Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Siyasətin, mədəniyyətin, bütün sahələrin bilicisi – ULU ÖNDƏR – FƏXRİ XİYABANDAN REPORTAJ
Tarix: 10.05.2017 | Saat: 14:54:00
Bölmə:Reportaj | çapa göndər

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. 34 il ölkəmizə rəhbərlik etmiş Heydər Əlirza oğlu Əliyevin doğum günündə hər il olduğu kimi bu dəfə dəI Fəxri Xiyabanda məzarını ziyarət edənlərin ardı-arası kəsilmir.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, səhərin ilkin saatlarında ölkə başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin məzarını ziyarət edib. Ölkə başçısını dövlət və hökumət nümayəndələri müşaiyət ediblər. Sonra ictimaiyyət nümayəndələri, sadə vətəndaşların ulu öndərin uyuduğu I Fəxri Xiyabana axını başlayıb. Ardı-arası tükənməyən insan axını, məktəblilər, gənc, orta və yaşlı nəsil nümayəndələri gül-çiçək dəstələri ilə Azərbaycan dövlətçiliyinin banisinin məzarı önündən keçiblər.

Hətta paytaxtımızda olan xarici qonaqları, turistləri də I Fəxri Xiyabanın önündə gördük. Onlar da Heydər Əliyev şəxsiyyəti önündə ehtiramlarını bildirmək üçün adıçəkilən məkana üz tutmuşdular.

Onların arasında Heydər Əliyev haqqında xatirəsi olanlar da vardı. Vaxtilə Moskvada təhsil almış Vaqif Bəylərov bildirib ki, ötən əsrin 80-ci illərində Heydər Əliyev Kremldə rəhbər vəzifədə olarkən belə, Moskvada təhsil alan azərbaycanlı tələbələri unutmayıb. Həmişə onları ziyarət edib:

“Əvvəl bizimlə Bakıda görüşürdü. Hamımızı oraya oxumağa göndərmək ideyası da onun idi. Ümumi toplantıda bizə məsləhətlərini verirdi. Deyirdi ki, siz Azərbaycanın işıqlı gələcəyi olacaqsınız. Oxuyun, vətənə dönün. Siz burada lazım olacaqsınız. Sonradan bildik ki, ulu öndərimiz necə də uzaqgörən imiş. Hələ sovet dövrünün ən qüdrətli çağlarında belə vətənin gələcəyi, istiqlalımız üçün savadlı kadrlar hazırlayıb. Sovet İttifaqının müxtəlif yerlərində hərbi, təhsil, mədəniyyət, fizika, kimya sahələrində oxuyan yüzlərlə tələbə indi Azərbaycan üçün çalışır. Böyük işlər görürlər”.

Vaqif Bəylərov sonra Heydər Əliyev haqqında bir xatirəsini də danışıb. O, bu xatirəni hər zaman xatırladığını da deyib:

“1983-ci ilin əvvəli idi. Ulu öndər artıq politbüroya irəli çəkilmişdi. Moskva Dövlət Universitetində bizimlə görüş keçirdi. 50-yə yaxın tələbə idik. Mən o zaman üçüncü kursda oxuyurdum. Fakültə birincisi olduğum üçün mənə də söz verdilər. Kürsüyə çıxınca həyəcan məni bürüdü. Danışa bilmədim. Yanına çağırdı, getdim. Əlimi sıxdı, hər kəsə nümunə göstərdi. Belə oxuyun, siz Sovet İttifaqı ilə yanaşı həm də Azərbaycanı təmsil edirsiniz – dedi. Sonra gülümsəyib get təzədən çıxış et dedi, bu dəfə yaxşı olacaq. Bu sözü Azərbaycanca, astadan dedi. Təzədən kürsüyə yaxınlaşdım və nitqimi başa vurdum, həyəcanım getmişdi. O, insanda qəribə müsbət aura vardı. Çox nikbin idi. Bu xatirəni heç vaxt unutmayacağam”.

Nağara ustadı, prezident təqaüdçüsü Sadıq Zərbəliyev də ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Sadıq Zərbəliyev deyib ki, el atasının əlini sıxmaq şərəfinə bir neçə dəfə nail olub:

“Hamı bilir ki, sənətkarlara, mədəniyyət adamlarına hansı diqqəti göstərirdi. Allah rəhmət etsin, çox gözəl zəkası, fitri istedadı vardı. Muğamımızı, xalq mahnılarımızı çox gözəl bilirdi. İndiki Heydər Əliyev adına Sarayda el sənətkarlarının, Xalq artistlərimizin konsertlərinə, tamaşalarına gəlib baxardı. Konsertdən, tamaşadan sonra onlarla görüşərdi. Tədbir haqqında fikir bildirərdi, sənətkarlara ürək-dirək verərdi, ruhlandırardı. Əvəzsiz insan idi. Bir neçə dəfə bu cür konsertlərdən sonra onu canlı görmək mənə də qismət olub. Konsertlərimizdən sonra ansanbılın bütün üzvüləri ilə əl sıxıb görüşərdi. Əlbəttə, bu bizim üçün böyük ruh yüksəkliyi, sözlə ifadəsi mümkün olmayan hisslər idi”.

Maştağa sakini, qarmon ifaçısı Qafar Mirsalamov ümumilli lider Heydər Əliyevlə üç dəfə görüşdüyünü deyir. Onun sözlərinə görə, bu görüşlərin ikisi sovet dövrünə təsadüf edib:

“Maştağa mədəniyyət evinin açılışı idi. 1974-cü il idi, səhv etmirəmsə, qar yağmışdı, hava şaxtalı idi. Mən də mədəniyyət evinin solisti kimi açılışda iştirak edirdim. Açılışdan sonra bizim çıxışımıza da qulaq asdı. “Küçələrə su səpmişəm” mahnısını ifa etdik. Bizi ayaq üstə alqışladı, çox gözəl ifa etdiniz - dedi. Sonra hər birimizin əlini sıxdı. Bu mənim Heydər müəllimlə ilk görüşüm idi. O vaxt 29 yaşım vardı. Cavan oğlan idim. Sonra o vaxtki “Lenin” adına sarayda konsertimizdə iştirak etdi. Təxminən 1976-cı il idi. Hamımızı xatırladığını dedi. Çox dərin yaddaşı vardı. Sonuncu dəfə isə 1996-cı ilə Maştağaya gələndə el ağsaqqalları ilə görüşəndə mənim də əlimi sıxdı. Sən mənə tanış gəlirsən, mədəniyyət sarayında işləmirsən dedi. Ağsaqqallar da təsdiqlədilər. Yaxşı qarmon ifaçılığın vardı-dedi. Bu mənə verilən ən böyük qiymət idi. Ona olan sevgim sonsuzdur”.

Qeyd edək ki, bu dəqiqələrdə də ulu öndər Heydər Əliyevin I Fəxri Xiyabandakı məzarına insan axını davam edir. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017
26.05.2017