətinin qurulması kimi planları mövcuddur. Nəticədə yaradılmış kürd dövlətləri birləşib vahid birliyə çevriləcək deyirlər. İran ərazisindən pay alma kimi də bir fəaliyyət var, ya yoxdur, xəbərsizəm. Hətta bu yönümdə mətbuatda da bir şey yazılmayıb. İranda kürd əyaləti var deyə orada bir dövlət qurulacaq demək olmaz. Əgər belə bir şey olsaydə səsi çoxdan çıxardı. İranda Azərbaycanın əhalisindən daha çox azərbaycanlı yaşayır, amma onların arasında müstəqil dövlət qurmaq kimi bir istək varmı, yox. Bunlar mümkün ola biləcək şeylər deyil.

- Ümumiyyətlə, PKK-nın İranda fəaliyyətinə dair sizdə hər hansı məlumatlar var? Doğrudanmı orada PKK düşərgələri mövcuddur və hərbi hazırlıq keçirlər?

- Məndə belə məlumat yoxdur. Sadəcə İrandan Türkiyəyə gələrək terror aktı törətmək istəyən ünsürlərin olması barədə xəbərlərə rast gəlmişəm. Əgər düşərgə kimi terror yuvaları olsaydı, Türkiyənin İrak və Suriyada həyata keçirdiyi hərbi əməliyyatların orada da şahidi olardıq. Üstəlik, hesab edirəm ki, hazırda çox yaxşı münasibətlərimiz olan İran da bu məsələdə Ankaraya dəstək verərdi.

- Maraqlıdır, filan qədər vəsait xərcləyib 3 metr hündürlüyündə beton divar hörməklə dövlət təhlükəsizliyini təmin edə biləcəkmi? Axı sərhədi qala divarları ilə qapamaqla xalqın qonşu ölkələrə inteqrasiyasını məhdudlaşdıra bilərlər...

- Mən qəti olaraq belə düşünmürəm. Divar sərhədə deyil, düşüncələrə hörülür. Sərhəd düşmənə deyil, dosta qarşı olur. Bizdə bir atalar sözü var: Qapı dosta bağlanır, düşmənə, oğruya, soyğunçuya, quldura isə bağlamağın mənası yoxdur, çünki onlar içəri girməyin yolunu tapacaqlar. Dostlar girib-çıxmasın mənasını daşıyır bu divar işi.

- Şəxsən məni maraqlandıran bir sual var: Türkiyə Suriya ilə 911 kilometrlik sərhədini terror təhlükəsindən qorunmaq üçün divar tikməklə, möhkəmləndirir. Yaxşı, Şərqdə - İranla da divar tiksin. Elə isə onillər boyunca Türkiyəyə olmazın terrorunu gətirən İraqla sərhədə niyə belə beton sədd hörülmür?

- Bunu mən də bilmirəm. Hər halda strateji bir səbəb olmalıdır. Həm də Türkiyə istədiyi zaman İraq ərazisinə girib əməliyyat apara bilir. Hətta ən rahat gedə bildiyi yer oradır düşünürəm. İraq Kürdüstanı ilə Türkiyənin əlaqələri çox yaxşıdır. Hesab edirəm ki, əgər Bağdadla Ankara arasında seçim etmək zərurəti yaransa, Kürdüstan Ankaranı seçər.

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.11.2017
21.11.2017
BakuBus avtobusunun salonundan qədim pullar tapıldı
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Sözə həmişə qənaət etməyə çalışmışam” - ƏDƏBİ DÜŞÜNCƏ
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
Gürcüstandakı soydaşlarımız ana dilində dərslik çatışmazlığı ilə üzləşiblər
Qazaxıstanın müstəqilliyinin simvolu - təngə
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
“Budapeşt mələyi” tamaşaçıların ürəyini parçaladı - FOTO
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV